Məhkəmə qərarları › İş №3(008)-4558/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-4558/2023

18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-4558/2023 18.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, Sevda Nəbi qızı Məmmədzadənin katibliyi, Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş materiala əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 16(008)-151/2023 saylı icra vərəqəsi üzrə Şəxs xx.xx.2012-ci il təvəllüdlü Şəxs saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. MN ******* saylı, 18 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 16(008)-151/2023 saylı icra sənədinin icrasından yayınmış və bununla da Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, icra vərəqəsinə əsasən barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs özünün saxlanılması üçün Zərərçəkmiş şəxs xeyrinə aliment ödəməsi qeyd edilmişdir ki, bu da səlahiyyətli orqan tərəfindən tərtib edilmiş sənədlərin düzgün tərtib olunmadığına dəlalət edir. Bununla bağlı məhkəmə iclasında iştirak edən inzibati qaydada icraat aparılan şəxs də öz fikrini bildirərək sənədin düzgün olmamasını bildirmiş, bununla yanaşı sənədin icraya yönəldiyi tarixdən 200 manat aliment ödənişi etdiyini bildirmişdir. AR İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud natamam təqdim edilmiş materiallar olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə barəsində inzibati qaydada icraat aparılan şəxsi və icra məmurunu dinləyib, iş materiallarını araşdıraraq və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında MN ******* saylı, 18 avqust 2023cü il tarixli protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə geri qaytarılsın. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar