Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4837/2023 25.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ŞəxsNİN Azərbaycan Respublikası Filialının etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs ŞəxsNİN Azərbaycan Respublikası Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı ŞəxsNİN Azərbaycan Respublikası Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 16 avqust 2023-cü il tarixli EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ŞəxsNİN Azərbaycan Respublikası Filialı 648654.00 (altı yüz qırx səkkiz min altı yüz əlli dörd) ABŞ dolları məbləğində vəsaiti 04 avqust 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 28050.36 (iyirmi səkkiz min əlli dollar otuz altı sent) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında hüquqi şəxs ŞəxsNİN Azərbaycan Respublikası Filialı-nin nümayəndəsi X3 bildirmişdir ki, “METİNVES-SMC”-nin hesabına köçürülmüş 28050.36 ABŞ dolları ilə bağlı mallar Ukraynada mövcud olan hərbi vəziyyətlə əlaqədar ŞəxsNİN Azərbaycan Respublikası Filialına göndərilə bilməmiş, bununla bağlı şirkətlə yazışmalara olmuşdur, mövcud vəziyyətin onlardan asılı olmayan səbəbdən baş verməsinin nəzərə alınmasını, buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 10 avqust 2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, hüquqi şəxs ŞəxsNİN Azərbaycan Respublikası Filialı tərəfindən 648654.00 (altı yüz qırx səkkiz min altı yüz əlli dörd) ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti 04 avqust 2021-ci il tarixində Paşabankda olan hesabından, Azərbaycan Respublikasından kənara köçürülmüşdür. «Paşabank» İSTEHSALAT KOMMERSİYA FİRMASİ-nin 10 avqust 2023-cü il tarixli məktubunun surətindən görünür ki, hüquqi şəxs ŞəxsNİN Azərbaycan Respublikası Filialı tərəfindən ödənişin aparıldığı gündən 2 il keçməsinə baxmayaraq, 28050.36 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlər banka təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 16 avqust 2023-cü il tarixli EP saylı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs ŞəxsNİN Azərbaycan Respublikası Filialı 648654.00 (altı yüz qırx səkkiz min altı yüz əlli dörd) ABŞ dolları məbləğində vəsaiti 04 avqust 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 28050.36 (iyirmi səkkiz min əlli dollar otuz altı sent) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan məlum olur ki, ŞəxsNİN Azərbaycan Respublikası Filialı qeydiyyata alınmış, VÖEN-i **********, hüquqi ünvanı AZ 1038, ünvan 1nəqədi Şossesi. 22 aprel 2022-ci il tarixli "xxxx" MMC-nin “MAKRO 2000 EĞİTİM TEKNOLOJİLERİ İNS”-in AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİna ünvanladığı məktubdan görünür ki, tamamlanmış tədarüklərdən sonra xx.xx.2021-ci il tarixli MKE-1508393/07/21 nömrəli Müqavilənin xx.xx.2021-ci il tarixli İ nömrəli Spesifikasiyasına uyğun olaraq tolerantlıq şəraitində daşınma nəzərə alınmaqla nağd pul qalığı 28 050.36 ABŞ dolları təşkil etdiyi, Ukrayna Prezidentinin 24 fevral 2022-ci il tarixli 64/2022 nömrəli “Ukraynada hərbi vəziyyətin tətbiqi haqqında" Fərmanı əsasında 2022-ci il fevralın 24-də Ukrayna ərazisində hərbi vəziyyət tətbiq edildiyi, xx.xx.1997-ci il tarixli. 671/97-BP nömrəli "Ukraynada Ticarət və Sənaye Palataları haqqında" Ukrayna Qanununun 14, 14' bəndlərinə, Ukrayna Ticarət və X1 uyğun olaraq fors-major halları (fors-major) hesab edilən Rusiya Federasiyasının Ukraynaya qarşı hərbi təcavüzü 2022-ci il fevralın 24-dən hərbi vəziyyətin tətbiqi üçün əsas təşkil etdiyi göstərilmiş, mövcud şəraitdə nağd pul qalığı ilə bağlı aşağıdakı variantların nəzərdən keçirilməsi təklif edilmişdir; Ukrayna ərazisində hərbi vəziyyətin dayandırılmasının gözlənilməsi və bundan sonra pul vəsaitinin təqdim olunmuş bank rekvizitlərinə qaytarılması. Ternopoldakı anbarda mövcud olan çeşiddə sinklənmiş rulonların avtomobil nəqliyyatı ilə FCA şərtləri ilə cari qiymətlərlə daşınması. Spesifikasiyalarda göstərilən qiymətlərlə sinklənmiş rulonların əlavə tədarükü üçün təklifin lörmalaşdırılmasmın yalnız Ukrayna ərazisində hərbi vəziyyətin başa çatmasından sonra, habelə məhsul istehsalı və daşınması imkanlarının bizim tərəfimizdən əlavə qiymətləndirilməsindən sonra mümkün olması. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X4 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X4 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş ŞəxsNİN Azərbaycan Respublikası Filialı barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, ŞəxsNİN Azərbaycan Respublikası Filialı tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərki olması obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, ŞəxsNİN Azərbaycan Respublikası Filialı barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, barəsində inzibati icraat aparılan şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş, iş materiallarına əlavə edilmiş məktubdan görünür ki, "xxxx" MMC tamamlanmış tədarüklərdən sonra xx.xx.2021-ci il tarixli MKE-1508393/07/21 nömrəli Müqavilənin xx.xx.2021-ci il tarixli İ nömrəli Spesifikasiyasına uyğun olaraq tolerantlıq şəraitində daşınma nəzərə alınmaqla nağd pul qalığı 28 050.36 ABŞ dolları təşkil etdiyi, Ukrayna Prezidentinin 24 fevral 2022-ci il tarixli 64/2022 nömrəli “Ukraynada hərbi vəziyyətin tətbiqi haqqında" Fərmanı əsasında 2022-ci il fevralın 24-də Ukrayna ərazisində hərbi vəziyyət tətbiq edildiyi, xx.xx.1997-ci il tarixli, 671/97-BP nömrəli "Ukraynada Ticarət və Sənaye Palataları haqqında" Ukrayna Qanununun 14, 14' bəndlərinə, Ukrayna Ticarət və X1 uyğun olaraq fors-major halları (fors-major) hesab edilən Rusiya Federasiyasının Ukraynaya qarşı hərbi təcavüzü 2022-ci il fevralın 24-dən hərbi vəziyyətin tətbiqi üçün əsas təşkil etdiyi göstərilmişdir. Göründüyü kimi malların ölkə ərazisinə gətirilməməsinin səbəbi Ukrayna Prezidentinin 24 fevral 2022-ci il tarixli 64/2022 nömrəli “Ukraynada hərbi vəziyyətin tətbiqi haqqında" Fərmanı əsasında 2022-ci il fevralın 24-də Ukrayna ərazisində hərbi vəziyyət tətbiq edildiyi, xx.xx.1997-ci il tarixli, 671/97-BP nömrəli "Ukraynada Ticarət və Sənaye Palataları haqqında" Ukrayna Qanununun 14, 14' bəndlərinə, Ukrayna Ticarət və X1 uyğun olaraq fors-major halları (fors-major) hesab edilməsi olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3cü yarımbəndinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2020-ci il tarixli Qərarından görünür ki, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən « MAKRO 2000 EĞİTİM TEKNOLOJİLERİ İNŞAAT TAAHHÜT İÇ VE DİŞ TİCARET ANONİM ŞİRKETİ»NİN Azərbaycan Respublikası Filialının 648654.00 (altı yüz qırx səkkiz min altı yüz əlli dörd) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 04 avqust 2021-ci il tarixində Azərbaycan Respublikasından kənara köçürdüyünü, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq ondan asılı olmayan səbəblərdən, yəni ixracatçı şirkətin təqsiri ucbatından 28050.36 (iyirmi səkkiz min əlli dollar otuz altı sent) ABŞ dolları dəyərindəki malların ölkəyə tam olaraq idxal edilmədiyini, bu halın iş materiallarında olan məktublarla da öz təsdiqini tapmasını, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından hüquqi şəxs MAKRO 2000 EĞİTİM TEKNOLOJİLERİ İNŞAAT TAAHHÜT İÇ VE DİŞ TİCARET ANONİM ŞİRKETİ»NİN Azərbaycan Respublikası Filialının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ŞəxsNİN Azərbaycan Respublikası Filialı-nın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-4837/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4837/2023
25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver