Məhkəmə qərarları › İş №3(008)-4633/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-4633/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-4633/2025 05.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Həsənov Teymur Həsən oğlu, X3 tərəfindən verilmiş şikayət ərizəsinə məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X3 tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayətlə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsi X6 Yol nəqliyyat hadisələri üzrə şöbəsinin inspektoru polis kapitanı X4 tərəfindən qəbul edilmiş TP7239848 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək, İXM-nin 53.1.1-ci və 53.1.2-ci maddəsinə uyğun olaraq inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığına görə İXM-nin 114.1.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; İş materiallarından müəyyən edilir ki, X3 barəsində TP7239848 nömrəli, xx.xx.2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərar və inzibati xəta haqqında protokol inzibati xəta haqqında materialda olmamışdır. Bundan başqa, sistem üzərindən TP7239848 nömrəli, xx.xx.2025-ci il tarixli protokol üzrə inzibati xəta haqqında protokolun (qərarın) mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə inzibati xəta materialını araşdırıb, hesab edir ki, inzibati xəta haqqında qərardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalı, şikayətçiyə müddətin bərpası barədə vəsatət vermək hüququ izah olunmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 TP7239848 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair şikayəti X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar