Məhkəmə qərarları › İş №3(008)-4573/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4573/2022

16.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4573/2022 16.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci PŞ-nin sahə inspektoru, polis leytenantı Rasim Hümbətovun iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 16 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs 14 avqust 2022-ci il tarixdə, saat 19:00 radələrində Sabunçu rayonu, Şəhər şossesi, döngə 5 ünvanında, Dostluq kafesində vətəndaşları nalayiq ifadələrlə təhqir etmiş, ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və polisi də təhqir edərək PŞ-nin vətəndaşları saxlama yerinin qapısını vuraraq əzmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında bildirmişdir ki, həmin vaxtı spirtli içkinin təsirində olmuşdur. Bunun nəticəsi olaraq, polisə tabe olmamış və həmin əməlləri törətmişdir.Əməlindən səmimi peşmandır. Himayəsində 1 azyaşlı övladı vardır. Əməlindən səmimi peşmandır. Bir daha belə hallara yol verməyəcəyinə söz verir. Məhkəmədən daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci PB-nin sahə inspektoru, polis leytenantı Rasim Hümbətov izahatında göstərmişdir ki, 14 avqust 2022-ci il tarixdə, saat 19:00 radələrində Sabunçu rayonu, Şəhər şossesi, döngə 5 ünvanında, Dostluq kafesində vətəndaşları nalayiq ifadələrlə təhqir etmiş, ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən də barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Tural Həsənov kafedə vətəndaşlara qarşı nalayiq ifadələr işlədərək onları təhqir etdiyindən mübahisə yaranmış və oraya polis çağırılmışdır. Bu zaman Şəxs polis bölməsinə dəvət olunarkən o polisin qanuni tələblərinə tabe olmamış və gəlməkdən imtina etmişdir. Polis bölməsinə gətirildikdən sonra da öz qanunsuz əməllərini davam etdirmiş, polisin ünvanına nalayiq sözlər işlətmiş, PŞ-nin vətəndaşları saxlama yerinin qapısını vuraraq əzmişdir. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq Rasim Hümbətov polis bölməsində Şəxs hər hansı zor tətbiq edilmədiyini, özünün hadisə yerində olmadığını, raport əsasında protokol tərtib etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 14 avqust 2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 20:33 radələrində Ə/Q-u tərəfindən gətirilmiş şəxsiyyəti polis şöbəsində müəyyən edilmiş Şəxs 12-ci PŞ-nə daxil olduqdan sonra qeyri-etik hərəkətlərini davam etdirərək NH-də və 12-ci PŞ-nin inzibati ərazisində nalayiq ifadələr işlədərək polis əməkdaşlarının, o cümlədən onun barəsində məlumat vermiş şəxslərin ünvanına təhqiramiz sözlər işlətmişdir. Şəxs izahatında qeyd edir ki, xx.xx.2022-ci il tarixdə yaşadığı evin yaxınlığında olan kafedə spirtli içki qəbul etmişdir. Səslə danışdığı üçün vətəndaşlar tərəfindən polis çağırılmışdır. Polislər onu avtomobilə əyləşdirmək istədikdə isə öz narazılığını bildirmişdir. Eyni zamanda polisin ictimai inzibati binasında sərxoş olduğu üçün polisin saxlama otağına zərbə vurmuş, qapını əzmişdir. Etdiyi əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. 14 avqust 2022-ci il tarixli, 1/1741 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” aktından görünür ki, hadisə günü Şəxs orta dərəcədə sərxoş olmuşdur. “İnzibati qaydada tutma haqqında” 14 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 14 avqust 2022-ci il tarixdə, saat 22:00-da tutulmuşdur. İş materiallarına əlavə edilmiş “CD” diskdə olan görüntülərdən görünür ki, Şəxs polis bölməsində saxlanıldığı otağın qapısını dəfələrlə vurur və orada saxlanılmasına etiraz edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, məhkəmə iclasında verilmiş izahatlar, iş materiallarına əlavə edilmiş “CD” diskdə olan görüntülər, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutlarla təsdiq olunduğundan onun barəsində həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf edərək peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını (12 oktyabr 2010-cu il təvəllüdlü X1) onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, yuxarıda sadalanan məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar