Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4726/2024 11.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X10 qızı katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru Rəşad Mustafayevin, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 11 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi 2(008)-628/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 3700 manat və 57 manat dövlət rüsumu tutularaq X4 ödənilməlidir. Şəxs icra sənədinin icrasından yayınmışdır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin böyük icra məmuru Rəşad Mustafayev tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi 2(008)- 628/2024 saylı, 16 yanvar 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs oğundan 3700 manat məbləğində pul və 57 manat dövlət rüsumu tutularaq iddiaçı X4 ödənilməsi qərara alınmışdır. Tələbin könüllü icraya yönəldilməsi ilə bağlı bildirişi almamış, ona məlumat verilməmiş, axtarışda olması ilə bağlı məlumatı aldıqdan sonra icra şöbəsinə yaxınlaşmış, yalnız xx.xx.2024-cü il tarixdə tələbin könüllü icrası ilə bağlı bildirişi almış, borcun ödənilməsindən imtina etmir, bir icraatda birləşdirilmiş digər icra vərəqələri ilə bağlı onun məlumatı olmuşdur, hazırki icra vərəqəsi üzrə tələbin könüllü icra edilməsi ilə bağlı bildiriş onun qeydiyyatda olduğu ünvana göndərilmiş, o həmin ünvanda yaşamır, hazırki icra sənədi ilə bağlı isə bugün məlumatı olmuşdur, odur ki, barəsində tərtib olunmuş protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək bildirmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi 2(008)-628/2024 saylı, 16 yanvar 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs oğundan 3700 manat məbləğində pul və 57 manat dövlət rüsumu tutularaq iddiaçı X4 ödənilməsi qərara alınmışdır. İcra vərəqi üzrə olan borcun ona tam ödənilməsini tələb etdiyini bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-628/2024 saylı, 16 yanvar 2024cü il tarixli icra sənədinə əsasən Şəxs oğundan 3700 manat məbləğində pul və 57 manat dövlət rüsumu tutularaq iddiaçı X4 ödənilməsi qərara alınmışdır; icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-628/2024 saylı, 16 yanvar 2024-cü il tarixli icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1420/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 1034.34 manat əsas borc, 4.71 manat faiz borcu olmaqla, cəmi 1039.05 manat məbləğində borc pulun və 30.4 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsi qərar alınmışdır; icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1420/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur. 14 noyabr 2023-cü il tarixli icra qeydinə əsasən "xxxx" ASC-nin xeyrinə Şəxs FR/86486/70 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 251 manat 08 qəpik tutulmaqla, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 276 manat 08 qəpik pul tutulması qərara alınmışdır; icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri 17 saylı Notariat Kontorunin 8İ-10305 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; 15 fevral 2024-cü il tarixli icra qeydinə əsasən Bank olmayan kredit təşkilatı Azpul MMC-nin xeyrinə X1 müddət üçün vaxtında ödənilməmiş 50 manat tutularaq, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu və poçt vasitəsi ilə vətəndaşa göndərilən bildirişə görə 5 manat olmaqla cəmi 80 manat məbəlğində pul tutulması qərar alınmışdır; icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri 54 saylı Notariat Kontorunin 8İ-10544 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-872/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə görünür ki, cavabdehlər Şəxs və X2 müştərək qaydada 7291,74 manat əsas, 1,83 manat faiz borcu olmaqla, cəmi 7293,57 manat məbləğində borc və dövlət rüsumuna görə 93 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət olunmuşdur; icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs və X5 göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-872/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Bir neçə icraatın bir icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-872/2022 saylı, xx.xx.2022ci il tarixli, 2(008)-1420/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(008)-628/2024 saylı, xx.xx.2024-ü il tarixli, 8İ-10305 saylı, xx.xx.2023-cü il tarixli və 8İ-10544 saylı, xx.xx.2024cü il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmə baxışında müəyyən edilmişdir ki, Şəxs tələbin könüllü icrası barədə bildirişi almamış, həmi bildiriş onun yaşadığı ünvana deyil qeydiyyatda olduğu ünvana göndərimişdir, bugün, yəni xx.xx.2024-cü il tarixdə axtarışda olduğunu eşidib icra şöbəsinə yaxınlaşarkən tələbin icraya yönəlməsi ilə bağlı məlumatı olmuş, icra vərəqəsinin icrasından qərəzli olaraq yayınmamış, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən boyun qaçırmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs barəsində olan bir neçə icra sənədi bir icraatda birləşdirilsə də, hazırda tərtib edilmiş inzibati xəta haqqında protokol onun Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-628/2024 saylı, 16 yanvar 2024cü il tarixli icra sənədinin icrasından yayınması ilə bağlı tərtib edilmişdir. Sözügedən icra sənədinin icrası barədə bildirişi Şəxs almasını təsdiq edən hər hansı sənəd iş materiallarında olmamışdır. Eyni zamandan Şəxs izahatından da görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-628/2024 saylı, 16 yanvar 2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı onun izahatı xx.xx.2024-cü il tarixdə alınmışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq. məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-4726/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4726/2024
11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver