Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4683/2024 29.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X11 qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X7 Xidmətinin nümayəndəsi X1, Hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin əmək müfəttişi X5 tərəfindən hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 01 iyul 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. 01 iyul 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Qarabağ və X8 rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərdə iş icazəsi almış Şahid1 xx.xx.2024-cü il tarixdən, Şahid3 xx.xx.2024-cü il tarixdən, Şahid2 xx.xx.2024-cü il tarixdən hazırki dövrədək əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdirlər. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə protokola etiraz edərək bildirmişdir ki, onun təsisçisi olduğu MMC podratçı şirkət kimi fəaliyyət göstərir. İşçilər təsisçisi olduğu MMC tərəfindən deyil, sifarişçi şirkət tərəfindən portala daxil edilir. Onların belə bir səlahiyyəti yoxdur. 01 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən işçilərlə əmək müqaviləsi bağlanılaraq işlərin yerinə yetirilməsinə cəlb edilmiş, sonradan isə onlar işləmək istəmədiklərindən əmək müqaviləsinə xitam verilmişdir. Lakin sonradan onlar hər dəfə portala daxil edilməsi üçün yeni siyahı göndərsələr də, ola bilər ki, sifarişçi şirkət siyahını yoxlamadan köhnə siyahı əsasında həmin şəxslərə iş icazəsi alması üçün portala əlavə etmiş və ya bu texniki səhv onun mühasibinində səhvi ola bilər. Halbuki, həmin işçilərlə əmək müqaviləsinə xitam verildikdən sonra onlar hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməmişlər. 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Göstərilənlərin nəzərə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X7 Xidmətinin nümayəndəsi X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, “Qarabağ və X8 rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərdə iş icazəsi almış Şahid1 xx.xx.2024-cü il tarixdən, Şahid3 xx.xx.2024-cü il tarixdən, Şahid2 xx.xx.2024-cü il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdirlər. Bununla da, Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsində qeyd olunmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı inzibati xəta törətdiyinə görə həmin hüquqi şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, Qarabağ ərazisində may-iyun aylarında qısa bir müddət "xxxx" MMC-də işləmiş, lakin şərait yaxşı olmadığından orda işləməkdən imtina etmişdir. Əmək müqaviləsinə xitam verildiyi tarixdən yəni 11 iyun 2024-cü il tarixdən sonra "xxxx" MMC-də işlərə cəlb edilməmişdir. Sonradan başqa şirkətlə əmək müqaviləsi bağlamış, hazırda da əmək müqaviləsi əsasında başqa şirkətin əməkdaşı kimi Zəngilanda suvaqçı işləyir. "xxxx" MMC tərəfindən əmək müqaviləsinə xitam verildikdən sonra işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, "xxxx" MMC-də apreldən mayadək qısa müddətdə işləmiş, daha sonra xəstəliyi ilə əlaqədar işləməyə davam edə bilməmişdir. Qarabağdan gəlmiş, xəstəxanada olmuşdur. Əmək müqaviləsinə xitam verildiyi tarixdən yəni 08 may 2024-cü il tarixdən "xxxx" MMC-də işlərə cəlb edilməmişdir. 08 may 2024-cü il tarixdən sonra xəstəxanada olmuşdur. Ümumiyyətlə 08 may 2024-cü il tarixdən sonra Qarabağ ərazisinə getməmişdir. İş materiallarında ola və məhkəmə iclası zamanı tədqiq edilmiş: əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şahid2 23 aprel 2024-cü il tarixdən başlayaraq rəngsaz kimi "xxxx" MMC-nə işə qəbul edilmiş və 23 aprel 2024-cü il tarixdə əmək müqaviləsi elektron sistemə daxil edilmişdir. əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 05 may 2024-cü il tarixli 41 saylı əmr əsasında Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən Şahid2 əmək müqaviləsinə 08 may 2024-cü il tarixdə xitam verilmiş və bildiriş 08 may 2024-cü il tarixdə imzalanmışdır. əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şahid1 06 may 2024-cü il tarixdən başlayaraq ərazi operatoru kimi "xxxx" MMC-nə işə qəbul edilmiş və 06 may 2024-cü il tarixdə əmək müqaviləsi elektron sistemə daxil edilmişdir; əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 11 iyun 2024-cü il tarixli 76 saylı əmr əsasında Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən Şahid1 əmək müqaviləsinə 11 iyun 2024-cü il tarixdə xitam verilmiş və bildiriş 11 iyun 2024-cü il tarixdə imzalanmışdır. əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şahid3 30 aprel 2024-cü il tarixdən başlayaraq ərazi operatoru kimi "xxxx" MMC-nə işə qəbul edilmiş və 30 aprel 2024-cü il tarixdə əmək müqaviləsi elektron sistemə daxil edilmişdir. əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, 14 may 2024-cü il tarixli 43 saylı əmr əsasında Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən Şahid3 əmək müqaviləsinə 14 may 2024-cü il tarixdə xitam verilmiş və bildiriş 14 may 2024-cü il tarixdə imzalanmışdır. Bi.sosial.gov.az elektron sistemdən çıxarışdan görünür ki, Şahid2, Şahid1, Şahid3 10 may 2024-cü il tarixdən 10 iyul 2024-cü il tarixədək, 24 may 2024-cü il tarixdən 23 iyun 2024-cü il tarixədək, 20 iyun 2024-cü il tarixdən 20 iyul 2024-cü il tarixədək iş icazəsi verilmişdir. İcazəni sistemə daxil edən qurum "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, hazırda X2 tərəfindən Şahid2 ilə əmək müqaviləsi bağlanılmış və suvaqçı kimi işə qəbul edilmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, hazırda X3 tərəfindən Şahid1 ilə əmək müqaviləsi bağlanılmış və suvaqçı kimi işə qəbul edilmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, X2 tərəfindən Şahid3 ilə əmək müqaviləsi bağlanılmış və suvaqçı kimi işə qəbul edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinin, şahidlərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, "xxxx" MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində “Qarabağ və X8 rayonlarına giriş” informasiya sistemi üzərindən əldə edilmiş məlumatlara əsasən İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair protokol tərtib edildiyi göstərilsə də, tərtib edilmiş protokol elektron olmamışdır. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsinə əsasən bu məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı)hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin)yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin in inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X7 Xidməti yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni "xxxx" MMC tərəfindən icazəsiistənilən, məlumatda adları qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara əmək müqavilələrinə xitam verildikdən sonra gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, "xxxx" MMC tərəfindənorada əməyə cəlb olunub-olunmamalarını araşdırmamışdır. Həmin şəxslər üçün icazələrin istənilməsi, özlüyündə hüquqi şəxs tərəfindən onların əməyə cəlb edilməsi anlamına gəlmir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddə ilə hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmalıdır. Əksinə, məhkəmə araşdırması zamanı Şahid1 izahatında Qarabağ ərazisində mayiyun aylarında qısa bir müddət "xxxx" MMC-də işlədiyini, lakin şərait yaxşı olmadığından orda işləməkdən imtina etdiyini, əmək müqaviləsinə xitam verildiyi tarixdən yəni 11 iyun 2024-cü il tarixdən sonra "xxxx" MMC-də işlərə cəlb edilmədiyini, sonradan başqa şirkətlə əmək müqaviləsi bağladığını, hazırda da əmək müqaviləsi əsasında başqa şirkətin əməkdaşı kimi Zəngilanda suvaqçı işlədiyini, "xxxx" MMC tərəfindən əmək müqaviləsinə xitam verildikdən sonra işlərin yerinə yetirilməsinə cəlb edilmədiyini göstərmişdir. Həmçinin, Şahid2 izahatında "xxxx" MMC-də apreldən mayadək qısa müddətdə işlədiyini, daha sonra xəstəliyi ilə əlaqədar işləməyə davam edə bilmədiyini, Qarabağdan qayıdıb gəldiyini, xəstəxanada olduğunu, əmək müqaviləsinə xitam verildiyi tarixdən yəni 08 may 2024-cü il tarixdən "xxxx" MMC-də işlərə cəlb edilmədiyini, 08 may 2024-cü il tarixdən sonra xəstəxanada olduğunu, ümumiyyətlə 08 may 2024-cü il tarixdən sonra Qarabağ ərazisinə getmədiyini göstərmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə protokola etiraz edərək bildirmişdir ki, onun təsisçisi olduğu MMC podratçı şirkət kimi fəaliyyət göstərir. İşçilər təsisçisi olduğu MMC tərəfindən deyil, sifarişçi şirkət tərəfindən portala daxil edilir. Onların belə bir səlahiyyəti yoxdur. 01 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən işçilərlə əmək müqaviləsi bağlanılaraq işlərin yerinə yetirilməsinə cəlb edilmiş, sonradan isə onlar işləmək istəmədiklərindən əmək müqaviləsinə xitam verilmişdir. Lakin sonradan onlar hər dəfə portala daxil edilməsi üçün yeni siyahı göndərsələr də, ola bilər ki, sifarişçi şirkət siyahını yoxlamadan köhnə siyahı əsasında həmin şəxslərə iş icazəsi alması üçün portala əlavə etmiş, və ya bu texniki səhv onun mühasibinində səhvi ola bilər. Halbuki, həmin işçilərlə əmək müqaviləsinə xitam verildikdən sonra onlar hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməmişlər.Göstərilənlərin nəzərə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bi.sosial.gov.az elektron sistemdən çıxarışdan görünür ki, həmin şəxslər barəsində iş icazəsini sistemə daxil edən qurum "xxxx" MMC deyil, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Beləliklə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən 01 iyul 2024cü il tarixdə tərtib olunmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda hüquqi şəxs "xxxx" MMC tərəfindən protokolda adları qeyd edilən şəxslərin göstərilən tarixlərdə əməyə cəlb edilmələri göstərilsə də, araşdırma natamam şəkildə aparılmış, kifayət qədər sübutlar əldə edilmədən, yalnız informasiya sistemindən əldə edilmiş məlumatlara istinad edilməklə "xxxx" MMC-nin İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.2, 105.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İXMnin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-4683/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4683/2024
29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver