Məhkəmə qərarları › İş №3(008)-4675/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-4675/2024

05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-4675/2024 05.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Sabunçu Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib MÜƏYYƏN ETDİ: Sabunçu Rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında material Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə məhkəməyə təqdim olunmuş materiallar və icra işi öyrənilərkən məlum olmuşdur ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Mammadov Azərbaycana qarşı işi üzrə” bəyyannamə və qərarın olmasına icra məmuru tərəfindən qeyd edilən sənədlər icra işinə əlavə olunmasına baxmayaraq həmin sənədlər tərcümə olunmamış və həmin sənədlərin hazırki icra sənədindəki tələbə aid olub-olmaması, əgər aiddirsə hansı hissədə aid olması istiqamətində araşdırma aparılmayaraq Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. İnzibati xəta haqqında protokol şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanmasının göstəricisidir. AR İXM-nin 99-cu maddəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün səbəblər qeyd edilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar müəyyən etdikdən və həmin hallar əsasında inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması qənaətinə gəldikdən sonra inzibati xəta haqqında iş üzrə icraat başlamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən çatışmazlıq aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər Bakı şəhər Sabunçu Rayon İcra şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər Bakı şəhər Sabunçu Rayon İcra şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar