Məhkəmə qərarları › İş №3(008)-4618/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4618/2024

04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4618/2024 04.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis kaiptanı Bəhruz Sadıqzadənin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixli, MN 1780904, MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokollara əsasən Şəxs xx.xx.2024-cü il tarixdə uca səslə qışqıraraq küçə söyüşləri söyərək xırda xuliqanlıq etmiş, polis əməkdaşlarının qanuni tələblərini pozaraq qəsdən tabesizlik göstərmiş və tibbi müayinə zamanı narkotik vasitədən istifadə etdiyi aşkar edilmişdir. Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, narkotik vasitələrdən istifadə etmir, təsadüfən şənlikdə spirtli içki qəbul edərkən marixuana və adını bilmədiyi tərkibli maddə qəbul etmişdir. Polis əməkdaşları tərəfindən 14-cü PŞ-nə təmin edildikdən sonra “Respublika Narkoloji Mərkəzi” X2 narkoloji tibbi müayinədən keçmiş, narkotik vasitədən istifadə etdiyi aşkar olunmuşdur. Beləliklə o, törətdiyi əməldən peşman olduğunu bildirmiş və bir daha belə halların təkrarlanmayacağına söz vermişdir. Protokol tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 14-ci PŞ-nin sahə inspektoru, polis kaiptanı Bəhruz Sadıqzadə məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə uca səslə qışqıraraq küçə söyüşləri söyərək xırda xuliqanlıq etmiş, polis əməkdaşlarının qanuni tələblərini pozaraq qəsdən tabesizlik göstərmiş və tibbi müayinə zamanı narkotik vasitədən istifadə edildiyi aşkar edilmişdir. Buna görə də barəsində Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN 1780904, MN ******* və MN ******* saylı protokollardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə uca səslə söyüş söyərək xırda xuliqanlıq etmiş polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və tibbi müayinə zamanı narkotik vasitədən istifadə etdiyi aşkar edilmişdir; xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə xidmət etdiyi inzibati ərazidə Çiləgər yaşayış massivində həyətyanı sahəyə baxış keçirmək istədikdə bir nəfər şəxs onu işinə müdaxilə edərək yüksək səslə iradla və aqressiv hərəkətlər nümayiş etdirmişdir. O, qanuni tələblərə tabe olmağa və intizamlı olmağa dəvət edilmiş, lakin o yüksəkdən ona qarşı nalayiq ifadələr işlətmişdir. Həmin şəxsin barəsində qanuni tədbir görmək üçün onu 14-cü Polis Şöbəsinə dəvət etmiş lakin o, məsluliyyətdən yayınmağa cəhd edərək gəlməkdən imtina etmişdir. Belə olan halda həmin şəxsi çox çətinliklə də olsa 14-cü PŞ-nə gətirilmişdir. Şöbədə həmin şəxsin 1988-ci il təvəllüdlü Şəxs olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, 4570 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs sidik nümunəsində MOP (+) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür; İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və tibbi müayinə zamanı narkotik vasitədən istifadə etdiyi aşkar edilmiş, həmçinin xırda xuliqanlıq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində İXM-nin 34.3-cü maddəsinin tələbi nəzərə alınmaqla inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 03 iyul 2024-cü il tarixdən saat 20:00-da protokol tərtib etmək üçün Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs həbs etməsinin əvvəli protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 03 iyul 2024-cü il tarixdən saat 20:00-dan hesablanmalıdır. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 03 iyul 2024-cü il tarixindən saat 20:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Şəxsn ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar