Məhkəmə qərarları › İş №3(008)-4758/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4758/2021

20.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4758/2021 20.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs oğlunun, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinin polis sahə inspektoru, polis kapitanı X1 iştirakı ilə, xx xxxx 1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublaksı vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsinin 14-cü PB-nin sahə inspektoru, polis kapitanı Famil Camalov tərəfindən tərtib edilmiş 20.11.2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20.11.2021-ci il tarixdə şübhəli olduğu üçün polis bölməsinə gətirilmiş, araşdırma zamanı narkotik vasitədən istifadə etdiyini bildirmişdir, dispanserdə narkoloji müayinədən keçirildikdən sonra müayinə zamanı sidiyində narkotik vasitə aşkar olunmuşdur. Məhkəmədə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 inzibati xəta haqqında protokolu müdafiə edərək, izahatında göstərdi ki, Şəxs 20.11.2021-ci il tarixdə şübhəli olduğu üçün polis bölməsinə gətirilmiş, araşdırma zamanı narkotik vasitədən istifadə etdiyini bildirmiş, dispanserdə narkoloji müayinədən keçirildikdən sonra müayinə zamanı sidiyində narkotik vasitə aşkar olunmuşdur. Qeyd olunanlara əsasən, Şəxs Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında təxminən bir ay əvvəl narkotik vasitədən istifadə etdiyini, əməlindən səmimi peşman olduğunu bildirdi və barəsində inzibati həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan 4006 saylı, 19.11.2021-ci il tarixli sərxoşluq halların bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs oğlunun sidiyində (MTO, EQOP, THC, MET) + preparatları aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirilən hal hesab olunur. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs oğlu qanunsuz olaraq narkotik vasitə istehlak etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi, məsuliyyəti ağırlaşdıran hallarının olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsində təqsirli bilinərək, 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti Şəxs oğluna təqdim edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar