Məhkəmə qərarları › İş №3(008)-4744/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4744/2023

11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4744/2023 11.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, X1 nümayəndəsi X3 iştirakı ilə, 08 avqust 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, MƏD-3, KOR-145, ev 70-əd qeydiyyatda olan və yaşayan-X5 X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, işin baxılmasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi X5 öz izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən hüquqlarını müdafiə etdiyi qızı X7 barsində 14 mart 2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, həmin qərar qanusnuz və əsassız olaraq qəbul edilmişdir. Məhkəmədən şikayətin təmin olunmasını, 14 mart 2023-cü il tarixli qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi MN ******* nömrəli, xx.xx.2023-cü tarixli qərarla təsdiq olunur. İş materiallarına əlavə edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə fiziki şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək 700 (yeddi yüz) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas ola biləcək sübut növləri X2 tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə də məhkəmə inzibati tənbeh vermə haqqında qərarı və digər sənədləri araşdıraraq hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və X4 şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2023-cü tarixli qərarın ləğv edilməsinə dair X4 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar