Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4590/2025 07.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar Yaşayış massivində yaşayan- Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 401.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında protokolla müəyyən edilmişdir ki, Şəxs 2025-ci ilin may ayında yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar massivi 9m ünvanında ayrı-ayrı şəxslərə qumar oyunlarında iştirak üçün imkan yaradaraq onların virtual mühitə çıxışını təmin etmişdir. Bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən MN № ******* nömrəli, 29 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, müxtəlif saytlarda qumar oyunlarının təşkili barədə müvafiq məlumatlara yiyələnməklə fərdi qaydada profil yaratmaqla digər iştirak etmək istəyən şəxslərə kod sataraq onlar üçün qumar oynamaq imkanı əldə etmişdir. Bundan sonra profil yaratmaqla chcblack.net internet saytında profil yaratmaqla müxtəlif məbləğlərdə pul vəsaiti yerləşdirmişdir. Əməliyyatı təxminən 2025-ci ilin may ayında yenidən kod satmağa başlamış və müvafiq qurum tərəfindən əməli müəyyən edilmişdir. Məhkəmədən onun barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. İclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati işə Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş: MN № ******* nömrəli, 29 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 2025-ci ilin may ayında yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar massivi 9m ünvanında ayrı-ayrı şəxslərə qumar oyunlarında iştirak üçün imkan yaradaraq onların virtual mühitə çıxışını təmin etmişdir. xx.xx.2025-ci il tarixli baxış protokolundan görünür ki, Şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar massivi 9m ünvanında yerləşən baxış keçirilərkən kompyuter prosessoru, bank kartları aşkar edilərək götürülmüşdür. Şəxs ərizəsindən görünür ki, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar massivi 9m ünvanına baxış keçirilməsinə etiraz etməmişdir. Şəxs izahatından görünür ki, törətdiyi əməli etiraf etmişdir. xx.xx.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MS-7E02 markalı komputer prossesoruna baxış zamanı ona məsxux “login094” istifadəçi adlı www.chcblack.net internet saytından qeydiyyatdan keçdiyi və həmin profildə onun tərəfindən balansa mədaxil edilmiş pul vəsaitləri aşkar edilir. Bundan əlavə “dj_xakker” istifadəçi adı ilə başqa internet saytlarından qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatını dinləyib, protokola əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 401.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 401.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisindən qumar oyunlarında iştirak üçün imkanların yaradılması, o cümlədən qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə görə-fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxsn törətdiyi əməli səmimi etiraf etməsini, və peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlində İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdırılan hallar müəyyən edilmədi. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici ifadəsi və iş materialları ilə Şəxsn Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 401.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 401.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhər Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-4590/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4590/2025
07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver