Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4761/2022 06.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X7 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsurullayevanın katibliyi, Zərərçəkmiş şəxs X2 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X8 Polis Şöbəsindən daxil olmuş İXP ******* saylı, 29 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs idarə etdiyi “KARSAN ATAK ’’ markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusla 29 may 2022-ci il tarixdə, saat 14:00-da Bakıxanov qəsəbəsi , S.Qocayev küçəsində sərnişin avtobusunu qapıları açıq vəziyyətdə hərəkətə gətirərkən, həmin vaxt avtobusda olan sərnişin X4 yerə yıxılmış və xx.xx.1988-ci il təvəllüdlü X1 yüngül bədən xəsarətləri yetirmişdir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında çıxış edərək Şəxs şikayətçi olduğunu qeyd edərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, telefon vasitəsi ilə əlaqə saxlayaraq işi ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati qaydada icraat aparılan şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik Hüquqi şəxsin “canlı şəxsin ekspertizası” adlanan 03 iyun 2022-ci il tarixli, 1061 nömrəli ekspert rəyindən görünür ki, Vət.X3 baş beyin silkələnməsi ilə müşaiyət olunan sağ təpə-ənsə-gicgah nahiyyəsinin dərialtı hematoması müəyyən edilmişdir. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Şəxs Bakı şəhər Sabunçu Rayon Polis İdarəsində 30 may 2022-ci il tarixdə verdiyi izahatdan görünür ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayır. Təxminən 2 ildir ki , "xxxx" MMC-də sürücü işləyir.Hal-hazırda “KARSAN” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı 81 nömrəli xətt avtobusunu idarə edir. xx.xx.2022-ci il tarixdə, saat təxminən 14 radələrində idarə etdiyi avtobusla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi “TALKUÇKA”nın yaxınlığında “KASPİ” liseyinin qarşısında üzü icra hakimiyyəti istiqamətində hərəkətdə olaraq dayanacaqda dayanıb və sərnişinlər çox olduğu üçün avtobusun içərisində sıxlıq yaranmışdır. Həmin vaxt bir neçə qadın sərnişin qabaq qapıdan minərək ödəniş kartını ödədikdən sonra o,hərəkət etmək istədikdə kiminsə yıxıldığını ona bildiriblər. Bundan sonra o, avtobusdan enib həmin şəxsə yaxınlaşdıqda ona məlum olub ki, qabaq qapını bağlamadığı üçün sərnişin qadın ödəniş etdikdən sonra avtobusdan enərək arxa qapıdan minmək istəmişdir . O da həmin vaxt avtobusu hərəkətə gətirdikdə qadın yerə yıxılmışdır. «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 20 iyun 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vət.X2 yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, yol-nəqliyyat qaydalarını pozaraq yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuş “KARSAN” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İXP ******* saylı, 29 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs idarə etdiyi “KARSAN ATAK “ markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusla 29 may 2022-ci il tarixdə, saat 14:00-da Bakıxanov qəsəbəsi , S.Qocayev küçəsində sərnişin avtobusunu qapıları açıq vəziyyətdə hərəkətə gətirərkən, həmin vaxt avtobusda olan sərnişin X4 yerə yıxılmış və xx.xx.1988-ci il təvəllüdlü X1 yüngül bədən xəsarətləri yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qanunvericiliyin normalarını rəhbər tutub, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin izahatı, barəsində inzibati qaydada icraat aparılan şəxsin iş materiallarında olan etirafedici izahatı, o cümlədən, inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-4761/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4761/2022
06.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver