Məhkəmə qərarları › İş №3(008)-4860/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4860/2024

17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4860/2024 17.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (FİN:xxxxxxx) iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Bərdə rayonunun Yenidaşkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bərdə rayonu, Yenidaşkənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu, yeni tikili ümvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 17 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16(011)-1608/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini qərəzli olaraq icra etməməsi ilə ümumilkdə 4080 manat aliment borcu Şəxs tərəfindən ödənilməyərək AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, ona bu günə qədər icra şöbəsindən hər hansı rəsmi bildiriş daxil olmamışdır. Müvəqqəti təminat tədbiri olaraq uşaqların saxlanması üçün hər ay 510 manat aliment ödəməli olmasından məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə Xətai Rayon Məhkəməsində zərərçəkmiş şəxslə nikahları pozulmuş, məhkəmənin qərarı ilə uşaqlardan birinin onunla, digər ikisinin anası ilə qalmalı olması, hər ay 400 manat aliment ödəməli olması müəyyən olunmuşdur. O, uşaqlarına imkanı çatdığı qədər həmişə maddi dəstək olmuşdur. Hazırki icra sənədindən xəbərdar olmamışdır. Bu gün məlumatı olmuş, bundan sonra hər ay imkanı çatdıqca yığılmış aliment borcundan ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs bildirmişdir ki, ilk öncə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə üç uşağın saxlanması üçün hər ay 510 manat pul vəsaitinin tutulması qərara alınmışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə işə baxılıb yekunlaşmış və Xətai Rayon Məhkəməsinin qeyd olunan tarixli qərarı ilə uşaqlardan birinin atası ilə, digər ikisinin onunla qalmalı olması, uşaqların yetkinlik yaşına çatana qədər hər ay 400 manat alimentin Şəxs tutulub ona ödənilməli olması müəyyən olunmuşdur. Lakin Şəxs 1 il ərzində uşaqların saxlanması üçün ümumilikdə 350 manat pul vermişdir. Ondan başqa heç bir ödəniş etməmişdir. Usta işləyir, çox yaxşı qazanca malikdir. Lakin aliment ödəməkdən yayınır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 16(008)-1608/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, iddia tələbi üzrə mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılana qədər xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 510 manat sabit pul məbləğində alimentin X8 ödənilməsi qərara alınmışdır. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin qərar əsasında icra sənədi üzrə icraata başlanılmış və qərarda Şəxs dərhal icranı könüllü olaraq təmin etməsi, icra könüllü təmin edilmədikdə borclu barəsində məcburi icra tədbilərinin görüləcəyi qeyd edilmişdir. . Şəxs tərəfindən “qərarı və bildirişi qəbul etdim” qeydi yazılmış tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, o, qeyd olunan bildirişi xx.xx.2024-cü il tarixdə almışdır. İş materiallarında olan Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu da onun tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1177/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdeh Şəxs qarşı nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması, aliment tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında bağlanmış nikah pozulmuş, xx.xx.2007- ci il təvəllüdlü X9 atasının, xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X5 analarının himayəsində saxlanılması, xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 16(008)-1608/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən təyin olunmuş aliment məbləğinin qətnamə çıxarılana qədər ödənilməli olması müəyyən olunduğundan qeyd olunan icra sənədi üzrə borc xx.xx.2024-cü il tarixə qədər deyil, xx.xx.2024-cü il tarixə qədər hesablanaraq müəyyən olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, 16(008)-1608/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icrası, bu müddətdə tələb üzrsüz səbəbdən icra olunmadığı halda məcburi icra tədbirlərinin tətbiq olunacağı haqqında bildiriş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qeyd edilən icra sənədi barədə ona bu günə qədər heç bir bildiriş göndərilmədiyini, icra sənədindən xx.xx.2024-cü il tarixdə məlumatlı olduğunu, bundan sonra yığılmış aliment borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. İnzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən isə bunun əksi sübuta yetirilə bilinməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, borclu Şəxs icra sənədi və onun müəyyən olunmuş müddətdə ödəməli olması barədə xx.xx.2024-cü il tarixdə məlumatlı olduğundan və inzibati xəta haqqında protokol da xx.xx.2024-cü il tarixdə tərtib olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar