Məhkəmə qərarları › İş №3(008)-4757/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4757/2022

05.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4757/2022 05.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsurullayeva Səbinə Pərvin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan publik hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən tərtib edilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu” mülkiyyətində olan nəqliyyat vasitəsi idarə edərək inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində rəsmi qaydada təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu”nun etibarnamə üzrə nümayəndəsi X4 öz izahatında bildirmişdir ki, inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatın verilməsi barədə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən göndərilmiş sorğuya cavab verilməsinə dair fondun ünvanına heç bir məktub daxil olmamışdır. Belə ki, Sabunçu Rayon Polis İdarəsi tərəfindən məktub Dövlət Sosial Müdafiə Fonduna deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Fondun ünvanına isə hər hansı məktub daxil olmadığından onun Fond tərəfindən cavablandırılması da mümkün deyil. Odur ki, qeyd olunanları nəzərə alaraq publik hüquqi şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin polis kapitanı X5 protokola uyğun izahat verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu” barəsində AR İXM-nin 347-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu”na ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, qeyd olunan məktub Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyində xx.xx.2022-ci il tarixdə, “Zamanlı” soyadlı şəxs tərəfindən imza edilməklə qəbul olunmuşdur; Poçt qəbzinin üzərində olan ştrix-kod (SS790808937AZ) "xxxx" MMC-nin elektron sisteminin “poçt göndərişlərinin izlənməsi” bölməsinə daxil edilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsindən “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu”nun ünvanına hər hansı sorğunun göndərilməsi və ya həmin sorğunun hüquqi şəxs tərəfindən rəsmi qaydada alınmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə - hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixli protokolu, "xxxx" MMC-nin elektron sisteminin “poçt göndərişlərinin izlənməsi” bölməsindən əldə edilmiş çıxarışı və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu”nun əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməmişdir. Bununla yanaşı, iş materiallarında olan sorğudan görünür ki, sorğu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsinin X1 üzrə Mərkəzi Filialının mülkiyyətində olan “Ford Tranzit 460 E mikroavtobus” markalı, ** JV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü barəsində məlumat verilməsi məqsədi ilə göndərilmişdir. İş materiallarında olan xəbərnamədən isə görünür ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən sorğuya cavab verilməsinə dair ünvanlanmış məktub Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Yavər Əliyev (Bakıxanov qəsəbəsi) ünvanında yerləşən “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu”na deyil, ünvan 5 ünvanında yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş, inzibati xəta haqqında protokol isə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Yavər Əliyev (Bakıxanov qəsəbəsi) ünvanında yerləşən “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu” barəsində tərtib edilmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən göndərilən sorğu ümumiyyətlə barəsində inzibati xəta haqqında protokol tərtib edilən idarəyə deyil, tamamilə başqa ünvana göndərilmişdir ki, belə olan da “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu”nun əməlində AR İXM-nin 347-ci maddəsinin tərkibinin olmasından söhbət gedə bilməz. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu”nun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu” barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar