Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4568/2022 16.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsrullayeva Səbinə Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 16 avqust 2022ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli, 2(008)-5782/2018 saylı icra sənədi üzrə 26 sentyabr 2005-ci il təvəllüdlü X6 və 21 mart 2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 04 iyul 2018-ci il tarixdən başlayaraq Şəxs X2 xeyrinə hər ay hər uşaq üçün 154 manat, cəmi 308 manat məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, borclu bu günədək alimentdən rəsmi qaydada hər hansı ödəniş etməmişdir. Borclu ilə zərərçəkmiş şəxsə boşadıqdan sonra bir yerdə yaşamağa davam etdiklərindən tələbkar ərizə ilə icra şöbəsinə müraciət edərək borcludan aliment tələb etmədiyini bildirsə də, sonradan icra şöbəsinə müraciət edərək alimentin ödənilməsi üçün tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, icra sənədinin icrasından heç vaxt yayınmamışdır. Onlar zərərçəkmiş şəxslə 2018-ci ildə boşanmalarına baxmayaraq son 1 aya qədər birlikdə yaşamışlar. O, normal ailə münasibətlərində olduğu kimi evin və uşaqlarının ehtiyaclarını bu illər ərzində qarşılamış, uşaqların repetitor yanına getmələri ilə bağlı ödənişləri də o ödəmişdir. Onlar zərərçəkmiş şəxslə bir evdə ailə kimi yaşadıqlarından hər ay rəsmi qaydada zərərçəkmiş şəxsə hər hansı ödəniş etməmişdir. Lakin o, eyni evdə yaşamaqla uşaqlarının ehtiyaclarını qarşılamışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 bildirmişdir ki, onlar Şəxs ilə 2018-ci ildə boşansalar da o, uşaqlarının xatirinə Şəxslə bir evdə yaşamağa davam etmişdir. Onlar normal ailə kimi evin ehtiyaclarını bərabər şəkildə qarşılamışlar. Hətta o, bununla bağlı icra məmuruna da məlumat verərək borcludan aliment tələb etmədiyini bildirmişdir. Lakin artıq 03 aydır ki, onlar faktiki olaraq ayrı evlərdə yaşayırlar. Bu keçən 03 ay ərzində Şəxs tərəfindən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğindən hər hansı ödəniş edilməmişdir. Sədrlik edənin sualına cavab olaraq zərərçəkmiş şəxs Şəxs tərəfindən bu ayın sonundan etibarən hər ay 308 manat ödənilməsinə etiraz etmədiyini bildirərək bu barədə ərizəsini məhkəməyə təqdim etmiş və Şəxs məsuliyyətə cəlb edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli, 2(008)- 5782/2018 saylı icra sənədi üzrə 26 sentyabr 2005-ci il təvəllüdlü X6 və 21 mart 2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 04 iyul 2018-ci il tarixdən başlayaraq Şəxs X2 xeyrinə hər ay hər uşaq üçün 154 manat, cəmi 308 manat məbləğində alimentin tutulması qət edilmişdir. “İcraata başlama haqqında” 08 may 2020-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli, 2(008)-5782/2018 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanma haqqında qərar icra olunması üçün tələbin könüllü icrası haqqında bildirişlə borclu Şəxs göndərilmiş, onun tərəfindən imzalamaqla rəsmi qaydada qəbul edilmişdir. 19 yanvar 2022-ci il tarixli, 58088/2020-4-36-005 saylı və 28 yanvar 2022-ci il tarixli, 58088/2020-4-36-006 saylı xəbərdarlıqlardan görünür ki, Şəxs borcu ödəmədiyi təqdirdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məcburi gətiriləcəyi və 84.1-ci maddəsinə əsasən ölkədən getmək hüququnuzun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət olunacağı, o cümlədən məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Şəxs 28 yanvar 2022-ci il tarixli izahatından görünür ki, o, icra sənədi üzrə ödəniş etdiyini və borcunun olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs X2 məhkəməyə təqdim etdiyi 16 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Şəxs tərəfindən hər ayın sonunda 308 manat məbləğində ödəniş edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxsnın əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında iştirak edən həm barəsində inzibati qaydada icraat aparılan şəxsin, həm də zərərçəkmiş şəxsin izahatları müəyyən edilmişdir ki, tərəflər 2018-ci ildə rəsmi qaydada boşansalar da, son dövrə qədər bir evdə yaşamaqla birgə təsərrüfat apararaq həm evin, həm də uşaqların ehtiyaclarını birgə qarşılamışlar. Həmçinin, məhkəməyə təqdim edilmiş icra materiallarında olan sənədlərdən də görünür ki, Şəxs barəsində müvafiq icra tədbirləri məhz 2022-ci ildən (xəbərdarlıqlar, borclunun izahatları) başlayaraq tətbiq edilmişdir ki, bu da tərəflərin göstərdiyi-onların 2018ci ildən əvvəlki qaydada bir evdə yaşayaraq uşaqların və ailənin ehtiyaclarını birgə qarşılamalarına dair xüsusatı da bir daha təsdiq edir. Həmçinin, məhkəmə iclasında zərərçəkmiş şəxs izahatında 03 aydır ki, Şəxslə ayrı yaşadıqlarını və ona həmin müddətdə hər hansı məbləğdə aliment məbləğinin ödənilmədiyini göstərmişdir ki, bu da son 03 ay istisna olmaqla əvvəlki illərdə və aylarda Şəxs rəsmi qaydada ödəniş etməsə də, uşaqlarının ehtiyaclarını qarşılamasına və bu səbəbdən zərərçəkmiş şəxsin hazırki vaxtadək şikayət verməməsinə dəlalət edir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir ki, bu da Şəxs əməlində AR İXM-nin 528.1-ci maddəsinin tərkibinin olmasını istisna edir. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə yuxarıda göstərilənlərə əsasən borclu Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan və bununla da Şəxsnın əməlində AR İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-4568/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4568/2022
16.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver