Məhkəmə qərarları › İş №3(008)-4833/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4833/2025

14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4833/2025 14.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X2 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 08 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi 148 ünvanında “Birinci” uşaq bağçası xx.xx.2025-ci il tarixində B.S.K.İ-nin balansında olan su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanmasına görə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında qeyd etmişdir ki, o, Birinci” adlı körpələr evi-uşaq bağçasının sahibidir, bağçanın fəaliyyəti üçün işıq və qazla bağlı rəsmi icazə almış, lakin sudan istifadə ilə bağlı rəsmi icazə verilməmişdir və məcburiyyət qarşısında qalaraq sudan özbaşına istifadə etmişdir. Əməlindən peşman olduğunu, barəsində yüngül inzibati tənbeh tədbirinin tətəbiq ediləsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 08 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi 148 ünvanında “Birinci” uşaq bağçası xx.xx.2025-ci il tarixində B.S.K.İ-nin balansında olan su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanmasına görə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; 05 avqust 2025-ci il tarixli 000228 nömrəli aktdan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən su və su təsərrüfatı obyektlərindən istifadə və onların mühafizəsi qaydalarını, həmçinin Azərbaycan Respublikası Su qanunvericiliyinin digər tələblərini rəhbər tutaraq mütəmadi olaraq monitorinq-nəzarət tədbirləri həyata keçirilir. Belə ki, bölmənin xx.xx.2025-ci il tarixli 020 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində keçirilən monitorinq zamanı Xanlar yaşayış massivi 148 ünvanında “Birinci” adlı körpələr evi-uşaq bağçasının Sabunçu rayon Su kanal idarəsinin balansında olan şəbəkə su xəttinə d=15 mm-lik plastik boru vasitəsi ilə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Monitorinq müddətində sözügedən obyektin hal-hazırda fəaliyyət göstərdiyi, obyektin sahibinin isə Şəxs adlı şəxs olduğu məlum olmuşdur. Fiziki şəxs Şəxs 1 saylı Bakı Regional Bölməyə dəvət olunaraq izahatı alınmış, izahatında Şəxs Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən “Birinci” adlı körpələr evi-uşaq bağçasının sahibi olduğunu, bağçanın fəaliyyəti üçün işıq və qazla bağlı rəsmi icazə aldığını, lakin sudan istifadə ilə bağlı rəsmi icazə verilmədiyini və məcburiyyət qarşısında qalaraq sudan özbaşına istifadə etdiyini bildirərək və özü barədə sənədləri təqdim edərək aşkar edilmiş faktı təsdiq etdi. Araşdırma müddətində Şəxs sudan istifadə ilə bağlı qanunvericilik tələbləri və araşdırma ilə bağlı hüquq və vəzifələri izah edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının Su Məcəlləsinin 40-cı və 45-ci maddələrinin Azırbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyun 2024-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması” Qərarının və həmçinin Su təchizatı və Tullantı Suları haqqında Azərbaycan Respublikası Qanunun 24, 30, 58, 65, 67 və 72-ci maddələrinin tələbləri pozulmuşdur. Ərazidə çəkilmiş obyektin foto şəkili və araşdırmaya dair digər sənədlər akta əlavə edilmişdir; Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 05 avqust 2025-ci il tarixli 603434 nömrəli aktdan görünür ki, Maştağa qəsəbəsində yerləşən Şəxs məxsus qeyri-yaşayış sahəsinin su xətlərinə baxış keçirilən zaman d=15 mm-lik su xəttindən müqavilə bağlanmadan xidmətdən istifadə etdiyi aşkarlanmış, qanunsuz istafadə nəticəsində dəymiş maddi ziyanın məbləği 1098 manat olduğu müəyyən edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 262.3-cü maddəsinə əsasən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 262.3-cü maddəsində “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 262.3-cü maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar