Məhkəmə qərarları › İş №3(008)-4809/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4809/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4809/2025 19.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 Rafiq oğlunun sədrliyi, Şahbazlı Aynur Qılınc qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 29668420 nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X2 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 29668420 nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin qərarda cərimə edilməyininin səbəbi kimi xx.xx.2025-ci il tarixində saat 19:28-də, M-1 129 km, Şabran rayonu, Mollakamallı kəndi, Bakı istiqamətində MAN TGX 18.440 yük markalı, **-HQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, İnzibati Xətalar Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanı il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə onun İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməyi göstərilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, DİN BDYPİ X1 xx.xx.2025-ci il tarixli, inzibati tənbeh vermə haqqında qərarı tamamilə əsassızdır. Belə ki o, Quba rayonu ərazisində yerləşən daş karxanasında MAN TGX 18.440 yük markalı, **- HQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə çınqıl yüklədikdən sonra, həmin ərazidə olan tərəzidən keçib, nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisini dəqiqləşdirərək, 40240 kq olduğunu müəyyən etmiş və ona bu barədə xx.xx.2025-ci il tarixli “tərəzi qəbzi” verilmişdir. Həmin gün saat 19:28-də, M-1 129 km, Şabran rayonu, Mollakamallı kəndi ərazisində, Bakı istiqamətində hərəkətdə olarkən, həmin ərazidə AYNA-ya məxsus tərəzidən keçərkən, tərəzi çəkini səhv ölçərək, normadan artıq yəni 42690 kq olduğunu qeydə alınmışdır. Bundan sonra o, nəqliyyat vəsitəsinin çəkisini bir daha ölçüb əmin olmaq üçün, Ceyranbatan rayonu ərazisində olan tərəzidən keçərək, nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisinin 40340 kq olduğunu müəyyən etmiş və ona bu barədə tərəzi qəbzi verilmişdir. Göründüyü kimi M-1 129 km, Şabran rayonu, Mollakamallı kəndi ərazisində AYNA tərəfindən quraşdırılmış tərəzi nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisi olduğundan artıq qeydə alınmış və bunun nəticəsində o, Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş hesab edilmişdir. Göründüyü kimi o, əsassız olaraq, yəni tərəzinin nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisini yanlış ölçməsi nəticəsində DİN-nin BDYPİ X1 xx.xx.2025-ci il tarixli qərarı ilə cərimə edilmişdir. Hesab edir ki, onun əməlində inzibati xəta tərkibi yoxdur. Bu səbəbdən də hesab edir ki, barəsində olan inzibati xəta haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Onun 1200 məbləğində cərimə olunmağı haqqında DİN-nin BDYPİ X1 xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə şikayət qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayəti və işdə olan materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Tərəzi qəbzi”ndən görünür ki, X2 idarə etdiyi **-HQ-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisinin (Brutto, kg) 40240 kq olduğu müəyyən edilmişdir. (Giriş: xx.xx.2025 saat 18:19:02 – Çıxış: xx.xx.2025 saat 18:24:07). - xx.xx.2025-ci il tarixli “Tərəzi qəbzi”ndən görünür ki, X2 idarə etdiyi **-HQ-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisinin 40340 kq olduğu müəyyən edilmişdir. (xx.xx.2025 saat 20:55). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə görə, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X2 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X3 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X2 izahatında göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Tərəzi qəbzi”lərindən aydın olur ki, X2 idarə etdiyi **-HQ-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisinin xx.xx.2025-ci il tarixdə, saat 18:19:02 radələrində 40240 kq, yenə həmin tarixdə saat 20:55 radələrində isə 40340 kq olduğu müəyyən edilir. Lakin, inzibati xəta haqqında iş üzrə icraat aparan orqan qeyd edilən hala diqqət yetirməyərək X4 barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X2 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X3 barəsində EQ seriyalı 29668420 nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X3 Azərbaycan Respublikası İXM-in 353.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də ilə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 29668420 nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 29668420 nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar