Məhkəmə qərarları › İş №3(008)-4702/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4702/2023

31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4702/2023 31.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə 31 iyul 2023-cü il tarixli, 00100-01933/23 saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs tərəfindən idxal olunmuş malların daşındığı 77HM045/20ZB297, 20OE706/57AC783/57ZA293 dövlət nömrə nişanlı nəqliyyat vasitələri 26 iyul 2023-cü il tarixdə Tovuz Gömrük İdarəsi “Qırmızı-Körpü” gömrük postundan keçməklə ünvan 1 ünvanında yerləşən anbara təyinat almış və 26 iyul 2023-cü il tarixdə çatmaları Şəxs tərəfindən təsdiq edilmişdir. Nəqliyyat vasitələrinin mövcudluğunu yoxlamaq üçün Monitorinq şöbəsinin əməkdaşı tərəfindən 26 iyul 2023-cü il tarixdə, saat 13:02-də Şəxs ünvan 1 ünvanında yerləşən anbarın baxış keçirilmiş, qeyd olunan nəqliyyat vasitələrinin təyinat anbarında olmadığı aşkar edilmişdir. Barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxsə və səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq müvafiq olaraq nümayəndələr məhkəmə iclasına gəlməmişlər və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bununla yanaşı, Şəxs tərəfindən yazılı vəsatət məhkəməyə daxil olmuş və vəsatətdə Şəxs hüquqi ünvanının ünvan 2nzibati xəta haqqında iş materiallarının hüquqi şəxsin hüquqi ünvanı üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə vəsatəti müzakirə edərək vəsatətin əsassız olması və inzibati xəta haqqında işə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalı olması qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə uyğun olaraq hüquqi şəxs tərəfindən hərəkətlə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın faktiki törədildiyi yer hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. İnformasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xəta haqqında işlərə inzibati xətanın aşkarlandığı, yəni səlahiyyətli vəzifəli şəxsin inzibati xəta haqqında protokol tərtib etdiyi yerdə baxılmalıdır. Məhkəmə qanunvericiliyin tələblərini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2021-ci il tarixli qərarındakı müddəaları nəzərə alaraq qeyd edir ki, hazırda törədilməsi iddi edilən inzibati xəta hüquqi şəxsin hüquqi ünvanında deyil, onun müvafiq nəqliyyat vasitələrini çatdırmalı olduqları ünvan 4 ünvanında yerləşən anbarında baş verdiyindən inzibati xətanın baş verdiyi yer həmin anbar hesab olunmalı və belə olan halda inzibati xəta haqqında protokola da ərazi aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 27 iyul 2023-cü il tarixli raportdan görünür ki, Şəxs tərəfindən idxal olunmuş malların daşındığı 77HM045/20ZB297, 20OE706/57AC783/57ZA293 dövlət nömrə nişanlı nəqliyyat vasitələri 26 iyul 2023-cü il tarixdə Tovuz Gömrük İdarəsi “Qırmızı-Körpü” gömrük postundan keçməklə ünvan 1 ünvanında yerləşən anbara təyinat almış və 26 iyul 2023-cü il tarixdə çatmaları Şəxs tərəfindən təsdiq edilmiş nəqliyyat vasitələrinin mövcudluğunu yoxlamaq üçün Monitorinq şöbəsinin əməkdaşı tərəfindən 26 iyul 2023-cü il tarixdə, saat 13:02-də Şəxs ünvan 1 ünvanında yerləşən anbarın baxış keçirilmiş, qeyd olunan nəqliyyat vasitələrinin təyinat anbarında olmadığı aşkar edilmişdir. Şəxs nümayəndəsi 31 iyul 2023-cü il tarixli izahatında göstərmişdir ki, gömrük əməkdaşları tərəfindən 77HM045/20ZB297, 20OE706/57AC783/57ZA293 dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin anbarda olmaması aşkar edildikdən 9 saat sonra həmin nəqliyyat vasitələri anbara çatdırılmışdır. Texniki səhv olaraq həmin nəqliyyat vasitələrinin çatmasından əvvəl onların çatması sistemə vurulmuşdur. 31 iyul 2023-cü il tarixli, 00100-01933/23 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən idxal olunmuş malların daşındığı 77HM045/20ZB297, 20OE706/57AC783/57ZA293 dövlət nömrə nişanlı nəqliyyat vasitələri 26 iyul 2023-cü il tarixdə Tovuz Gömrük İdarəsi “Qırmızı-Körpü” gömrük postundan keçməklə ünvan 1 ünvanında yerləşən anbara təyinat almış və 26 iyul 2023-cü il tarixdə çatmaları Şəxs tərəfindən təsdiq edilmişdir. Nəqliyyat vasitələrinin mövcudluğunu yoxlamaq üçün Monitorinq şöbəsinin əməkdaşı tərəfindən 26 iyul 2023-cü il tarixdə, saat 13:02-də Şəxs ünvan 1 ünvanında yerləşən anbarın baxış keçirilmiş, qeyd olunan nəqliyyat vasitələrinin təyinat anbarında olmadığı aşkar edilmişdir. Bununla da MMC tərəfindən AR İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs tərəfindən AR İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 250 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar