Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-4848/2023 31.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanova, Zeynal-zadə Ramil Abasqulu oğlu tərəfindən AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin 07 aprel 2023-cü il tarixli EQ 13852283 nömrəli qərarından verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Zeynal-zadə Ramil Abasqulu oğlu AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin 07 aprel 2023-cü il tarixli EQ 13852283 nömrəli qərarının ləğv edilməsi ilə bağlı ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, təqdim edilmiş sənədlərə baxış zamanı məhkəmə tərəfindən Zeynal-zadə Ramil Abasqulu oğlunun sözügedən qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürdüyü müəyyən olunmuş, lakin həmin müddətin üzrlü səbəbdən ötürüldüyü barədə hər hansı sənəd, o cümlədən müddətin bərpa edilməsinə dair vəsatəti şikayət ərizəsinə əlavə etmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Zeynal-zadə Ramil Abasqulu oğlu tərəfindən AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin 07 aprel 2023-cü il tarixli EQ 13852283 nömrəli qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər Zeynalzadə Ramil Abasqulu oğluna qaytarılmalı və şikayətçiyə AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 07 aprel 2023-cü il tarixli EQ 13852283 nömrəli qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda qeyd olunanlara və AR İXM-nin 109-cu maddəsinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: Zeynal-zadə Ramil Abasqulu oğlu tərəfindən AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin 07 aprel 2023-cü il tarixli EQ 13852283 nömrəli qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər Zeynal-zadə Ramil Abasqulu oğluna qaytarılsın. Zeynal-zadə Ramil Abasqulu oğluna AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 07 aprel 2023-cü il tarixli EQ 13852283 nömrəli qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-4848/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-4848/2023
31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver