Məhkəmə qərarları › İş №3(008)-4831/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4831/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4831/2025 11.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi X17 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslər X15 və X1 iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 11 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-573 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən 7898 manat X10, 17 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən 1146 manat “Kapital Banka”, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5021 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 132014 manat "xxxx" MMC-nə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1002 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 26000 manat "xxxx" MMC-nin xeyrinə, Bakı şəhəri 16 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən 4500 manat X11 həmin məbləğdən 800 manat boru qalıb, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5278/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 10259,87 manat əsas borc, 200 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3855/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən 58000 manat əsas borc, X2 ödəməlidir. Lakin o, qərəzli olaraq icra sənədləri üzrə tələbləri yerinə yetirməmişdir. Beləliklə göstərilənlərə əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin böyük icra məmuru X12 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Məmmədov X3 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, hazırda işləmir, yenidən işə girəcəkdir, lakin borcları çox olduğundan hazırki icra sənədləri üzrə ödəniş edə bilməmişdir. Yaranmış borcla bağlı hissə-hissə ödəniş edəcəyini bildirmiş, hazırda borcun tam şəkildə ödənilməsinə maddi cəhətdən imkanı yoxdur, odur ki, barəsində tərtib olunmuş protokol üzrə barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X15 izahatında göstərdi ki, Şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-573 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən 7898 manat məbləğində borcu vardır. Borcun ona ödənilməsini tələb edir, həbs edilməsini istəmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, Şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3855/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən 58000 manat məbləğində borcu vardır. Borcun ona ödənilməsini tələb edir, həbs edilməsini istəmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-3855/2019 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 58000 manat məbləğində borc tutulub, iddiaçı X2 verilməli, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdeh Şəxs tutularaq iddiaçı X2 verilmiş, geri qalan 15 manat X2 aid edilməlidir; Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5278/2022 saylı icra vərəqəsindən görünür ki, Şəxs 10259,87 manat əsas borc, 200 manat mediasiya xərci "xxxx" MMC-nin xeyrinə tutulmalıdır; Bakı şəhəri 16 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli icra qeydindən görünür ki, X8 xeyrinə Şəxs müddət üçün vaxtında ödənilməmiş 4500 manat tutulmalıdır; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-1002/2022 saylı Şəxs 26000 manat məbləğində borc və 200 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir; Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5021/2023 saylı icra vərəqindən görünür ki, "xxxx" MMC ilə Şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 130084,74 manat məbləğində pul cavabdeh Şəxs tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilməlidir. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 410 manat ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20,08 manat hüquqi yardım xərcinin əvəzi olaraq 1500 manat məbləğində pul cavabdeh Şəxs tutularaq "xxxx" MMC-nə ödənilməlidir; Bakı şəhəri 17 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, X21 Səhmdar Cəmiyyətinin xeyrinə Şəxs BRCB1755132B299 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1121,17 manat tutulmalıdır; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-573/2024 saylı icra vərəqəsindən görünür ki, Şəxs 7800 manat əsas borc və 98 manat dövlət rüsumu tutularaq iddiaçı X13 ödənilməlidir; İcraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2019-cu il tarixli bildirişin surətindən görünür ki, 2(008)-3855/2019-006 saylı xx.xx.2019-cu il tarixli icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu, xx.xx.1977-ci il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan X5 barəsində axtarış elan edilmişdir. Bir neçə icra sənədinin ümumi icraata birləşdirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2019-cu il tarixdə icraatına daxil olmuş Sabunçu Rayon Məhkəməsinin 2(008)-3855/2019-006 nömrəli, xx.xx.2019-cu il tarixli, xx.xx.2022-ci il tarixdə icraatına daxil olmuş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1002/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixdə icraatına daxil olmuş Bakı şəhəri 16 saylı Notariat Kontoru 8İ-5616 nömrəli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cu il tarixdə icraatına daxil olmuş Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5278/2022-022 nömrəli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cu il tarixdə icraatına daxil olmuş Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-6492/2023-020 nömrəli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixdə icraatına daxil olmuş Bakı şəhəri 17 saylı Notariat Kontoru 8İ-1020 nömrəli, xx.xx.2024-cü il tarixli, xx.xx.2023-cü il tarixində icraatına daxil olmuş Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5021/2023-018 nömrəli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cu il tarixdə icraatına daxil olmuş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-573/2024-019 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Şəxs məhkəmə iclasında hazırki icra sənədi üzr borcu ödəyə bilməməsini göstərmiş, hazırda işləmədiyini, yenidən işə girəcəyini bildirmiş, yaranmış borc üzrə hissə-hissə ödəniş edəcəkdir. Məhkəmə qeyd edir ki, göstrilən səbəb icra sənədinin icra edilməməsinə əsas ola bilməz. Borclu bunu bilərəkdən və maliyyə imkanlarını "minimallaşdıraraq" öhdəlikdən qismən yayınırsa, bu, qərəzli və məqsədli yayınma kimi hüquqi qiymət ala bilər. Borclunun qəsdən yüksək əmək haqqı olan rəsmi işə düzəlməməsi, alternativ iş imkanları axtarmağa dair sübut təqdim etməməsi bütün bu hallar İXM-nin 528.1-ci maddəsinə əsasən "üzrsüz səbəbdən icra sənədinin tələblərini yerinə yetirməmək" kimi qiymətləndirilə bilər və qərəzli yayınma faktını sübut edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxslərin və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin çıxışları, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində protokol tərtib etmiş şəxs Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Şəxs icra sənədində qeyd olunan pul məbləğinin ödənilməsi tələbi qoyulsa da, o, məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar