Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4684/2024 24.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X11, Hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X8 iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 02 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemidən əldə olunmuş məlumatlar əsasında müəyyən olunmuşdur ki, işğaldan azad edilmiş ərazilərdə iş icazəsi alınmış X16, Həsənquliyev Səxavət və X12 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Bununla da AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutula inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X19 Xidmətinin səlahiyyətli nümayəndəsi X18 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemidən əldə olunmuş məlumatlar əsasında müəyyən olunmuşdur ki, işğaldan azad edilmiş ərazilərdə iş icazəsi alınmış X16, Həsənquliyev Səxavət və X12 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Bununla da, Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsində qeyd olunmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı inzibati xəta törətdiyinə görə həmin hüquqi şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X17 izahatında bildirdi ki, inzibati xəta haqqında protokolda qeyd edilən əmək müqaviləsi olmadan işlədildiyi iddia edilən şəxslər, yəni X16, Həsənquliyev Səxavət işğaldan azad olunmuş rayonlarda işləyəcəkləri şəraitlə tanış olmaq məqsədilə həmin bölgələrə göndərilmişlər. Oradakı əmək şəraiti onları qane etmədiyi üçün, orada yatacaq yeri olmadığından işləməyə razı olmayaraq geri qayıtmışlar və əmək münasibətlərinə daxil olmamışlar. Daha sonra isə işləmək istədiklərini bildirdikləri üçün onlarla rəsmi əmək müqaviləsi bağlanmış və xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bildirişi ƏMAS sisteminə yerləşdirilmişdir. Hal-hazırda onların heç bir narazılığı və şikayəti yoxdur. X12 ilə isə Şəxs MMC arasında xx.xx.2024-cü il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin şəxs özünə məxsus özünə məxsus mikroavtobusu “Ağdam-Xıdırlı fərdi evlərin tikintisi layihəsi” çərçivəsində aparılan tikinti işlərində istifadə olunması üçün icarəyə vermişdir. Bu məqsədlə həmin mikroavtobusu aparıb həmin bölgədə sürücüyə təhvil vermişdir. Qeyd olunan hər üç şəxs şirkətin işçisi olmamış, hər hansı işlərin görülməsinə cəlb olunmamışlar. Sadəcə onların işğal olunmuş bölgələrə səfərində icazə məqsədi yanlış olaraq işçi kimi qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq Şəxs MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən X16, Həsənquliyev Səxavət və X13 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər, bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bidirişinin surətindən görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdə X4 ilə aqlay ustası vəzifəsinə işə götürülərək xx.xx.2024-cü il tarixədək qüvvədə olan əmək müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bidirişinin surətindən görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdə X16 ilə texnika operatoru vəzifəsinə işə götürülərək xx.xx.2024-cü il tarixədək qüvvədə olan əmək müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bidirişinin surətindən görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdə X12 ilə fəhlə vəzifəsinə işə götürülərək xx.xx.2024-cü il tarixədək qüvvədə olan əmək müqaviləsi bağlanmışdır. İnformasiya sistemindən əldə olunmuş “Qarabağ icazələri” adlı siyahıdan görünür ki, Şəxs MMC tərəfindən X2, X14, X6 61 günlük müddətinə Şuşa, Xocalı bölgələrinə işçi kimi icazə alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şəxs MMC tərəfindən X9, X1 və X5 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim olunan əmək müqaviləsi bildirişləri, informasiya sistemindən əldə olunmuş çıxarışla və iş materialları ilə təsdiq edilmişdir. Belə ki, əmək müqaviləsi bildirişlərindən görünür ki, X4, X16 ilə xx.xx.2024-cü il tarixdə, X13 ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış, əmək müqaviləsi bildirişləri isə elektron informasiya sisteminə xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il daxil edilmişdir. “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemidən əldə olunmuş çıxarışdan görünür ki, qeyd olunan şəxslərə Şuşa və Xocalı bölgələrinə işçi kimi 61 gün müddətinə icazə alınmışdır. Hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin X1, X9 əmək şəraitinin şərtləri, əmək funksiyasının həcmi ilə tanış olmaq məqsədilə həmin bölgələrə 61 gün müddətinə səfər etmələrinə dair izahatı ilə bağlı məhkəmə qeyd edir ki, bunun üçün 61 gün müddətinə icazə alınmasına ehtiyac yoxdur. Digər tərəfdən əmək şəraitinin şərtləri, əmək funksiyasının həcmi əmək müqaviləsinin tərkib hissəsini təşkil edir, işçi əmək münasibətlərinə daxil olmaq istəyərkən zatən bu məsələlər tərəflər arasında razılaşdırılır və ondan sonra əmək münasibətlərinə başlanılır. Heç də inandırıcı deyil ki, işçi bunlar barədə yəni, harada, hansı işi, hansı şəraitdə, hansı həcmdə, hansı müddətə görəcəyi barədə razılaşdırılmadan işlərin görüləcəyi uzaq bir bölgəyə 61 günlük müddətinə səfər etmiş olsun. X5 işçi olmadığı, özünə məxsus mikroavtaobusu icarəyə verməsinə dair hüquqi şəxsin nümayəndəsinin izahatı ilə bağlı isə məhkəmə qeyd edir ki, mikroavtobusu icarəyə verən burda sürücüyə təhvil verər, bundan ötrü həmin bölgəyə getməsi tələb olunmur və əgər həqiqətən həmin şəxs işçi deyilsə işəgötürənin bunun üçün ona iş icazəsi almaq kimi bir məcburiyyəti də yoxdur. Bundan başqa nümayəndə izahatında X5 işçi olmadığını, yalnız mikroavtobusu icarəyə verdiyini qeyd etmiş, lakin təqdim etdiyi xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişində isə həmin şəxsin fəhlə vəzifəsinə işə götürüldüyü məlum olur. Göstərilənlərə əsasən hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin X1, X9, X5 işğaldan azad olunmuş bölgələrdə hər hansı işin görülməsinə cəlb edilməmələrinə dair izahatı işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X15, X3 və X7 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-4684/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4684/2024
24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver