Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-481/2023 31.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Səfərlinin katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında 16 yanvar 2023-cü il tarixli, MN ******* saylı protokola əsasən, ünvan 1 ünvanında yerləşən Şəxs MMC tərəfindən AQTA-nın Bakı regional bölməsinin xx.xx.2022-ci il tarixli, 1D********** nömrəli “Ölkəyə idxal olunmuş qida məhsullarının satış şəbəkələrindən geri yığılması barədə” qərarını icra etməmiş, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmuna uyğun izahat verərək MMC barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq nümayəndə yazılı tələblərinin Şəxs MMC-yə çatmasını təsdiq edən hər hansı xəbərnamənin və ya sübuti əhəmiyyətli sənədlərinin olmadığını, lakin yazılı tələbin MMC-nin elektron poçt ünvanlarına göndərildiyini və elektron sistemlərinə yerləşdirildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Ölkəyə idxal olunmuş qida məhsullarının satış şəbəkələrindən geri yığılması barədə” xx.xx.2022-ci il tarixli, İD********** nömrəli qərardan görünür ki, Şəxs MMC-nin xx.xx.2022-ci il tarixli, İD********** nömrəli müraciəti əsasında ölkəyə idxal olunan məhsulların 30 gün müddətində satış şəbəkələrindən geri çağırılması və bu barədə Agentliyin Bakı regional bölməsinə məlumat verilməsi qərara alınmış və qərarın rəsmi qaydada tərəfə təqdim edildiyi tarixdən qüvvəyə minməsi göstərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraata başlanması” barədə 06 yanvar 2023-cü il tarixli, 3-44-1/2-65/23(1) nömrəli bildirişdən görünür ki, “Ölkəyə idxal olunmuş qida məhsullarının satış şəbəkələrindən geri yığılması barədə” xx.xx.2022-ci il tarixli, İD********** nömrəli qərarın icra müddətinin 30 gün olması, lakin MMC tərəfindən qərarın icrası ilə bağı məlumatın Agentliyin Bakı regional bölməsinə daxil olmadığı göstərilmişdir. İnzibati xəta haqqında 16 yanvar 2023-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC tərəfindən AQTA-nın Bakı regional bölməsinin xx.xx.2022-ci il tarixli, 1D********** nömrəli “Ölkəyə idxal olunmuş qida məhsullarının satış şəbəkələrindən geri yığılması barədə” qərarını icra etməmiş, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 544.2-ci maddəsinə əsasən İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Karelin Rusiyaya qarşı” işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək qeyd edir ki, iş materiallarında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsi tərəfindən qəbul edilmiş “Ölkəyə idxal olunmuş qida məhsullarının satış şəbəkələrindən geri yığılması barədə” xx.xx.2022-ci il tarixli, İD********** nömrəli qərarın və 06 yanvar 2023-cü il tarixli, 3- 44-1/2-65/23(1) nömrəli bildirişin Şəxs MMC-yə çatdırılmasını təsdiq edən hər hansı sənəd mövcud deyil. Bununla yanaşı, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsi tərəfindən qəbul edilmiş “Ölkəyə idxal olunmuş qida məhsullarının satış şəbəkələrindən geri yığılması barədə” xx.xx.2022-ci il tarixli, İD********** nömrəli qərardan görünür ki, həmin qərarın qüvvəyə minmə tarixi qərarın rəsmi qaydada tərəfə təqdim edildiyi tarix hesab edilir. Maraqlıdır ki, sözügedən qərarın MMC-yə rəsmi qaydada təqdim edilməsini hər hansı sənəd və sübut olmadan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həmin qərarın tərəfə rəsmi qaydada çatdırılması və qüvvəyə minməsi qənaətinə gəlməyi məqbul hesab etmişdir. Halbuki, iş materiallarında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsi tərəfindən qəbul edilmiş “Ölkəyə idxal olunmuş qida məhsullarının satış şəbəkələrindən geri yığılması barədə” xx.xx.2022-ci il tarixli, İD********** nömrəli qərarın MMC-yə rəsmi qaydada təqdim edildiyini təsdiq edən sənəd olmadığı təqdirdə həmin qərarın qanuni qüvvəsi olan qərar kimi qiymətləndirilməsi və qanuni qüvvəyə minməyən qərarın icra edilməməsinin inzibati məsuliyyətə səbəb olması qeyri-mümkündür. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin nümayəndəsi X2 “Ölkəyə idxal olunmuş qida məhsullarının satış şəbəkələrindən geri yığılması barədə” xx.xx.2022-ci il tarixli, İD********** nömrəli qərarın MMC-nin e-mail ünvanına göndərildiyini bildirsə də, nümayəndə Agentlik tərəfindən qəbul edilmiş qərarda müvafiq qərarın hər hansı formada deyil, məhz rəsmi qaydada təqdim edilməli olmasının və həmin tarixdən qüvvəyə minməli olmasının göstərildiyini nəzərə almamışdır. Nümayəndə MMC-nin e-mail ünvanına müvafiq qərarın göndərilməsini MMC-nin təqsirli hesab edilməsi üçün yetərli hesab etsə də, məhkəmə qeyd edir ki, e-mail ünvanın həqiqətən də MMC-yə məxsus olması, MMC-nin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsi tərəfindən qəbul edilmiş “Ölkəyə idxal olunmuş qida məhsullarının satış şəbəkələrindən geri yığılması barədə” xx.xx.2022-ci il tarixli, İD********** nömrəli qərarı e-mail vasitəsi ilə əldə etməsi də iş materialları ilə öz təsdiqini tapmamışdır ki, bu da nümayəndənin dəlillərinin əsassız olmasına dəlalət edir. Göründüyü kimi, Şəxs MMC-nin AR İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir ki, belə olan halda Şəxs MMC-nin həmin maddə ilə təqsirli olması qənaətinə gəlinməsi mümkün deyil. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs MMC-nin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs MMC-nin AR İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə təqsirli olması sübuta yetirilmədiyindən AR İXM-nin 53.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC-nin AR İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə təqsirli olması sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-481/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-481/2023
31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver