Məhkəmə qərarları › İş №3(008)-4632/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4632/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4632/2025 11.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X3 iclas katibliyi X1 iştirakı ilə, X1 Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o xx.xx.2025-ci il tarixində Y.Səfərov küçəsi ilə ona məxsus 77- VE-613 qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən YPX ekipajı tərəfindən saxlanılaraq yolayrıcına svetoforun sarı işığının qırmızıya keçməsi vaxtı daxil olmaq iddiası ilə barəmdə İXM-nin 327.2.-ci maddəsi ilə İXP ******* nömrəli protokol tərtib edilmişdir. Protokol ilə razılaşmayaraq YPX inspektoruna NV-də olan videogörüntüləri nümayiş etdirmişdir. Həmin görüntüdə onun açıq aydın yaşıldan sarıya keçən anda yolayricini keçdiyi görünür. Lakin inspektor videonu araşdırmadan bunun da pozuntu olmasını bildirdi. Yerində etiraz edərək Yol hərəkəti haqqında qanunun 60-cı maddəsinin 4cü bəndində qeyd edilənləri inspektora xatırlatdı: İV. Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. İnspektor bunun harada yazıldığını göstərməyini deyəndə məlum oldu ki, onun bu norma haqqında məlumatı yoxdur. Halbuki Yol hərəkəti haqqında qanunun 84-cü maddəsinin 1-ci bəndində YPX inspektorunun vəzifələrinə daxildir: 1) bu Qanunu mükəmməl bilmək və düzgün tətbiq etmək; Normanın baxılan hadisə üçün hüquqi mahiyyəti aşağıdakılardan ibarətdir: Yol hərəkəti haqqında qanunun 59-cu maddəsinin 3-cü bəndinin 2-ci yarımbəndində qeyd edilmişdir: 1) yaşıl rəngli işığın yanıb- sönməsi — bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər); Qeyd edilməlidir ki, yaşıl rəngli işığın yanıb- sönməsi sürücünün üzərinə sürətin azaldılması vəzifəsini qoymur və baxılan svetoforda rəqəmli tablodan istifadə edilmədiyindən qadağanedici siqnalın dəqiq nə vaxt yanacağını öncədən hesablamaq çətinlik törədir. Yol hərəkəti haqqında qanunun 59-cu maddəsinin 3-cü bəndinin 3-cü yarımbəndində qeyd edilmişdir: 3) sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir; Yol hərəkəti haqqında qanunun 60-cı maddəsinin 4cü bəndində qeyd edilmişdir: İV. Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar. Yol hərəkəti haqqında qanunun 60-cı maddəsinin 2-ci bəndində qeyd edilmişdir: İİ. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: Baxılan yolayrıcında stop-xətt mövcuddur (Bax foto 1). Bu maddələrə əsasən svetoforun sarı işığı yandıqda sürücü stop-xəttə qədər olan məsafəni və həmin andaki sürətini nəzərə alaraq qərar verməlidir. Əgər kəskin tormozlamadan stop xəttində dayana bilməyəcəksə hərəkətini davam etdirməlidir. Çünki əks təqdirdə nəqliyyat vasitəsi yolayrıcında dayanaraq piyadalara və digər nəqliyyat vasitələrinə təhlükə törədə bilər. Foto-video materiallardan görünür ki, svetoforun sarı işığı saat 09:23:59 -da yanmışdır və həmin an mənim NV-n sürəti 38 km/saat təşkil edib. Stopxəttə qədər olan məsafə (təqribən 5-6 metr ) aydın görünür. (Bax: foto 1) Yol hərəkəti haqqında qanunun 1 saylı əlavəsinin 1-ci bəndinə əsasən icazə verilən tormoz yolu tək nəqliyyat vasitələri: minik avtomobilləri və onların yükdaşıma üçün modifikasiyalan -12,2 (14,5) m, Qeyd: 1) İş tormoz sisteminin sınağı sement və ya asfalt-beton örtüklü hamar yolun quru üfiqi sahəsində və tormozlanmanın başlanğıc sürəti avtomobillər, avtobuslar və avtoqatarları üçün isə saatda 40 kilometr, motosiklet və mopedlər üçün isə saatda 30 kilometr olan halda aparılır; Bu müddəaların təhlili nəticəsində birmənalı olaraq sübut əldə edilir ki, baxılan işdə svetoforun sarı işığı yandıqda onun idarə etdiyi nəqliyyat vasitəsinin nəinki kəskin tormozlamadan, heç kəskin tormozlamaqla belə stop-xəttində dayandırılması qeyri- mümkün olmuşdur. Belə halda yeganə qanuni və təhlükəsiz qərar sürəti artıraraq yolayrıcını tərk etməkdir ki, o da bunu etmişdir. Bundan əlavə qeyd edilməlidir ki, yolda saxlanılan zaman inspektor tərəfindən yolayrıcına svetoforun sarı işığının qırmızıya keçməsi anı daxil olmağım şifahi olaraq səsləndirilmişdir. Lakin foto-video materiallardan göründüyü kimi, svetoforun qırmızı işığı yandıqda mənim avtomobilim artıq yolayrıcının ortasında ümümi nəqliyyat axını ilə birgə hərəkətdədir. Bir halda ki, YPX ekipajının yerləşdiyi yerdən sözügedən svetoforu obyektiv vizual müşahidə aparmaq fiziki imkanı əsaslı şübhələr doğurur. (Bax: foto 2), İXM-nin 124 və 112-ci maddələrinə əsasən sürücü protokol ilə razılaşmadıqda işə yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) baxmalıdır. Bunu nəzərə alaraq qayda pozuntusu olmadığını sübut edən materialları DİN BDYPİ-nə xx.xx.2025 tarixində onlayn təqdim etmişdir. Təəssüflər olsun ki, işə baxan vəzifəli şəxs prosedur qaydalarını pozaraq ona işin baxılması yeri və vaxtı haqqında məlumat vermədən və təqdim etdiyi materiallara baxmadan xx.xx.2025 tarixində qərar qəbul etmişdir. Həmin qərarın surəti İXM-nin tələblərinin ziddinə olaraq ona göndərilməyib və elektron kabinetinə də yerləşdirilməyib. DİN rəhbərliyinə ünvanladığım elektron məktub nəticəsində xx.xx.2025 tarixində həmin qərarın surətini elektron qaydada ala bilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bu şikayətə, əlavə etdiyi sübutlarla məhkəmə qaydasında obyektiv baxılmasını və barsində əsassız tərtib edilmiş qərar inzibati xətanın olmaması səbəbindən ləğv edilərək işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X2 izahatında şikayət ərizəsindəki xüsusatları göstərərək şikayətin təmin edilməsini, Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 xx.xx.2025-ci il tarixində saat 09:27-də “BYD LEOPARD 5 PLUS-İN HİBRİD” minik markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx.xx.2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2025-ci il tarixində saat 09:27-də “BYD LEOPARD 5 PLUS- İN HİBRİD” minik markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə tətbiq edilmişdir; Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin nümayəndəsi Nümayəndə etirazından görünür ki, X4 xx.xx.2025-ci il tarixində barəsində tərtib edilmiş İXP ******* nömrəli protokol və xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərar üzrə apellyasiya şikayəti ilə tanış olduqdan sonra bildirir ki, təqdim edilən şikayət əsassızdır və qanunvericiliklə müəyyən edilmiş inzibati məsuliyyəti aradan qaldırmır. xx.xx.2025-ci il tarixində saat 09:24 radələrində, Bakı şəhəri, Y. Səfərov küçəsində, X4 idarə etdiyi **-VE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili tərəfindən svetoforun sarı işığının qırmızıya keçdiyi anda yolayrıcına daxil olunması müşahidə edilmişdir. Bu hal X5 pozulması olmaqla, İXM-nin 327.2-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyət doğurmuşdur. Sürücü tərəfindən təqdim olunan video-foto materiallar hadisənin məhz sarı işığın yanmasından sonra və qırmızıya keçid zamanı baş verdiyini təsdiqləyir. Bildirilməlidir ki, svetoforun sarı siqnalı hərəkəti davam etdirmək üçün icazə xarakteri daşımır, əksinə xəbərdarlıq və hazırlıq siqnalıdır. Sürücü şikayətində Yol Hərəkəti haqqında Qanunun 60cı maddəsinin İV bəndinə istinad edərək hərəkətini əsaslandırmağa çalışmışdır. Həmin norma: "Svetoforun sarı işığı yandıqda... nəqliyyat vasitəsini kəskin tormozlamadan... saxlaya bilməyən sürücülərə hərəkəti davam etdirməyə icazə verilir" - deyə qeyd edir. Lakin bu norma yalnız istisna hallar üçün tətbiq olunur – Sürücü sarı işıq yandığı an yolayrıcına çox yaxın məsafədədirsə və təhlükəsizlik baxımından tormozlama mümkünsüzdürsə. Məhz bu səbəbdən sürücünün iddia etdiyi 5-6 metrlik məsafə və 38 km/saat sürət onun tamamilə təhlükəsiz şəkildə dayana bilməsi üçün kifayət qədər uyğun göstəricilərdir. Bu halda hərəkəti dava metdirmək hüquqi baxımdan qanunsuzdur. Şikayətçi təqdim etdiyi sübutların X10 İdarəsi tərəfindən araşdırılmadığını iddia etsə də, protokolun tərtibi zamanı verilmiş izahatlar və inspektorun müşahidələri, eyni zamanda texniki vasitələrlə qeydə alınmış məlumatlar əsasında qərar verilmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, İXM-nin 112 və 124-cü maddələrinə uyğun olaraq, inzibati icraat qanuni əsaslarla aparılmışdır və sübutlar əsasında qərar qəbul olunmuşdur. X4 inzibati xətaya yol verməsi barədə qərar tam əsaslandırılmış və qanunauyğun şəkildə qəbul edilmişdir. Xahiş edir: X4 xx.xx.2025-ci li tarixli TP ******* nömrəli inzibati qərardan verdiyi şikayət əsassız hesab edilsin və qərar dəyişdirilmədən qüvvədə saxlanılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X6 xx.xx.2025-ci il tarixində saat 09:27-də “BYD LEOPARD 5 PLUS-İN HİBRİD” minik markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli TP seriyalı ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, təqdim edilmiş materiallardan aydın olmuşdur ki, X6 barəsində İXM-nin 327.2-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol tərtib edilmiş, lakin buna əsas olmuş hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. X2 onun iştirakı olmadan, ona məlumat verilmədən, izahatı alınmadan barəsində protokol tərtib edildiyini əsas gətirmiş, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı etirazında, protokolun tərtibi zamanı verilmiş izahatlar və inspektorun müşahidələri, eyni zamanda texniki vasitələrlə qeydə alınmış məlumatlar əsasında qərar verildiyini qeyd etsə də, məhkəmənin tələbinə baxmayaraq inzibati xəta haqqında qərar qəbul etmiş orqan şikayətçinin hər hansı izahatını məhkəməyə təqdim etməmiş, eyni zamanda, protokol tərtib edilərkən onun iştirakını təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişlər. Bundan başqa, məhkəmə qeyd edir ki, şikayətçi idarə etdiyi avtomobilində olan videogörüntülərə əsasən məsafə və surət həddini göstərən fotoşəkillər və videogörüntü təqdim etmiş, lakin tətrib edilən inzibati xəta haqqında protokol və qəbul edilən qərardan görünür ki, göstərilən hallarla bağlı hər hansı hesablama aparılmadan, həmin vəziyyətdə kəskin tormozlamaya yol verilib verilməməsinin mümkünlüyü əsaslandırılmadan şəxsin barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. Halbuki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 4-cü bəndinə əsasən svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X4 şikayəti qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X4 şikayəti qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə inzibati xəta törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar