Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-4633/2024 05.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar Arzu qızı İmanova, DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 07 may 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə 07 may 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ondan ötrü ki, o, əvvəllər barəsində tərtib edilmiş 04 fevral 2024-cü il tarixli, EQ 19283012 saylı protokola əsasən qəbul edilmiş qərara görə İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmiş, lakin həmin cərimə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdırıb belə qənaətə gəlir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə düzgün göndərilməmişdir. Ona görə də toplanmış material baxılması üçün aidiyyəti üzrə Ağdaş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Elektron məhkəmə sistemində Şəxs şəxsiyyəti barəsində olan məlumatlardan, yəni şəxsiyyət vəsiqəsinin məlumatından görünür ki, Şəxs Ağdaş rayonu, Xosrov ə/d, Sadavat kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən həmin Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. İXM-in 110.1-ci maddəsinə görə inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Bununla yanaşı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 07 may 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Ağdaş Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 109 və 110-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş 07 may 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Ağdaş Rayon Məhkəməsinə göndərilsin. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-4633/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-4633/2024
05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver