Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4832/2025 22.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, X1 iştirakı ilə, 15 avqust 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 24də qeydiyyatda olan və yaşayan-X2 Azərbaycan Respublikası DİN Baş X7i İdarəsi tərəfindən qəbul edilmiş EQ 29727653 nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3, DİN-nin Baş X7i İdarəsi tərəfindən qəbul edilmiş EQ 29727653 nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası DİN Baş X7i İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə işə Azərbaycan Respublikası DİN Baş X7i İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şikayətçi X3 izahatında göstərmişdir ki, o Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 05 avqust 2025-ci il tarixli, EQ 29727653 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən 1200 (bir min iki yüz manat) AZN məbləğində inzibati cərimə edilmişdir. Bildirir ki, istifadəsində olan **-CJ-*** dövlət qeydiyyat nişanlı “X6” furqon markalı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə saat 07:13:40-da Sumqayıt şəhəri H.Z.Tağıyev, Quba istiqamətində hərəkətdə olan zaman elektron tərəzi vasitəsilə nəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisinin 19740 kq olduğu müəyyən edilmiş, sözügedən nəqliyyat vasitəsi üzrə çəki limitinin 18000 kq olduğu qeyd olunmuş və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi üzrə qərar qəbul edilərək 1200 (bir min iki yüz manat) AZN məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. İlk öncə bildirmək istəyirik ki, sözügedən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən onun yüksüz kütləsi 11000 kq təşkil edir və yüklə birlikdə ümumi maksimal kütləsi 25000 kq-dır. Beləliklə qeydiyyat şəhadətnaməsindən göründüyü kimi elektron tərəzi vasitəsilə qeydə alınan 20050 kq kütlənin olması qanun pozuntusu hesab edilməməlidir. Buna baxmayaraq, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi (353.2ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsi) ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması qənaətinə gələrək onu inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Eyni zamanda idarə etdiyi avtomobil Sumqayıt şəhəri H.Z.Tağıyev, Quba istiqaməti üzrə hərəkət trayektoriyasına nəqliyyət vasitəsi inzibati xətanın baş verdiyi qeyd olunan M-1 avtomobil yolunun 44.6-cı çatana qədər müxtəlif inzibati ərazi vahidlərindən və nəqliyyat vasitələrinin çəkisinin ölçülməsi üçün quraşdırılmış bir neçə elektron tərəzi avadanlığı olan məntəqələrdən keçmişdir. Lakin bu müddət ərzində nəqliyyat vasitəsinin çəki normativlərini aşması ilə bağlı hər hansı hüquqi və ya texniki qeydə rast gəlinməmiş, heç bir elektron tərəzi vasitəsilə bu xarakterli pozuntu müəyyən edilməmişdir. Bu faktlar, inzibati xəta protokolunun tərtib edildiyi texniki avadanlığın (elektron tərəzinin) düzgün və etibarlı işləməməsi ehtimalını doğurur. Nəticə etibarilə, müvafiq texniki vasitədə sensor və ölçmə mexanizmləri ilə bağlı texniki nasazlığın mövcud olma ehtimalı əsaslı şəkildə nəzərdən keçirilməlidir. Qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Çünki o sözügedən inzibati pozuntuya yol verməmişdir. Məhkəmədən qərarın ləğv olunmasını və iş üzrə icraat xitam verilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayəti və işdə olan materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: **-CJ-*** nömrəli “X6” markal nəqliyyat vasitəsinə dair şəhadətnamənin surətindən görünür ki, nəqliyyat vasitəsinin yüksüz kütləsi 11 000 kq, maksimal kütləsi isə 25 000 kq təşkil edir. Protokoldan görünür ki, X2 barəsində 15 iyul 2025-ci il tarixli, EQ seriyalı 29267476 saylı inzibati tənbeh vermə haqqında qərar mövcud olmuşdur. EQ 29727653 nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan və ona əlavə edilmiş foto şəkildən görünür ki, **-CJ-*** nğmrəli “X6” markalı nəqliyyat vasitəsi çəkisi 19 740 kq, limit 18 000 kq təşkil edir. Təqdim edilmiş video görüntülərdən müəyyən olunur ki, Mirhüseyn Mirsadıqov nəqliyyat vasitəsinin yük yerini çəkməklə yüklərin miqdarının az olmasını, nümayiş etdirmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 3(008)-4555/2025-ci il tarixli xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X2 şikayəti qismən təmin edilmiş, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsilə inzibati xəta törətməsinə dair DİN-nin Baş X7i İdarəsi tərəfindən qəbul edilmiş 15 iyul 2025-ci il tarixli, EQ seriyalı 29267476 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş X7i İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir:122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə);122.3.3.inzibati cərimənin məbləği və ödənilməsi qaydası.122.4. İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 327-1.1, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 127-1.1-ci maddəsinə görə bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya edilməlidir. 353.2-ci maddəsinə görə, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə -fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. 353.5-ci madəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə-fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, maddənin dispozisiya şərtindən də göründüyü kimi, İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsi müəyyən edilməlidir. Belə ki, təqdim edilmiş Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 3(008)-4555/2025ci il tarixli xx.xx.2025-ci il tarixli qərarından müəyyən olunur ki, şəxsin əvvəllər inzibati məsuliyyətə cəlb edilməsi barədə 15 iyul 2025-ci il tarixli, EQ seriyalı 29267476 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş X7i İdarəsinə göndərilmişdir. Hazırda həmin qərar qüvvədə olmadığından hazırki mərhələdə şəxsin İXM-nin 353.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası inzibati xətalar qanunvericiliyinin prinsiplərinə zidd hesab edilə bilər. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 3(008)-4555/2025-ci il tarixli xx.xx.2025-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, “halbuki, iş materiallarında olan 15 iyul 2025-ci il tarixli, EQ seriyalı 29267476 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, protokol sübutlara istinad edilməmiş, ona Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamış, inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer və s. göstərilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, qərarı qəbul etmiş orqana hazırki inzibati xəta ilə bağlı materialın təqdim edilməsi təklif olunsa da, sözügedən nəqliyyat vasitəsinin X3 tərəfindən törədilməsini təsdiq edən hər hansı foto və ya video material təqdim edilməmişdir”. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, DİN-nin Baş X7i İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X2 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X3 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X2 izahatında göstərdiyi dəlillər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Lakin, inzibati xəta haqqında iş üzrə icraat aparan orqan qeyd edilən hala diqqət yetirməyərək X3 barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X2 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana(vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X3 barəsində EQ 29727653 nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X3 Azərbaycan Respublikası İXM-in 353.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də ilə Azərbaycan Respublikası DİN Baş X7i İdarəsi tərəfindən qəbul edilmiş EQ 29727653 nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş X7i İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Baş X7i İdarəsi tərəfindən qəbul edilmiş EQ 29727653 nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş X7i İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-4832/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4832/2025
22.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver