Məhkəmə qərarları › İş №3(008)-4595/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-4595/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-4595/2025 01.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Həsənov Teymur Həsən oğlu, X3 tərəfindən verilmiş şikayət ərizəsinə məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X1 tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ünvanlanmış şikayətə əsasən, o heç bir qayda pozmadığını, qərarda qeyd olunan avtomobilin onun mülkiyyətində və etibarnamə ilə idarə etməsinə dair heç bir əsasın olmadığını bildirirək barəsində qəbul edilmiş EQ29052920, EQ29052924 və EQ29052882 saylı qərarların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, X3 ərizə ilə məhkəməyə müraciət edərək qaydanı pozmadığını bildirsədə, ərizəsində barəsində şikayət verilən orqanın adını, hadisənin baş vermə yerini və mübahisələndirilən qərarların tarixi qeyd etməmiş, həmçinin hər üç qərarı eyni şikayət ərizəsində mübahisələndirmişdir. İnzibati xəta hadisəsinin baş vermə yeri mühüm əhəmiyyət kəsb etdiyindən və ərazi aidiyyatına təsir göstərdiyindən, ərizəçi tərəfindən şikayətlərə yaşayış yerində baxılması barədə vəsatət əlavə edilmədiyindən işə mahiyyəti üzrə baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması zamanı qərardad qəbul edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən, hesab edir ki, hazırki vəziyyətdə şikayətə baxılması mümkün olmadığından verilmiş şikayət X1na geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli şikayət X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar