Məhkəmə qərarları › İş №3(008)-4697/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-4697/2024

09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-4697/2024 09.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızı, X2 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi idarəsi tərəfindən qəbul edilmiş EQ 21445149 nömrəli protokoldan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi idarəsi tərəfindən tərtib edilmiş EQ 21445149 nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. İş materiallarından müəyyən edilir ki, X4 barəsində EQ 21445149 nömrəli inzibati tənbeh vermə haqqında protokol və qərar inzibati xəta haqqında materialda olmamışdır. Bundan başqa, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılarkən məlum olmuşdur ki, şikayətçi tərəfindən inzibati qərardan şikayət vermə müddəti ötürülmüş və ötürülmüş müddətin üzrlü sayılmasına dair vəsatət verilməmişdir. X1 barəsində EQ 21445149 saylı inzibati xəta haqqında protokol əsasında qərar qəbul edilmiş, lakin X4 həmin qərarı mübahisələndirməmişdir. Məhkəmə inzibati xəta materialını araşdırıb hesab edir ki, inzibati xəta haqqında protokoldan şikayət verilməsi proseduru Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır və barəsindən inzibati icraat aparılan şəxsə belə bir hüquq tanınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə inzibati xəta materialını araşdırıb, hesab edir ki, inzibati xəta haqqında protokoldan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalı, şikayətçiyə üzrlü səbəblər olduqda müddətin bərpası barədə vəsatətlə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 21445149 nömrəli inzibati xəta haqqında protokoldan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X3 geri qaytarılsın. X3 üzrlü səbəblər olduqda müddətin bərpası barədə vəsatətlə müraciət etmək hüququnun olması izah edilsin. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar