Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4628/2023 18.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, X1 iştirakı ilə, 17 yanvar 1998-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi, ev 18, mənzil 43-də qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, küçə 10, ev 5-də yaşayan-X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ/16050267 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X4 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ/16050267 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, işin baxılmasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şikayətçi X4 öz izahatında göstərmişdir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ/16050267 saylı, 02 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən ona əsassız olaraq İXM-nin 332.3-cü maddəsinə əsasən 300 manat cərimə yazılmışdır. Onun əməlində heç bir inzibati xətanın tərkibi yoxdur. Belə ki, 02 avqust 2023-cü il tarixdə Fatmayi qəsəbəsi (Dənizkənarı yol) Novxanı istiqaməti ərazisində “Toyota Rav 4 minik” markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən 50 km/s sürət həddi təyin olunmuş yerdən 63km/s sürət həddi ilə keçdiyi üçün barəsində İXM-nin 328.1 -ci maddəsinə əsasən qeyd olunan inzibati xətanın törədilməsi üçün 10 manat inzibati cərimə olunmuşdur. Daha sonra inzibati xəta üzrə çıxarılan qərarda İXM-nin 328.1 və 332.3-cü maddəsinə əsasən ona 300 manat inzibati cərimə tətbiq edilib. Qeyd olunan digər maddənin hansı səbəbdən tərtib olunması üçün DYP-nin 902 nömrəli qaynar xəttinə müraciət etmiş və ona bildirilmişdir ki, 25 may 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsnin qərarı ilə sürücülük hüququndan məhrum olunmuşdur. Bildirmək istəyir ki, məlumatı olmayan qeyd olunan məhkəmə qərarından sonra onu dəfələrlə, yəni xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində Yol patrul xidməti ona məxsus avto nəqliyyat vasitəsini idarə edərkən etdiyi qayda pozuntusuna əsasən saxlayaraq İXM-nin 327.2-ci maddəsinə əsasən İXP ******* və İXP ******* nömrəli protokol tərtib edərək cərimə tətbiq etmişdir. Lakin YPX-nın əməkdaşı tərəfindən məhkəmə qərarı ilə İXM-nin 529.3-cü maddəsinə əsasən sürücülük hüququndan məhrum olunmağı barədə ona heçbir məlumat verilməmişdir. Bu səbəblə də sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumatı olmadığı üçün ona məxsus olan nəqliyyat vasitəsini idarə etmişdir. Hesab edir ki, həmin qərar əsassız olduğundan ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin barəsində qəbul etdiyi inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, X2 İXM-nin 328.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi şikayət ərizəsinə əlavə edilmiş elektron qərarla təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ/16050267 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi üçün əsas ola biləcək sübut növləri şikayətçi X4 tərəfindən məhkəməyə təqdim olunmamışdır. Beləliklə də məhkəmə inzibati tənbeh vermə haqqında qərarı və digər sənədləri araşdıraraq hesab edir ki, X2 inzibati xəta törətməsi tam sübuta yetirilir və X3 şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ/16050267 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-4628/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4628/2023
18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver