Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4705/2023 07.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 13 iyun 2023-cü il tarixli, 00100- 01520/23 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi informasiya resursunun banklarla DGK arasında «Forma 3.9.2.1» elektron hesabat sistemindən xx.xx.2022-ci il tarixdə alınmış məlumata əsasən "xxxx" MMC (**********) tərəfindən xx.xx.2017-ci ii tarixindən xx.xx.2022-ci il tarixədək müddət ərzində rəsmiləşdirilən 2 gömrük bəyannaməsi üzrə ümumilikdə 217104.46 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi qeyd edilmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxsin adından bağlanılmış müqavilələr üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş ümumilikdə külli miqdarda, 217104.46 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. Qeyd edilən faktla bağlı Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma ilə bağlı "xxxx" MMC-nin əməkdaşı şifahi sorğu-sual zamanı ödənişlərin bir qisminin ödənildiyini bildirmişdir. Araşdırma məqsədilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfidən 34/013/011556 nömrəli, xx.xx.2023-cü il tarixli raportla Gömrük Əməliyyatları idarəsinə “X1” MMC tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər rəsmiləşdirilən gömrük bəyannamələri üzrə ixrac etdikləri malların müqabilində ölkə ərazisinə qaytarılmamış vəsaitin məbləği barədə məlumat verilməsi məqsədilə müraciət edilmiş və həmin müraciətə cavab olaraq Gömrük Əməliyyatları İdarəsindən daxil olmuş 34/012/016244 saylı xx.xx.2023-cü il tarixli raporta qoşma edilmiş siyahıya əsasən "xxxx" MMC tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər rəsmiləşdirilən gömrük bəyannamələri üzrə ixrac etdikləri malların müqabilində ölkə ərazisinə qaytarılmamış qalıq məbləği 1 gömrük bəyannaməsi üzrə (**********6578) 624.46 ABŞ dolları müəyyən olunmuşdur. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qantarılmamasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin qeyd hissəsinə əsasən “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. İnzibati xəta törətməkdə təqsirləndirilən hüquqi şəxs Şəxs MMC-nə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, həmin təşkilatlardan nümayəndələr məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə hüquqi şəxs Şəxs MMC-nin və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sankisiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115 və 117-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin. Şəxs MMC-nə inzibati tənbeh olaraq hüquqi şəxs qismində inzibati xətanın obyekti olmuş 624.46 (altı yüz iyirmi dörd, qırx altı) ABŞ dolları valyuta vəsaiti məbləğinin 30% (otuz faiz) məbləğində, 187.338 (yüz səksən yeddi, üç yüz otuz səkkiz) ABŞ dolları məbləğində (ödəniş gününə manata olan məzənnə ilə) inzibati cərimə tətbiq olunsun. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-4705/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4705/2023
07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver