Məhkəmə qərarları › İş №3(008)-4768/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-4768/2021

23.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-4768/2021 23.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, inzibati protokolu tərtib etmiş şəxs X7, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, tələbkar X1 iştirakı ilə, 21 dekabr 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Sovx.-2, Sovxoz küçəsi, ev 68, mənzil 1-də qeydiyyatda olan və yaşayan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər, Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Bakı şəhər Sabunçu rayon Rayon Məhkəməsinin 2(008)-1178/2020 saylı, 20 avqust 2020-ci il tarixli icra vərəqəsini icra etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsindən inzibati material daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Bakı şəhər Sabunçu rayon Rayon Məhkəməsinin 2(008)-1178/2020 saylı, 20 avqust 2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 11.12.2019-cu il tarixdən başlayaraq 14.05.2013cü il təvəllüdlü X4, 27.05.2014-cü il təvəllüdlü X5 və 29.09.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 120 manat, cəmi 360 manat aliment tutularaq tələbkar X2 verilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X9 izahatında göstərmişdir ki, Bakı şəhər Sabunçu rayon Rayon Məhkəməsinin 2(008)- 1178/2020 saylı, 20 avqust 2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 11.12.2019cu il tarixdən başlayaraq 14.05.2013-cü il təvəllüdlü X4, 27.05.2014-cü il təvəllüdlü X5 və 29.09.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 120 manat, cəmi 360 manat aliment tutularaq tələbkar X2 verilməlidir. İcraata başlamaq haqqında qərarlar qəbul edilərək borclu Şəxs xəbərdarlıq edilmişdir. Şəxs bu günə qədər yaranmış borcu tam ödəməkdən yayınır. Hal-hazırda aliment borcu 4380 (dörd min üç yüz səksən) manat təşkil edir. Borclu Şəxs icra vərəqəsinin icrasından yayındığı üçün, barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, icra sənədindən məlumatı var. Bu günə qədər 4260 manat aliment ödəmişdir. Qalan borcu ödəməməyinin səbəbi atalığın müəyyən edilməsinə dair Bakı şəhər Binəqədi rayon Məhkəməsinə iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak edən tələbkar X3 izahatında bildirdi ki, borclu alimenti bu günə qədər ödəməkdən müxtəlif bəhanələrlə yayınır. Alimentin ödənilməsini tələb edir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati protokol tərtib edilmiş şəxsin və tələbkarın izahatlarını dinləyib hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iş üzrə borclu Şəxs atalığın müəyyən edilməsi ilə bağlı Bakı şəhər Binəqədi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Ona görədə Bakı şəhər Binəqədi rayon Məhkəməsində atalığın müəyyən edilməsi ilə bağlı mübahisə olduğundan hal-hazırki materiala baxılması mümkün deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1, 106, 109.1.6-cı maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhər Sabunçu rayon İcra Şöbəsinə geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar