Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4727/2022 22.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X16 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş MN ******* saylı, 22 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən cavabdeh Şəxs 21 may 2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar X2 ayda 170 manat alimenti ödəməkdən yayınmış və hazırda aliment borcu 10730 manat təşkil edir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X9 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, borclu birinci və ikinci icra sənədləri üzrə müvafiq ödənişlər etsə də, üçüncü icra sənədi üzrə hər hansı ödəniş etməmişdir. Əvvəlki icra sənədlərindən də xeyli məbləğdə ödənilməmiş borc məbləği qalmışdır. Dəfələrlə borcluya borcu ödəməsi barədə məlumat verilərək ödəməməsinin nəticələri izah olunsa da, o, aliment borcunu ödəməmişdir. Sədrlik edənin sualına cavab olaraq icra məmuru bildirmişdir ki, Şəxs birinci icra sənədi üzrə 4497 manat ödəmiş və qalıq 4300 manat qalmış, ikinci icra sənədi üzrə 2380 manat ödəmiş, qalıq 3370 manat qalmış, üçüncü icra sənədi üzrə 3060 manat borcdan hər hansı ödəniş etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəlki icra sənədləri üzrə aliment borcundan ödənişlər etmişdir. Birinci icra sənədi üzrə qalmış 4300 manatla ümumiyyətlə razılaşmır. Alimenti sonradan ödəməməsinin səbəbi pandemiya dövrü işləyə bilməməsi və yeni ailə həyatı quraraq yeni nikahdan olan uşaqlarının saxlanması üçün də vəsaitin lazım olması olmuşdur. Məhkəmədən ona vaxt verilməsini və qalıq borcun işləyərək hissə-hissə ödəməsinə şərait yaradılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN ******* saylı, 22 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən cavabdeh Şəxs 21 may 2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar X2 ayda 170 manat alimenti ödəməkdən yayınmış və hazırda aliment borcu 10730 manat təşkil edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-816/2006 saylı, 22 avqust 2006-cı il tarixli icra vərəqəsindən görünür ki, Şəxs X1 üçün hər cür gəlirinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli, 2(008)- 6054/2017 saylı icra vərəqəsindən görünür ki, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla Şəxs 21 may 2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Sabunçu rayon Məhkəməsinin 10 iyun 2016-cı il tarixli, 2(008)- 6332/2016 saylı qətnaməsi ilə tutulan aliment miqdarının artırılaraq hər ay 137 manat sabit pul məbləğində alimentin X2 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(008)- 4198/2020 saylı icra sənədindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli, 2(008)-6054/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, 21 may 2004-cü kil təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. icraata başlama haqqında 08 yanvar 2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(008)-4198/2020 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; 20 aprel 2021-ci il tarixli, e6256/2021-4-9-005 saylı xəbərdarlıqlardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(008)-4198/2020 saylı icra sənədinin icrası borcludan tələb edilmiş, icranı təmin etmədiyi halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. borclunun axtarışı haqqında 05 may 2021-ci il tarixli qərardan görünür ki, Şəxs icra şöbəsinə çağırılmasına baxmayaraq icra şöbəsinə gəlmədiyindən barəsində axtarış elan edilmişdir. Şəxs 22 avqust 2022-ci il tarixli icra şöbəsində verdiyi izahatından görünür ki, o, izahatında aliment borcunu iş yeri olmadığından ödəmədiyini, bu günədək 6877 manat ödəniş etdiyini, birinci icra sənədi üzrə 4300 manat qalmış aliment borcu ilə razı olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-816/2006 saylı, 22 avqust 2006-cı il tarixli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli, 2(008)-6054/2017 saylı və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(008)-4198/2020 saylı icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs borc məbləğini məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. İş materiallarından görünür ki, Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-816/2006 saylı, 22 avqust 2006-cı il tarixli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli, 2(008)-6054/2017 saylı icra sənədləri üzrə müvafiq ödənişlər etsə də, sonradan həmin icra sənədləri üzrə hər hansı ödəniş etməmiş, sonuncu- Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(008)- 4198/2020 saylı icra sənədi üzrə heç bir ödəniş etməməmiş və bunun üzürlü səbəbdən olmasını təsdiq edən hər hansı hala istinad edə bilməməklə yanaşı buna dair hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında Şəxs pandemiya dövrü işsiz olduğundan müvafiq borcdan ödəniş edə bilmədiyini göstərsə də, məhkəmə uşaqları saxlamaq vəzifəsinin hər bir valideynin konstitusiyadan irəli gələn vəzifəsi olmasını nəzərə alaraq göstərilən həmin dəlili son illər ərzində Şəxs tərəfindən uşağının saxlanması üçün heç bir vəsait ödəməməsinin üzürlü səbəbi kimi qiymətləndirmir. Bununla yanaşı, Şəxs məhkəmə iclasında qalıq borcun ödənilməsi üçün ona işləyərək həmin borcu hissə-hissə ödəməsi üçün vaxt verilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, yuxarıda göstərilən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində alimentin hər ay müvafiq sabit pul məbləğində ödənilməsi qət edilmiş, yığılmış aliment borcunun hissə-hissə ödənilməsi məsələsinə baxılması isə hazırki məhkəmə icraatının deyil, mülki qaydada nəzərdə tutulmuş icraatın predmetidir. Hazırda isə iş materiallarında borclunun hissə-hissə ödənişlə bağlı mülki qaydada müraciət etməsini təsdiq edən hər hansı sənəd mövcud deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verilməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, Şəxs AR Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada qətnamənin icrasına möhlət verilməsi, qətnamənin hissə-hissə icrasına və ya onun icra üsulunu və qaydasının dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək imkanının olduğu halda bunu da etməmişdir ki, bu hal da onun öz öhdəliklərinin icrasına etinasız yanaşmasının göstəricisidir. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli olması iş materialları ilə tam sübuta yetirildiyindən ona həmin maddənin sanksiyası daxilində ədalətli tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf edərək səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu, yuxarıda göstərilən məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsiri nəzərə alınaraq Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdığı andan, yəni 22 avqust 2022-ci il tarixdən, saat 15:45-dən hesablanmalıdır. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 22 avqust 2022-ci il tarixdən, saat 15:45-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların müvəqqəti saxlama mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nigar İmanova İş № 3(011)-4272/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU BAKİ ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ 12 noyabr 2021-ci il Bakı şəhəri X18 Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxılır. İclas saat 18:10-da başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Katibi məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, müdafiəçisi, zərərçəkmiş şəxs və protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlmişlər. Sədrlik edən işdə iştirak edən şəxslərin şəxsiyyətini müəyyən edir. Protokol tərtib etmiş şəxs: X11 – Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru vəzifəsində işləyən. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs – 25 oktyabr 1990-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Xocalı rayonunda qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Sədrlik edən məhkəmə icraatının azərbaycan dilində aparıldığını bildirir və iştirakçılardan azərbaycan dilində başa düşməklərini və danışa bilmələrini soruşur. İşdə iştirak edənlər hər biri ayrı-ayrılıqda azərbaycan dilində başa düşdüklərini və sərbəst danışa bildiklərini bildirirlər. Sədrlik edən işdə iştirak edən şəxslərə hüquq və vəzifələrini elan edir: İşdə iştirak edən şəxslər hüquq və vəzifələrinin onlara aydın olduğunu bildirirlər. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən müdafiəçiyə ehtiyacı olub-olmamasını soruşur. Sədrlik edənin s/c: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10: məhkəməyə ərizəmi təqdim edərək bildirmək istəyirəm ki, müdafiəçiyə ehtiyacım yoxdur, məhkəmədə özüm-öz hüquqlarımı müdafiə edəcəyəm. Bu mənim maddi vəziyyətim ilə bağlı deyil. Sədrlik edən inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş digər sənədləri elan edir. Sədrlik edən proses iştirakçılarına izahat verməyi təklif edir. Sədrlik edən işdə iştirak edən şəxslərin vəsatətlərinin olub-olmamasını müəyyənləşdirir. Vəsatət daxil olmadı. Sədrlik edən inzibati xəta haqqında protokolu elan edir və işə mahiyyəti üzrə baxılmasının başlandığını elan edir, işdə iştirak edən şəxslərin izahatlarını dinləyir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs X6 izahatı: - borclu Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-8219/2019 saylı icra sənədi ilə üzərinə düşən öhdəlikləri heç bir üzürsüz səbəb göstərmədən icra etməmiş və həmin icra vərəqələrini icra etmək üçün səy belə göstərməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək icra sənədinin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Sual verilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)- 8219/2019 saylı icra sənədinə əsasən məndən 3000 manat borc alınaraq X4 verilməlidir. xx.xx.2021-ci il tarixdə borcumdan 1000 manat ödəmişəm, işləmədiyimdən və maddi imkanım olmadığından qalan borcu ödəmək imkanım olmamışdır. Sual verilmədi. Məhkəmə inzibati xəta haqqında materialı nəzərdən keçirir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs: - Hörmətli hakim! borcumdan ödəniş etməkdən yayınmıram, ödənişlər etməyim üçün mənə vaxt verməyinizi xahiş edirəm. Sədrlik edən barəsində inzibati icraat aparılan şəxsin təklifinə münasibət bildirmək üçün proses iştirakçılarının fikrini dinləyir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: - Hörmətli hakim! Barəsində inzibati icraat aparılan şəxsə ödəniş edilməsi üçün vaxt verilməsinə etiraz etmirəm. Məhkəmə yerində müşavirə edərək qərara aldı. Ödəniş etməsi üçün barəsində inzibati icraat aparılan şəxs Şəxs vaxt verilsin, bu məqsədilə məhkəmə iclası 22 noyabr 2021-ci il tarixə, saat 09:30-a təxir salınsın. Məhkəmə iclası saat 18:20-də bağlı elan olunur. İclas protokolu 12 noyabr 2021-ci il tarixdə tərtib edildi. Sədrlik edən: Katib: İş № 3(011)-4272/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU BAKİ ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ 22 noyabr 2021-ci il Bakı şəhəri X18 Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxılır. İclas saat 09:30-da başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Katibi məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlmişlər. Barəsində inzibati icraat aparılan şəxs Şəxs: - Hörmətli hakim! Ödənişlər etməyim üçün mənə vaxt verməyinizi xahiş edirəm. Sədrlik edən barəsində inzibati icraat aparılan şəxsin təklifinə münasibət bildirmək üçün proses iştirakçılarının fikrini dinləyir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: - Hörmətli hakim! Barəsində inzibati icraat aparılan şəxsə ödəniş edilməsi üçün vaxt verilməsinə etiraz etmirəm. Məhkəmə qərar qəbul etmək üçün müşavirə otağına gedir, müşavirə otağından qayıdır və sədrlik edən qərardadı elan edir. Ödəniş etməsi üçün barəsində inzibati icraat aparılan şəxs Şəxs vaxt verilsin, bu məqsədilə məhkəmə iclası 30 noyabr 2021-ci il tarixə, saat 09:30-a təxir salınsın və işə baxılması bir ay müddətinə qədər uzadılsın. Məhkəmə iclası saat 09:40-da bağlı elan olunur. İclas protokolu 22 noyabr 2021-ci il tarixdə tərtib edildi. Sədrlik edən: Katib: İş № 3(011)-4272/2021 QƏRARDAD BAKİ ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ 22 noyabr 2021-ci il Bakı şəhəri X18 Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-8219/2019 saylı icra sənədi ilə üzərinə düşən öhdəlikləri heç bir üzürsüz səbəb göstərmədən icra etməmiş və həmin icra vərəqəsini icra etmək üçün səy belə göstərməmişdir. Bununla da, o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 111.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır; 111.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə halların müəyyən edilməsi zərurəti olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılması bir ayadək uzadıla bilər. Beləliklə, əlavə halların müəyyən edilməsi zərurəti, eləcə də İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə 15 gün müddətində baxılmalı olduğunu və hazırki inzibati xəta haqqında materialın məhkəməyə 12 noyabr 2021-ci il tarixində daxil olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, işin baxılma müddəti bir ayadək uzadılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 61, 111 və 114-cü maddələrini rəhbər tutub, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxılması bir ay müddətinə qədər uzadılsın. İşə baxılması 30 noyabr 2021-ci il tarixə, saat 09:30-a təxirə salınsın. İşə baxılmasının yeri və vaxtı haqqında işdə iştirak edən şəxslərə məlumat verilsin. Sədrlik edən: Cavid Hüseyn İş № 3(011)-4272/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU BAKİ ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ 30 noyabr 2021-ci il Bakı şəhəri X18 Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru X6, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxılır. İclas saat 10:00-da başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Katib məruzə edərək bildirir ki, inzibati xəta haqqında protokol tərtib edən şəxs gəlmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, or məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Sədrlik edən yerində müşavirə edərək, qərara aldı: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakının təmin edilməsi məqsədilə məhkəmə iclası 07 dekabr 2021-ci il tarixə, saat 09:30-a təxirə salınsın. Məhkəmə iclası saat 10:05-də bitdi. Məhkəmə iclas protokolu 30 noyabr 2021-ci il tarixdə tərtib edildi. Sədrlik edən: Katib: İş № 3(011)-4272/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU BAKİ ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ 07 dekabr 2021-ci il Bakı şəhəri X18 Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru X6, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxılır. İclas saat 09:30-da başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Katib məruzə edərək bildirir ki, inzibati xəta haqqında protokol tərtib edən şəxs gəlmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, or məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Sədrlik edən yerində müşavirə edərək, qərara aldı: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakının təmin edilməsi məqsədilə məhkəmə iclası 10 dekabr 2021-ci il tarixə, saat 17:00-a təxirə salınsın. Məhkəmə iclası saat 09:35-də bitdi. Məhkəmə iclas protokolu 07 dekabr 2021-ci il tarixdə tərtib edildi. Sədrlik edən: Katib: İş № 3(011)-4272/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU BAKİ ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ 10 dekabr 2021-ci il Bakı şəhəri X18 Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxılır. İclas saat 17:00-da başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Katibi məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs gəlmişlər. Barəsində inzibati icraat aparılan şəxs Şəxs: - Hörmətli hakim! İş üzrə icraata xitam verilməsini xahiş edirəm. Məhkəmə inzibati xəta haqqında materialı nəzərdən keçirir. Sədrlik edən çıxış üçün proses istirakçılarına söz verir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: - Hörmətli hakim! İnzibati tənbeh vermə haqqında qərar çıxarılmasını xahiş edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: - Hörmətli hakim! Ədalətli qərar çıxarılmasını xahiş edirəm. Sədrlik edən iş materiallarını araşdıraraq elan edir. Sədrlik edən işdə iştirak edən şəxslərdən əlavələrinin olub-olmamasını soruşur. Əlavələr daxil olmadı. Məhkəmə qərar qəbul etmək üçün müşavirə otağına gedir, müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardan şikayət vermə müddətini və qaydasını, həmçinin işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqlarının olmasını izah edir. Məhkəmə iclası saat 17:10-da bağlı elan olunur. Protokol 10 dekabr 2021-ci il tarixdə tərtib olunmuşdur. Sədrlik edən: Katib: BAKİ ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ № İş materiallarına əlavə edilmiş sənədlərin Vərəq Qeyd SİYAHİSİ 1 Protokol, qərardad, məktub və ona əlavə olunmuş sənədlər, ərizə, 01 – 45 sənədlər, 2 Protokol, məktub, bildirişlər, reyestr, zərf, protokol, qərardad, 46 – 59 məktub, bildirişlər, 3 Reyestr, xəbərnamələr, teleqram, protokol, məktub, reyestr, ərizə, 60 – 71 zərf, ərizə, 4 Zərf, ərizə, zərf, protokol, məktub, protokol, qərar, qəbz, məktub, 72 – 86 teleqram, ərizə, 5 Zərf. 87 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 Cəmi: __ 87___ vərəq Məhkəmə iclas katibi ________________ İMZA
Məhkəmə qərarları › İş №3(008)-4727/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4727/2022
22.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver