Məhkəmə qərarları › İş №3(008)-4560/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-4560/2023

18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-4560/2023 18.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və vəkili X4, zərərçəkmiş X1 iştirakı ilə, 17 may 1988-ci il tarixdə Rusiya Federasiyası Tümen Vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, döngə 2, Qılman Salahov küçəsi, ev 5-də qeydiyyatda olan -Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Bakı şəhər Sabunçu rayon Rayon Məhkəməsinin 2(008)-262/2020 saylı, 15 yanvar 2020-ci il tarixli icra vərəqələrini icra etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən inzibati material daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Bakı şəhər Sabunçu rayon Rayon Məhkəməsinin 2(008)-262/2020 saylı, 15 yanvar 2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı X1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsi, döngə 2, mənzil 5-dən çıxarılması qət edilmişdir. Məhkəmə iclasında Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X5 göstərmişdir ki, Bakı şəhər Sabunçu rayon Rayon Məhkəməsinin 2(008)-262/2020 saylı, 15 yanvar 2020ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı X1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsi, döngə 2, mənzil 5-dən çıxarılması qət edilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək borclu Şəxs xəbərdarlıq edilmişdir. Borclu icra sənədi üzrə tələbi bu günə qədər icra etməmiş, icra etməkdən bu günə qədər müxtəlif bəhanələrlə yayınmışdır. Borclu Şəxs icra vərəqəsinin icrasından yayındığı üçün, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, icra sənədinin icrasından yayınmır. Məhkəmə iclasında Şəxs vəkili X7 izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədinin icrasından yayınmır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X2 bildirmişdir ki, cavabdeh icra vərəqəsini icra etməkdən bu günə qədər yayınır. Qeyd olunan torpaq sahəsi və ev ona anasından qalmışdır. Buna dair çıxarışı var. Məhkəmədən cavabdeh barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati protokol tərtib edilmiş şəxsin, onun müdafiəçisinin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, boşaldılmalı olan mənzilin kordinatları tam dəqiqləşdirilməmişdir.Yerli baxış keçirilməmiş, bu barədə protokol tərtib olunmamışdır. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1205/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh və vəkilinin «digər otaqla» bağlı dəlillərinə münasibətdə qeyd edir ki, mütəxəssis rəyindən aydın olduğu kimi cavabdehin istifadəsində faktiki olaraq sahələri 27 kv.m və 23 kv.m olmaqla iki otaq var, bu otaqlardan biri (23 kv.m) iddiaçının mülkiyyətində olan torpaqda (C tikilisi), digər otaq (27 kv.m) isə iddiaçının mülkiyyətindəki torpaq sahəsindən kənarda yerləşir. Lakin nəzərə almaq lazımdır ki, iddiaçının tələbi cavabdehin ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılmasından ibarətdir. Başqa sözlə iddiaçı cavabdehin mülkiyyətindəki yaşayış evindən çıxarılmasını tələb etmiş, məhkəmə də həmin tələbi təmin etmişdir. Yəni, «cavabdehin çıxarılması» dedikdə, cavabdehin yalnız iddiaçının mülkiyyətində olan yaşayış evindən çıxarılmasından söhbət gedir, sahəsi 27| kv.m olan otaqdan isə iddiaçının mülkiyyətinə aid deyil. Beləliklə, cavabdehn sahəsi 27 kv.m olan otaqdan çıxarılması barədə iddia tələbi mövcud olmadığından, bununla bağlı hər hansı qətnamə çıxarılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1, 106, 109.1.6-cı maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Sabunçu rayon İcra Şöbəsinə geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar