Məhkəmə qərarları › İş №3(008)-4857/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4857/2023

18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4857/2023 18.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Zərərçəkmiş şəxs1 iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8–ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Bilgəh qəsəbəsində, 2-ci dərəcəli yoldan baş yola Azərb Qadını küçəsinə çıxarkən, yol ver nişanının tələbini pozub, baş yolla səmtini dəyişmədən hərəkətdə olan “TAKSİ 4 LONDON” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobili vurub toqquşmuşdur. Nəticədə avtomobillərə maddi zərər yetirilmişdir və avtoobilində sərnişin qismində olan Zərərçəkmiş şəxs3 və X1 yüngül bədən xəsarətləri almışdırlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, 13 iyul 2023-cü il tarixdə saat təxminən 18 radələrində qeyd etdiyi avtomobillə Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Geoloq düşərgəsindən müştəri sifariş verdiyi üçün qeyd olunan ünvandan həmin müştəriləri götürüb Azərbaycan qadını küçəsi ilə iki istiqamətli bir zolaqlı yolda hərəkətdə olduğu zaman yol nişanını görmədiyindən əks istiqamətdə baş yolda hərəkətdə olan “TX 4 GELLY” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol vermədən onun qarşısına çıxdığı üçün idarəetməni itirdiyindən avtomobilinin ön sol hissəsi ilə həmin avtomobilin ön sağ hissəsini vuraraq dayanmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı heç bir xəsarət almamış avtomobilində olan iki nəfər qadın müştəri xəsarət almışdır. Hadisədən dərhal sonra həmin qadınlara nə kimi kömək əklif etsə də onlar yaxınlıqda yaşadıqları üçün avtomobildən düşüb yaşadıqları mənzilə getmişdirlər. Zərərçəkmiş şəxsin şikayətinin olmamasını nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana, zərərçəkmiş şəxslərə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bununla da məhkəmə işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 xx.xx.2023-cü il tarixli 1661 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş X2 burun qanaxması, burunun şişkinliyi və sıyrığı ilə müşayiət olunan burunu küt travması, üst dodağın selikli qişa səthinin əzilmiş yarası, sol çiyin, sağ bud və sağ baldır nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni sərnişi olduğu avtomaşının ndigər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilər və dərcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulamsına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 xx.xx.2023-cü il tarixli 1659 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs3 sol göz konyuktivasında və aglı qişada qansızma ilə müşayiət olunan sol gözyuvasıətrafı-almacıq-yanaq nahiyəsinin dərialtı hematoması; boyun nahiyəsinin qanşırla müşayiət olunan əzələ-bağ aparatının gərilməsi müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti , qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulamsına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Altay Məmmədov xx.xx.2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, X3 və Zərərçəkmiş şəxs3 yol-nəqliyyat hadisəsi zamanı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət aldığından, yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktı ilə əlaqədar şikayəti olmadığından toplanmış material üzrə Zərərçəkmiş şəxs1 əməlində Azərbaycan Respublikası İXM-nin 327.8–ci maddəsinin əlamətlərinin olmasını nəzərə alaraq barəsində inzibati protokol tərtib edilərək inzibati tədbir görülməsi məqsədilə rədd materialının surəti Sabunçu RPİ-nin DYPŞ-nin vasitəsilə Sabunçu rayon məhkəməsinə göndərilmiş və barəsində cinayət işinin başlanması rədd edilmişdir; Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Zərərçəkmiş şəxs1 törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8–ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmiş, bu səbbədən Zərərçəkmiş şəxs1 qarşı şikayəti yoxdur. Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmiş, bu səbbədən Zərərçəkmiş şəxs1 qarşı şikayəti yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. “Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа” xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 4.5-ci bəndinə əsasən İXM-nin 327.8-ci mаddəsinin sаnksiyаsında “iki” sözü “üç” sözü ilə əvəz edilmiş və həmin maddənin sanksiyasına “idarə etmək hüququ” sözlərindən sonra “аltı аydаn” sözləri əlavə edilmişdir; Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Zərərçəkmiş şəxs1 tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Zərərçəkmiş şəxs1 hazırki inzibati xətanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsindən əvvəl törətdiyindən, həmin vaxt qüvvədə olan norma şəxsin vəziyyətini yaxşılaşdırdığından xx.xx.2023-cü il tarixədək qüvvədə olan İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar