Məhkəmə qərarları › İş №3(008)-4586/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4586/2024

04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4586/2024 04.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hikmət Qurbanovun, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs, zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “V” Y/S, ev 12, mənzil 179da qeydiyyatda olan və yaşayan-Şəxs Azərbayjan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ünvan 1 ünvanında yerləşən “Araz” supermarketdən 214.70 (iki yüz on dörd, yetmiş) manat dəyərində ərzaq məhsulları oğurlamışdır. Bu barədə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru Hikmət Qurbanov tərəfindən MN № ******* saylı, 04 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Hikmət Qurbanov oğlu izahatında göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ünvan 1 ünvanında yerləşən “Araz” supermarketdən 214.70 (iki yüz on dörd, yetmiş) manat dəyərində ərzaq məhsulları oğurlamışdır. Zərərçəkmiş tərəf şöbəyə şikayət ərizəsi ilə müraciət etmiş, həmin müraciət əsasında tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında göstərmişdir ki, törətdiyi oğurluq əməlini səmimi olaraq etiraf edir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ünvan 1 ünvanında yerləşən “Araz” supermarketdən 214.70 (iki yüz on dörd, yetmiş) manat dəyərində ərzaq məhsulları oğurlamışdır. Dəymiş ziyan ödənilməyib. Hal-hazırda ondan şikayətçidir. İş materiallarına əlavə edilmiş 03 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta üzrə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru Hikmət Qurbanov tərəfindən tərəfindən MN №1793952 saylı, 04 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş inzibati qaydada tutma haqqında 03 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 03 iyul 2024-cü il tarixdə, saat 16:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati protokol tərtib edilmiş şəxsin, zərərçəkmiş şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-cı maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351- 1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir.https://e-qanun.az/framework/46960 Məhkəmə iclasında və iş materialları ilə Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları və özünün etirafı ilə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs törətdiyi əməli səmimi etiraf etməsini və peşman olmasını İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlində İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdırılan hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məjəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə «03» ay müddətinədək müəyyən olunur və tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 03 iyul 2024-cü il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Sabunçu RPİ-nə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar