Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4700/2025 14.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, Barəsində protokol tərtib edilmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Şəxs 03 aprel 2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus hasarı uçurmaqla onun əmlakına qəsdən ziyan vurmuşdur. Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Kənan Bəydəmirli tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 05 avqust 2025-ci il tarixli MN ******* saylı protokol tərtib edilmiş və 05 avqust 2025-ci il tarixli qərardadla baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahatında bildirmişdir ki, aralarında olan mübahisə ev söhbətindən qaynaqlanmışdır. Hazırda mübahisə Sabunçu rayon məhkəməsində araşdırılır. 2025-ci ilin aprel ayında Zərərçəkmiş şəxs onu evdə olmadığından istifadə edərək, həyətində qanunsuz bölgü apararaq mişar daşı ilə hasar çəkmiş və onu küçəyə çıxan yolunu və evinə gələn su xəttini də kəsmişdir. Ona görə də suyu və yolunu bərpa etmək məqsədi ilə həmin hasarı sökmüşdür. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, hazırki günədək Şəxsla aralarında olan torpaq mübahisəsi davam edir. xx.xx.2025-ci il tarixdə saat 18:10 radələrində Nizami onun xəbəri olmadan ona məxsus yaşadığı evinin mişar daşı ilə çəkilmiş hasarını sökmüşdür. Bununla ona əmlakının qəsdən məhv edilməsi ilə bağlı 5 000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 05 avqust 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 03 aprel 2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus hasarı uçurmaqla onun əmlakına qəsdən ziyan vurmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 13 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsinin tərkibi hissəsi yarandığından barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti icra edilməsi üçün aidiyyəti əməkdaşa həvalə edilmişdir; Məhkəmə, inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Maddənin dispozisiyasına əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Göründüyü kimi cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. İnzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir(İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şəxs izahatında suyu və yolunu bərpa etmək məqsədi ilə həmin hasarı sökdüyünü qeyd etmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə müddəti başa çatmışdır. Belə ki, iş materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı 03 aprel 2025-ci il tarixində törətmiş, 13 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilmiş, bununla da, hazırki günədək Şəxs tərəfindən inzibati xətanın törədildiyi gündən üç aydan çox vaxt keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3, 53.1.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-4700/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4700/2025
14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver