Məhkəmə qərarları › İş №3(008)-4699/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4699/2024

09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4699/2024 09.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (FİN:xxxxxxx) iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Ağdam rayonu, Seyidli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, “Kriminal-az” saytın baş redaktoru, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 09 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Məmmədov X5 Rayon Məhkəməsinin 2(020)-58/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən qərəzli olaraq müştərək qaydada 40000 manat təzminatın X2 ödəməmişdir. Bununla da Məmmədov X6 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahat verərək bildirmişdir ki, Beyləqan Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli qərarı ilə 40000 manat təzminatın müştərək qaydada onunla birlikdə digər cavabdehlərdən alınıb X3 ödənilməsi qərara alınmışdır. O, qeyd edilən məhkəmə qərarının bütün instansiya məhkəmələrində mübahisələndirdikdən sonra İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmişdir. Qeyd edilən məhkəmənin qərarı ilə onun şikayəti üzrə dövlətlə aralarında barışıq sazişi bağlanmış və ona təzminat ödənilməsinə dair dövlət tərəfindən öhdəlik götürülmüşdür. Ona görə məhkəmə qərarı üzrə müəyyın olunmuş məbləği ödəməmişdir. İcra məmuru tərəfindən borc onun əmək haqqına yönəldilmişdir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Beyləqan Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 2(020)- 58/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs ilə birlikdə digər cavabdehlərdən müştərək qayadada 40000 manat təzminat alınıb X2 ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında icra sənədi üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Şəxs ünvanlanmış xx.xx.2018-ci il tarixdə qəbul olunmuş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-58/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuş, tələb üzrsüz səbəbdən icra edilmədiyi halda icranın məcburi qaydada həyata keçiriləcəyi qeyd edilmişdir. Azərbaycan hokuməti tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim olunmuş bəyannamədə qeyd edilmişdir ki, Azərbaycan Hokuməti məhkəmədə baxılan yuxarıda qeyd olunan işin dostcasına həllini təmin etmək məqsədilə Şəxs 2000 AVRO əvəz ödəməyi təklif edir. Yuxarıda qeyd edilən məbləğ ödəniş tarixinə tətbiq edilən məzənnə ilə cavabdeh dövlətin valyutasına çevriləcək və məhkəmənin işin öz siyahısından çıxarılması barədə çıxardığı qərarın bildirildiyi gündən üç ay ərzində ödəniləcəkdir. Şəxs müdafiəçiləri tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim olunmuş bəyannamədə qeyd edilmişdir ki, Azərbaycan Hokumətinin məhkəmədə baxılan yuxarıda qeyd olunan işin dostcasına həllini təmin etmək məqsədilə Şəxs 2000 AVRO əvəz ödəməyə hazır olmasına dair təklifini ərizəçı qəbul etmiş və ərizəyə əsas verən faktlarla bağlı Azərbaycana qarşı hər hansı əlavə iddialardan imtina etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Şəxs Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi etdiyi qərarında tərəflərin işin dostcasına həllini qəbul edən rəsmi bəyanatları nəzərə alınaraq ərizəçinin ərizəyə əsas verən faktlarla bağlı Azərbaycana qarşı hər hansı əlavə iddialardan imtina etməyə razılaşmasını, hokumətin ona təzminat ödəmək öhdəliyini götürməsi, hokumət tərəfindən ödənişin 3 aylıq müddət ərzində həyata keçiriləcəyi, ödənişin işin yekun həllini təşkil edəcəyi qeyd edilmişdir. Məhkəmə tərəflər arasında əldə olunmuş razılaşmanı nəzərə alaraq ərizəni işlər siyahısından çıxarmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını və təqdim olunmuş bəyannaməni, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın X7 tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından və təqdim olunmuş bəyannamədən məlum olur ki, mübahisənin dostcasına həllinə dair Şəxs ilə Azərbaycan hokuməti arasında razılıq əldə olumuş və Azərbaycan Hokuməti tərəfindən təzminat ödənilməsi öhdəliyi götürülmüşdür. Yuxarıda sadalanan halları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar