Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4851/2023 14.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, Şikayətçi Zeynal-zadə Ramil Abasqulu oğlunun iştirakı ilə, 10 mart 1977-ci il tarixdə Bakı şəhərindəanadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zərdabi küçəsi, döngə 1, ev 7-də qeydiyyatda olan və yaşayan-Zeynal-zadə Ramil Abasqulu oğlunun Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 15436404 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarlarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Zeynal-zadə Ramil Abasqulu oğlu Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 15436404 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, işin baxılmasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şikayətçi Zeynal-zadə Ramil Abasqulu oğlu öz izahatında göstərmişdir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 15436404 saylı, 02 iyul 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən ona əsassız olaraq İXM-nin 339.1-1-ci maddəsinə əsasən 50 manat cərimə yazılmışdır. Onun əməlində heç bir inzibati xətanın tərkibi yoxdur. Belə ki qərar qəbul edilərkən onun izahatı alınmamış o protokolla tanış edilməmişdir. Hesab edir ki, həmin qərar əsassız olduğundan ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin barəsində qəbul etdiyi inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Beləliklə Zeynal-zadə Ramil Abasqulu oğlunun İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi şikayət ərizəsinə əlavə edilmiş elektron qərarla təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 15436404 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi üçün əsas ola biləcək sübut növləri şikayətçi Zeynal-zadə Ramil Abasqulu oğlu tərəfindən məhkəməyə təqdim olunmamışdır. Beləliklə də məhkəmə inzibati tənbeh vermə haqqında qərarı və digər sənədləri araşdıraraq hesab edir ki, Zeynal-zadə Ramil Abasqulu oğlunun inzibati xəta törətməsi tam sübuta yetirilir və Zeynal-zadə Ramil Abasqulu oğlunın şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Zeynal-zadə Ramil Abasqulu oğlunun Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 15436404 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-4851/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4851/2023
14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver