Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4797/2025 08.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X3 iştirakları ilə, xx.xx.1996-cı ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 08 avqust 2025-ci il tarixli, MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollara əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:20 radələrində ictimai yerdə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, polisin qanuni tələbinə qəsdən tabe olmadığından barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 11:20 radələrində Sabunçu xəstəxanasının qarşısında olan zaman qardaşı ağır yolnəqliyyat hadisəsi törətdiyindən və vəziyyəti ağır olduğundan həmin hadisənin təsiri altında bibisi ilə aralarında mübahisə yaranmış və aralarındakı münaqişəyə xəstəxananın mühafizəsi yaxınlaşaraq öz iradlarını bildirimiş, lakin buna əhəmiyyət verməyərək mübahisə etməyə davam etmişdir. Sonradan mülki geyimli polis əməkdaşları ona yaxınlaşraq onu 12-ci Polis Şöbəsinə dəvət etmişdirlər. Lakin o qardaşının vəziyyəti ağır olduğundan getmək istəməmişdir. Lakin polis əməkdaşları tərəfindən Polis Şöbəsinə aparılmışdır. Polis Şöbəsində olan zaman mobil telefonunun təhvil verilməsi tələb edilsə də o polisin tələbinə tabe olmamışdır. Lakin nə bibisinə qarşı nə də polis əməkdaşlarına qarşı heç bir nalayiq ifadə işlətmişdir. Qardaşı iki gündür komadan ayılmamışdır, hazırda Sabunçu xəstəxanasındadır, o özündə olmamışdır, əməlindən peşmandır, xahiş edir ki, məhkəmə tərəfindən nəzərə alınsın. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X3 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:20 radələrində ictimai yerdə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, polisin qanuni tələbinə qəsdən tabe olmadığından barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında X4 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 11:20 radələrində Sabunçu xəstəxanasının inzibati ərazisində bir nəfər şəxsin ictimai yerdə ucadan nalayiq söyüşlər söyərək, münaqişə yaratdığını görmüş və ona yaxınlaşıb nizam-intizama dəvət etmişdirlər, lakin həmin şəxs öz hüquqa zidd əməllərini davam etdirmişdir. Polisin qanuni tələblərinə qəsdən tabe olmadığına görə, ictimai yerdə ictimai qaydaları pozduğuna görə, həmin şəxsi 12-ci Polis Şöbəsinə dəvət etmişdirlər. PŞ-də məlum olduki həmin şəxs xx.xx.1996-cı il təvəllüdlü Şəxsdur. Həmin şəxs PŞ-də olarkən növbətçi hissənin əməkdaşlarına və orada olan PŞ-nin digər əməkdaşlarınən ünvanına nalayiq ifadələr işlətmiş növbətçi hissənin iş rejimini pozaraq aqressiv hərəkətlər nümayiş etdirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən daxil olmuş 08 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 avqust 2025-ci il tarixdə saat 11:20 radələrində ictimai yerdə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 08 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 avqust 2025-ci il tarixdə saat 11:20 radələrində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə rəisi, polis kapitanı Vüqar Mirzəyev və əməliyyat müvəkkili, polis leytenantı Toğrul Səfərov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:20 radələrində Sabunçu xəstəxanasının inzibati ərazisində bir nəfər şəxsin ictimai yerdə ucadan nalayiq söyüşlər söyərək, münaqişə yaratdığını görmüş və ona yaxınlaşıb nizam-intizama dəvət etmişdirlər, lakin həmin şəxs öz hüquqa zidd əməllərini davam etdirmişdir. Polisin qanuni tələblərinə qəsdən tabe olmadığına görə, ictimai yerdə ictimai qaydaları pozduğuna görə, həmin şəxsi 12-ci Polis Şöbəsinə dəvət etmişdirlər. PŞ-də məlum olduki həmin şəxs xx.xx.1996-cı il təvəllüdlü Şəxsdur. Həmin şəxs PŞ-də olarkən növbətçi hissənin əməkdaşlarına və orada olan PŞ-nin digər əməkdaşlarınən ünvanına nalayiq ifadələr işlətmiş növbətçi hissənin iş rejimini pozaraq aqressiv hərəkətlər nümayiş etdirmiş, PŞnin əməkdaşının xidməti otağının qapısına zərbə endirərək onu yararsız hala salmışdır; İnzibati qaydada tutma haqqında 08 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 11:20-də tutulmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında Şəxs hər hansı nalayiq ifadə işlətmədiyini bildirsə də, məhkəmə onun bu hissədə izahatını özünü müdafiə xarakterli izahat kimi qiymətlləndirir. Belə ki, göstərilən xüsusatlar məhkəmə iclasında X1 izahatı ilə, eləcə də Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə rəisi, polis kapitanı Vüqar Mirzəyev və əməliyyat müvəkkili, polis leytenantı Toğrul Səfərov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportu ilə təkzib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qismən etirafedici izahatı, şahid izhaatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 08 avqust 2025-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, həmçinin xırda xuliqanlıq etmişdir. Bununla da, Əsgərli X2 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Əsgərli X2 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, məhkəmə iclas zalından dərhal azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsinə əsasən 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad olunsun. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Saunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-4797/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4797/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver