Məhkəmə qərarları › İş №3(008)-4740/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4740/2024

07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4740/2024 07.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Axund-zadə Ayşən Elimxan qızının katibliyi, Bakı şəhəri Sabunçu rayon prokurorunun böyük köməkçisi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Beyləqan rayonu, Əhmədli kəndində anadan olmuş, Beyləqan rayonu, Əhmədli kəndində qeydiyyatda olan (FİN:xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Sabunçu rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Sabunçu rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən "xxxx" MMC-nin sabiq layihə icraçısı Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Nardaran kəndi, 30-cu dalanda yerləşən "xxxx" ASC-nin yarımstansiyasının tikintisi zamanı yarımstansiyanın dəmir qapılarının hazırlanması və quraşdırılması işlərini "xxxx" MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi əsasında görən "X2” MMC-nin qaynaqçısi X10 tərəfindən dəmir qapıların qoyulması zamanı texniki-təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi ona həvalə olunduğu halda, həmin qaydaları pozmaqla “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X5”nda olan «İş icraçısının əmək funksiyası»nın tələblərinə əsaslanaraq, Sabunçu rayonu, Nardaran kəndi, 30-cu dalanda yerləşən "xxxx" ASC-yə məxsus binanın 2-ci mərtəbəsində yerləşən 7 metr dərinliyində olan kabel xətlərinin şaxtasının ətrafının təhlükəsizlik nişanları və müəyyən edilmiş formada yazılar ilə nişanlanmasını təmin etmədiyinə görə, «Tikinti norma və qaydaları İİİ-4-80.4-CÜ fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 2.1, 2.2 bəndlərinin tələblərini pozması nəticəsində ehtiyatsızlıqdan qaynaqçı Rüstəm Kərimovun sağlamlığına az ağır zərər vurmuş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Sabunçu rayon prokuroru, baş ədliyyə müşaviri İbrahim Ləmbəranskiy tərəfindən xx.xx.2024-cü il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, iki ay əvvələ kimi 18 fevral 2020-ci ildən "xxxx" MMC-də müxtəlif layihələrdə icraçı kimi işləmişdir. 17 yanvar 2024-cü ilə kimi Nardaran kəndin, 30-cu dalanda, “Sea Breeze” hotelin yaxınlığında Azərişığın yarımstansiyasının tikintisində iş icraçısı o, olmuşdur. Yarımstansiyanın dəmir qapılarının hazırlanması və quraşdırılması işlərini "xxxx" MMC ilə müqavilə əsasında “X2" MMC şirkəti həyata keçirmişdir. Hadisə baş verən zaman, saat təxminən 11 radələrində ərazidə işçilərə nəzarət edəndə səs-küy gəldiyini görüb ora yaxınlaşanda Rüstəmin öz ehtiyatsızlığından açıq şaxtanın içərisinə, təxminən 7 metr hündürlükdən yıxıldığını və xəsarət aldığını görüb dərhal bu barədə rəhbərliyə məlumat vermiş və təcili tibbi yardım maşını gec gələcəyindən şəxsi avtomobili ilə Binəqədi rayonunda yerləşən Məlikov adına xəstəxanaya aparmışlar. Rüstəm orada ilkin müayinədən sonra göstərişlə X13 aparılmışdır. Həmin şaxta boşluğu hadisə zamanı diklə örtülmüşdür. Onların qapını apardıqları yerin yolu şaxtaya tərəf olmayıb. Xəsarət almış şəxsin öz ehtiyatsızlığından hadisə baş vermişdir. Məhkəmədən yüngül tənbeh tədbiri verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon prokurorunun böyük köməkçisi X9 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X16 Sabunçu rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 954 saylı rəyin nəticə hissəsindən görünür ki, X3 baş beyin silkələnməsi, ağciyərlərin kontuziyası ilə müşayiət olunan sol İ, İV, V və Vİ qabırğaların yerini az dəyişən qapalı sınıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-ci il tarixdə və şəraitdə hündürlüyündən yıxılması nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/2810 saylı rəyinin nəticə hissəsindən görünür ki, “bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X1 olan «İş icraçısının əmək funksiyası»nın tələblərinə əsaslanaraq, Sabunçu rayonu, Nardaran kəndi, 30-cu dalanda yerləşən "xxxx" ASC-yə məxsus binanın 2-ci mərtəbəsində yerləşən 7 metr dərinliyində olan kabel xətlərinin şaxtasının ətrafının təhlükəsizlik nişanları və müəyyən edilmiş formada yazılar ilə nişanlanmasını təmin etmədiyinə görə, «Tikinti norma və qaydaları 111-4-80.4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 2.1,2.2 bəndlərinin tələbləri təqdim olunmuş materiallarda olan 23 yanvar 2023- cü il tarixli AET-SMT-001/23 nömrəli subpodrat müqaviləsinə əsasən iş sahəsində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına və normalarına riayət edilməsini öz öhdəsinə götürmüş "xxxx" MMC-nin iş icraçısı tərəfindən pozulmuşdur. - "xxxx" MMC-nin 19 may 2022-ci il tarixli əmrindən görünür ki, Şəxs qeyd olunan tarixdən layihə üzrə icraçı vəzifəsinə təyin edilmişdir. - AET-SMT-001/23 saylı subpodrat müqaviləsindən görünür ki, podratçı "xxxx" MMC ilə subpodratçı "xxxx" MMC arasında subpodrat müqaviləsi bağlanaraq sonuncu tərəfindən müqavilənin 1 saylı əlavəsində göstərilmiş iş həcmlərinə uyğun olaraq 11/35/10KV-luq “Sea Breeze” yarımstansiyasının tikintisi işlərinin yerinə yetirilməsi öhdəsinə götürülmüşdür. Həmin müqavilənin 4-cü bəndinə əsasən subpodartçı işlərin yerinə yetirilməsi zamanı podratçıya aid olan təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarının tələblərinə ciddi riayət etməlidir. Subpodratçı Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi, ətraf mühitin və atmosfer havasının mühafizəsi, Ekoloji təhlükəsizlik qaydalarına və normalarına riayət etməlidir. İşlər görülən zaman işçiləri fərdi mühafizə vasitələri ilə təmin etmək vəzifəsi Subpodratçının üzərinə düşür. Subpodratçı personalının Podratçının yerləşdiyi iş sahəsində işin aparılması üçün tələb olunan işçi geyimləri və fərdi Mühafizə Vasitələri ilə təmin edir. Subpodratçı ona təhkim edilmiş ərazidə öz işçilərinin təhlükəsizliyinə görə məsuliyyət daşıyır (işçi səhlənkarlığı istisna olmaqla). Podratçı tam əmin olmalıdır kİ, heyətin Sifarişçinin SƏTƏM qaydaları, prosedurları və standartları haqqında məlumatı var və onlara riayət edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2024-cü il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: xx.xx.1981-ci ildə Beyləqan rayonu, Əhmədli kəndində anadan olmuş, Beyləqan rayonu, Əhmədli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar