Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4730/2025 06.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, X1 iştirakları ilə, xx xxxxxxxx 1979-cu il tarixdə Özbəkistan, Kaşkadərya vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X11 küçəsi ev 41 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 06 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 16(008)-241/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-5403/2025 saylı iş üzrə qətnaməsi çıxarılana və qanuni qüvvəsini alanadək X5 uşağı xx.xx.2021-ci il təvəllüdlü X7 ilə hər həftənin bazar günləri, saat 11:00-dan-19:00-a kimi cavabdehin iştirakı olmadan ünsiyyəti təmin olunmuş, qərardadın icrası Sabunçu Rayon İcra Şöbəsinə həvalə edilmişdir. Lakin borclu icra məmurunun qanuni tələblərini qərəzli olaraq icra etməmiş, uşaqla ünsiyyətə şərait yaratmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X3 izahatında bildirmişdir ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Uşaqla ünsiyyətə şərait yaratmamışdır. Ona verilən suallara cavabında qeyd etmişdir ki, tələbin könüllü icrası haqqında bildirişi borclu xx.xx.2025-ci il tarixdə imza etməklə qəbul etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, onun icra məmurunun qanuni tələblərini icra etməmək niyyəti yoxdur. Sadəcə olaraq uşaq xəstələndiyi üçün valideynləri ilə birlikdə rayona getmişdir. Ona verilən saullara cavabında göstərmişdir ki, tələbin könüllü icrası barədə bildirişi xx.xx.2025-ci il tarixdə qəbul etmişdir. Məhkəmə iclasında tələbkar X8 öz izahatında göstərmişdir ki, məhkəmə qərardadı çıxmasına baxmayaraq uşağı ilə ünsiyyətinə tələbkar tərəfindən şərait yaradılmamışdır. Məhkəmə qərarının icra edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 16(008)-241/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-5403/2025 saylı iş üzrə qətnaməsi çıxarılana və qanuni qüvvəsini alanadək X4 uşağı xx.xx.2021-ci il təvəllüdlü X7 ilə hər həftənin bazar günləri, saat 11:00-dan-19:00-a kimi cavabdehin iştirakı olmadan ünsiyyəti təmin olunmuş, qərardadın icrası Sabunçu Rayon İcra Şöbəsinə həvalə edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış və borcluya icranı könüllü olaraq təmin etməsi təklif edilmişdir. xx.xx.2025-ci il tarixdə “tələbin künüllü icrası haqqında” borcluya bildiriş göndərilmişdir. Qeyd edilən bildirişi Şəxs xx.xx.2025-ci il tarixdə imza etməklə qəbul etmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 06 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, tələbkarın uşaqla ünsiyyətinə hər istədiyi zaman şərait yaratmışdır. Avqust ayının 15-dən sonra uşaqla görüşə bilər, çünki uşağı səhhəti ilə əlaqədar həkim məsləhətinə görə rayona nənə babasının yanına aparmışdır. Uşağın ayaqlarında pəncə düzlüyü və topuqlarından əyilməsinə görə müalicə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması müəyyən edilməmişdir. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, icra məmurunun və tələbkarın izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə, tələbkarın ərizəsi ilə Şəxs əməlində inzibati xəta tərkibinin olması öz təsdiqini tapmamışdır. Belə ki, protokola əlavə edilmiş sənədlərdən görünür ki, icraata başlama haqqında qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, eyni tarixli borclu Şəxs tələbin icrası barədə bildiriş yazılmışdır. Həmin bildirişi borclu Şəxs xx.xx.2025-ci il tarixdə qəbul etmişdir. Tələbin könüllü icrası haqqında bildirişin məzmunundan da göründüyü kimi tələbin 10 gün müddətinə könüllü icra edilməsi xahiş olunmuşdur. Hazırda isə borcluya tələbin icrası üçün 10 gün vaxt verilməsinə baxmayaraq, həmin müddət bitməmiş, yəni xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Məhkəmə hesab edir ki, tələbin könüllü icrası üçün verilmiş 10 gün müddət bitmədiyindən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsindən və ya icra məmurunun digər qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. Belə olan halda şəxsin əməlində inzibati məsuliyyətin əsasları yaranmamışdır. Yuxanda sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edan icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən bu halların mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-4730/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4730/2025
06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver