Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4594/2025 31.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X1 iştirakları ilə, xx.xx.1999-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 31 iyul 2025-ci il tarixli, MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollara əsasən Şəxs 31 iyul 2025-ci il tarixdə saxlanılaraq 14-cü Polis Şöbəsinə gətirildikdə polislə mübahisə etmiş və sonda özünə iti alətlə xəsarət yetirərək xuliqanlıq etdiyinə görə barəsində İXMnin 510-cu maddəsi ilə protokol tərtib edilmişdir. Eyni zamanda Şəxs xx.xx.2025-ci il tarixdə vətəndaş Şəxs polisin keçirdiyi tədbirə maneə olaraq tabesizlik göstərdiyinə görə ona Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, hadisə vaxtı o ailəsi ilə birlikdə bacısıgildə olmuş, bacısıgildə olan mübahisə ilə bağlı polis əməkdaşları digər şəxsləri bölməyə aparmaq üçün gəlmişlər, ona da bölməyə getməli olduğunu bildirdikdə həmin vaxt getməmək üçün özünə xəsarət yetirmişdir. Onun baş vermiş davaya heç bir aidiyyatı olmamışdır. Əvvəllərdə əsəbi olduğu vaxt özünə xəsarət yetirdiyi olmuşdur. Polisə tabesizlik göstərdiyi üçün əməlindən peşmandır. Xahiş edir ki, yüngül inzibati tənbeh tədbiri tətbiq edilsin. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X1 izahatında göstərmişdir ki, Şəxs 31 iyul 2025-ci il tarixdə saxlanılaraq 14-cü Polis Şöbəsinə gətirildikdə polislə mübahisə etmiş və sonda özünə iti alətlə xəsarət yetirərək xuliqanlıq etdiyinə görə, eyni zamanda polisin keçirdiyi tədbirə maneə olaraq tabesizlik göstərdiyinə görə raporta əsasən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş 31 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 31 iyul 2025-ci il tarixdə saxlanılaraq 14-cü Polis Şöbəsinə gətirildikdə polislə mübahisə etmiş və sonda özünə iti alətlə xəsarət yetirərək xuliqanlıq etmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 31 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs polisin keçirdiyi tədbirə maneə olaraq tabesizlik göstərmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Biləndər Əliyev və Elçin Əbilov tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə 00:10 radələrində 14-cü PŞ-nə daxil olmuş vətəndaş X2 döyelməsi hadisəsi ilə əlaqədar olaraq hadisə yerinə yaxınlaşdıqları zaman vətəndaşın dediyinə əsasən onu döyən şəxs X4 araşdırılma aparılması üçün 14-cü PŞ-nə dəvət etdikdə Elçin adlı şəxs və onun qonşusu olan Musa və Namiq adlı şəxslər onlara əl qol atmağa başlamış, ünvansız küçə söyüşləri söymüş, Namiq adlı şəxs əlində olan kəsici alətlə özünə xəsarətlər yetirməyə başlamışdır. Həmin şəxsləri dəfələrlə intizama dəvət etsələrdə özlərini onlara Elçin, Musa, Namiq kimi təqdim edən şəxslər onlara yenə də əl qol atmağa başlamış, tabesizlik göstərmişlər, polisin qanuni tələblərinə tabe olmamışlar. Həmin şəxsləri çətinliklə də olsa 14-cü PŞ-nə gətirilib raportla növbətçi hissəyə təhvil vermişlər. PŞ-də məlum olmuşdur ki, Namiq adlı şəxs xx.xx.1990-cı il təvəllüdlü Şəxsdur. İnzibati qaydada tutma haqqında 31 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 02:00-da tutulmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 31 iyul 2025-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, həmçinin xırda xuliqanlıq etmişdir. Bununla da, Əliyev X5 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Əliyev X5 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, məhkəmə iclas zalından dərhal azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsinə əsasən 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad olunsun. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Saunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-4594/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4594/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver