Məhkəmə qərarları › İş №3(008)-4739/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4739/2022

02.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4739/2022 02.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X19 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsurullayevanın katibliyi, Zərərçəkmiş şəxs X6, Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X20 Polis Şöbəsindən daxil olmuş AP ******* saylı, 28 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yol vərəqəsi əsasında idarə etdiyi “Hyundai Elantra ’’ markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 22 iyul 2022-ci il tarixdə, saat 17:45də Mehdiabad qəsəbəsindən üzü Pirşağı Sovxoz qəsəbəsi istiqamətdə hərəkətdə olarkən qarşı zolağa çıxmaqla manevr qaydasını pozub, əks istiqamətdən hərəkət edən “MERCEDES B” markalı **-KO-*** d.q nişanlı avtomobilin qabaq hissəsindən vurub toqquşmuşdur. Nəticədə sonuncu avtomobildə olan azyaşlı X11 və X1 yüngül bədən xəsarətləri yetirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü AR İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bildiyini, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş tərəflə barışdığını qeyd edərək barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslərin atası X12 barəsində inzibati qaydada icraat aparılan şəxslə barışdıqlarını, ondan şikayətçi olmadığını bildirmiş və barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati qaydada icraat aparılan şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13 Publik Hüquqi şəxsin “canlı şəxsin ekspertizası” adlanan 22 iyul 2022-ci il tarixli, 1603 nömrəli ekspert rəyindən görünür ki, azyaşlı X2 tpə-ənsə nahiyyəsinin dərialtı hematoması müəyyən edilmişdir. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 17 iyul 2022-ci il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi. Dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13 Publik Hüquqi şəxsin “canlı şəxsin ekspertizası” adlanan 22 iyul 2022-ci il tarixli, 1606 nömrəli ekspert rəyindən görünür ki, X4 ayaq pəncəsinin hematoması, sol almacıq nahiyyəsinin sıyrığı və sağ baldır nahiyyələrinin qançırları müəyyən edilmişdir. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 17 iyul 2022ci il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi. Dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13 Publik Hüquqi şəxsin “canlı şəxsin ekspertizası” adlanan 22 iyul 2022-ci il tarixli, 1604 nömrəli ekspert rəyindən görünür ki, X5 sağ baldır nahiyyəsinin qançırı və sol baldır nahiyyəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 17 iyul 2022-ci il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi. Sağlamlığa zərər vurmayab xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13 Publik Hüquqi şəxsin “canlı şəxsin ekspertizası” adlanan 22 iyul 2022-ci il tarixli, 1605 nömrəli ekspert rəyindən görünür ki, X15 sağ said, sağ qalça, sağ bud və sağ diz oynağı nahiyyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 17 iyul 2022-ci il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi. Sağlamlığa zərər vurmayab xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13 Publik Hüquqi şəxsin “canlı şəxsin ekspertizası” adlanan 22 iyul 2022-ci il tarixli, 1607 nömrəli ekspert rəyindən görünür ki, X6 bədənində xəsarət aşkar edilməmişdir. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında” 1/1505 saylı, 17 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs hadisə günü ayıq olmuşdur. «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 25 iyul 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vət.X3 , X14 ,2011-ci il təvəllüdlü X9 və 2018-ci il təvəllüdlü X8 yol-nəqliyyat hadisəsi zamanı xəsarət almaları faktına dair toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, yol-nəqliyyat qaydalarını pozaraq yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərarın Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. AP ******* saylı, 28 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yol vərəqəsi əsasında idarə etdiyi “Hyundai Elantra ’’ markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 22 iyul 2022-ci il tarixdə, saat 17:45-də Mehdiabad qəsəbəsindən üzü Pirşağı Sovxoz qəsəbəsi istiqamətdə hərəkətdə olarkən qarşı zolağa çıxmaqla manevr qaydasını pozub, əks istiqamətdən hərəkət edən “MERCEDES B” markalı **-KO-*** d.q nişanlı avtomobilin qabaq hissəsindən vurub toqquşmuşdur. Nəticədə sonuncu avtomobildə olan azyaşlı X11 və X1 yüngül bədən xəsarətləri yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qanunvericiliyin normalarını rəhbər tutub, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin izahatı, barəsində inzibati qaydada icraat aparılan şəxsin iş materiallarında olan etirafedici izahatı, o cümlədən, inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), zərərçəkmiş şəxsin ondan şikayətinin olmamasını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar