Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4647/2022 18.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsrullayeva Səbinə Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 18 avqust 2022ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ağdam Rayon Məhkəməsinin 16 fevral 2017-ci il tarixli, 2(13)-1211/2017 saylı məhkəmə əmri üzrə Şəxs və X2 12409 ABŞ dolları əsas borcun, 4027,53 ABŞ dolları faiz borc məbləğində cəmi 16436,53 ABŞ dolları məhkəmə əmri icra olunarkən dolların manata olan nisbəti ilə tutularaq və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" ASC-nin xeyrinə tutulması əmr edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, borclu bu günədək borcdan rəsmi qaydada hər hansı ödəniş etməmişdir. Sədrlik edənin sualına cavab olaraq icra sənədinin onun icraatına yeni daxil olduğunu, bu günədək Ağdam rayon icra şöbəsi tərəfindən hər hansı icra tədbirlərinin həyata keçirilmədiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, icra sənədinin icrasından heç vaxt yayınmamışdır. Ona icra sənədi barədə yeni məlumat verilmişdir. O, bu yaxın günlərdə 100 manat banka ödəniş etmişdir. Sadəcə hazırda həmin qəbz onun üzərində deyil. Qısa bir zamanda borcu ödəyəcək. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdam Rayon Məhkəməsinin 16 fevral 2017-ci il tarixli, 2(13)-1211/2017 saylı məhkəmə əmri üzrə Şəxs və X2 12409 ABŞ dolları əsas borcun, 4027,53 ABŞ dolları faiz borc məbləğində cəmi 16436,53 ABŞ dolları məhkəmə əmri icra olunarkən dolların manata olan nisbəti ilə tutularaq və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" ASC-nin xeyrinə tutulması əmr edilmişdir. “İcraata başlama haqqında” 19 may 2022-ci il tarixli qərarın surətindən görünür ki, Ağdam Rayon Məhkəməsinin 16 fevral 2017-ci il tarixli, 2(13)-1211/2017 saylı məhkəmə əmri əsasında iş üzrə icraat başlanılmış və icraata başlanma haqqında qərar icra olunması üçün tələbin könüllü icrası haqqında bildirişlə borclu Şəxs göndərilmiş, onun tərəfindən imzalamaqla rəsmi qaydada qəbul edilmişdir. Şəxs 18 iyul 2022-ci il, 15 avqust 2022-ci il və 18 avqust 2022-ci tarixli izahatından görünür ki, o, maddi imkanı olmadığından ödəniş bu günədək tam ödəniş etməmiş, o, əvvəllər borc üzrə 100 dollar ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, baxmayaraq ki, məhkəmə əmri 2017-ci ildə verilmişdir həm icra sənədlərindən, həm də icra məmurunun məhkəmə iclasında verdiyi izahatdan görünür ki, həmin məhkəmə əmri 2022-ci ilin may ayında icraya yönəldilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə əmrinin verilməsindən uzun müddət keçməsinə baxmayaraq icra tədbirlərinin yeni həyata keçirilməyə başlanması, AR İXM-nin 528.1-ci maddəsinə əsasən məsuliyyətin məhz icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə yaranması, hazırda isə borclunun icra tədbirlərindən yeni xəbər tutması, icra məmuru tərəfindən qanunla müəyyən edilmiş qaydada bütün icra tədbirlərinin həyata keçirilmədiyi (şəxsə məsuliyyət barədə xəbərdarlıq olunması, onun adına borcun icrasının yönələ biləcəyi əmlakın olub-olmamasının müəyyən edilməsi və.s) nəzərə alınaraq şəxsin əməlində AR İXM-nin 528.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlinməsi qeyri-mümkündür. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir ki, bu da Şəxs əməlində AR İXM-nin 528.1-ci maddəsinin tərkibinin olmasını istisna edir. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə yuxarıda göstərilənlərə əsasən borclu Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan və bununla da Şəxs əməlində AR İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-4647/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4647/2022
18.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver