Məhkəmə qərarları › İş №3(008)-4665/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4665/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4665/2025 04.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X1 iştirakları ilə, xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 04 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs 03 avqust 2025-ci il tarixində polis əməkdaşlarına tabesizlik göstərmiş, Azərbaycan Respubliksı Səhiyyə Nazirliyinin Narkoloji müayinəsi zamanı sidik analizində MOP (+), AMP (+), MET (+) aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərdi ki, idarə etdiyi “Vaz 2107” markal, **- FK-*** dövlət qeydiyyat nişanlı avtomobili ayrı-ayrı dövlət qeydiyyat nişanı vuraraq, müxtəlif vaxtlarda avtoxuliqanlıq etmiş, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Təxminən 1 il olar ki, narkotik vasitədən istifadə edir, sonuncu dəfə 1 həftə əvvəl marixuana və kakos qəbul etmişdir. Polis Bölməsində olan zaman onun narkotik maddələrdən istifadə etməsini müəyyən etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə aparılmış, tibbi müayinədən keçirilən zaman sidiyində narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. Əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X2 04 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrinin tələblərini pozduğunu bildirmiş və onun barəsində müvafiq inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsindən daxil olmuş 04 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs 03 avqust 2025-ci il tarixində polis əməkdaşlarına tabesizlik göstərmiş, Azərbaycan Respubliksı Səhiyyə Nazirliyinin Narkoloji müayinəsi zamanı sidik analizində MOP (+), AMP (+), MET (+) aşkar edilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYPŞ-nin YPX baş inspektoru, polis kapitanı Daşqın Babazadə, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYPŞ-nin YPX baş inspektoru, polis baş leytenantı Camal Abbasov və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYPŞ-nin YPX baş inspektoru, polis leytenantı Qadir Mahmudov tərəfindən tərtib edilmiş 03 avqust 2025-ci il tarixli raportdan görünür ki, uzun müddətdir tərəflərindən axtarışda olan **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi sonradan adını öyrəndikləri Şəxs dəfələrlə Sabunçu rayonu ərazisində narkotik vasitənin təsiri altında halhazırda idarə etdiyi **-BB-*** dövlət qeydiyyat nişanlı, **-FK-*** dövlət qeydiyyat nişanlı “Vaz 2107” markal avtomobillərlə və həmin avtomobillərlə qeydiyyatda olmayan başqabaşqa oğurluq dövlət qeydiyyat nişanları taxaraq cəmiyyətə və DİN əməkdaşlarına açıqaşkar hörmətsizlik edərək dəfələrlə sürət həddini aşıb, YPX xüsusi təyinatlı maşınların üzərinə sürüb, təkərləri yerdən qaldırıb, sərt manevrələr edib, maşının arxa təkərləri asfaltda iz qoyaraq sürüşdürüb, insanların üzərinə sürüb, yanındakı tanımadıqları şəxslərlə, YPX əməkdaşları arxasına salıb, saxla əmri versələrdə buna məhəl qoymayıb, YPX əməkdaşlarına lağ edərcəsinə arxasına salıb, video görüntü alıb, tabesizlik edib. Odur ki, avtoxuliqanlıq edib cəmiyyətə və polis əməkdaşlarına açıq aşkar hörmətsizlik etmişdir, bu şəxs barəsində qanuni tədbir görülməsini göstəriş verilməsini xahiş etmişlər; İnzibati qaydada tutma haqqında 03 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 03 avqust 2025-ci il tarixdə saat 21:00-da tutulmuşdur; 04 avqust 2025-ci il tarixli, 4693 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs sidik nümunəsində MOP (+), AMP (+), MET (+) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Şəxs xx.xx.2022-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin özünün etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və tibbi müayinə zamanı narkotik vasitə və psixotrop maddədən istifadə etdiyi aşkar edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində İXM-nin 34.3-cü maddəsinin tələbi nəzərə alınmaqla inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli «03» avqust 2025-ci il tarixdən saat 21:00-dan hesablanmalıdır. 04 avqust 2025-ci il tarixli, 4693 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə əsasən Şəxs xx.xx.2022-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində (F19x2) diaqnozu ilə dispanser qeydiyyatda olduğundan və onun yenidən qeydiyyata alınmasına zərurət olmadığından, məhkəmə hesab edir ki, Şəxs narkomaniyadan məcburi müalicəsi davam etdirilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 03 avqust 2025-ci il tarixindən saat 21:00-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicəsi davam etdirilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar