Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4863/2024 01.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, Şəxs MMC-in nümayəndəsi X3, müdafiəçi və nümayəndəsi X7 iştirakı ilə, Şəxs MMC-in Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətindən daxil olmuş Şəxs MMC-in İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC-i tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında azad edilmiş ərazilərə iş icazə alınmış vətəndaş X1 14 iyun 2024-cü il tarixdən hazırki dövrədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir Bu səbəbdən 10 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədən Şəxs MMC-in inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X8 izahatında bildirmişdir ki, Şəxs MMC tərəfindən 2024-cü ilin may ayı ərzində «Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş» informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin «Əmək və Məşğulluq» alt sistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Bununla bağlı təmsil etdiyi xidmət tərəfindən cəmiyyətə xəbərdarlıq məktubu göndərilmiş, lakin iş icazəsi alınan işçilərlə əmək müqaviləsinin bağlanılması və müvafiq əmək müqaviləsi bildirişinin «Əmək və məşğulluq» alt sisteminə daxil edilməsi hələ də təmin edilməmişdir. X9 tərəfindən cəmiyyət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək cəmiyyət barəsində qanuni tədbir görülməsi üçün məhkəməyə müraciət olunmuşdir. Tərtib olunmuş protokolu müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-in nümayəndəsi X6 bildirmişdir ki, təmsil etdiyi cəmiyyət barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. Belə ki, onlar tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. 13 iyun 2024-cü il tarixdə E.B.Fətəliyev ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bu barədə əmr tərtib olunmuşdur. Əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş elektron sistemə yerləşdirilmişdir. E.B.Fətəliyev işdən azad olunmağı barədə ərizə də vermişdir. E.B.Fətəliyev bu gün ki gündə ölkə ərazisində deyildir. O başqa xarici dövlətin ərazisindədir. Onlar tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmədən inzibati işin icraatına xitam verilməsini xahiş edir. İş materiallarında əlavə edilmiş 10 iyul 2024-cüü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə 13 iyun 2024-cü il tarixli bildirişdən görünür ki, əmək müqaviləsinə 13 iyun 2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə 13 iyun 2024-cü il tarixli əmrdən görünür ki, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü əsasında 13 iyun 2024-cü il tarixdə xitam verilmişdir. İşçinin 30 avqust 2023-cü il tarixdən 13 iyun 2024-cü il tarixə kimi son haqq-hesabın ödənilməsi Maliyyə Departamentinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş X1 tərəfindən verilmiş ərizədən görünür ki, E.B.Fətəliyev öz arzusu ilə işdən azad olunmuş, ərizə 13 iyun 2024-cü il tarixdə tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş əmək müqaviləsi bağlanması barədə əmək müqaviləsi bildirişindən görünür ki, E.B.Fətəliyev Şəxs MMC arasında aylıq əmək haqqı 500 manat olmaqla müddətli əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş X1 tərəfindən verilmiş ərizədən görünür ki, E.B.Fətəliyev 30 avqust 2023-cü il tarixdə MMC-nə dəmirçi vəzifəsinə qəbul olunması barədə ərizə ilə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-in Qarabağ icazə portalları ilə bağlı şərtləri və qaydalarından görünür ki, portallar vaxtı bitməmişdən iki iş günü əvvəl yenidən vaxtı uzatmaya göndərilməlidir. Portallarla bağlı müraciət həftənin 1-5 günləri qəbul edilir. Müraciətlər bir gün qabaq oxunmalıdır. Həftənin 3-cü günü portalların ləğv olunma günüdür. Məhkəmə Şəxs MMC-nin nümayəndəsinin, vəkilinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsinin çıxışını və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMCnin barəsində tərtib olunmuş protokolun icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68..2-ci maddəsinin «a» bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məjəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məjəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Məhkəmə iclasında araşdırma zamanı müəyyən edildi ki, E.B.Fətəliyevlə 30 avqust 2023-cü il tarixdən 13 iyun 2024-cü il tarixə kimi əmək müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə 13 iyun 2024-cü il tarixdə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir. E.B.Fətəliyev tərəfindən 13 iyun 2024-cü il tarixdə işdən azad olunma barədə ərizə tərtib olunmuşdur. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin «Əmək və Məşğulluq» alt sistemində E.B.Fətəliyev işçi kimi qalmaqda bu günə kimi davam edir. Halbuki, E.B.Fətəliyev 01 iyul 2024-cü il tarixdə ölkə ərizisini tərk etmişdir. Bu da onu göstərir ki, E.B.Fətəliyev Şəxs MMC-də işləmir və onunla bağlanmış əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir. X2 53.1-ci maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanunvericiliyin normalarını, tərəflərin çıxışlarını, tərəflərin təqdim etdiyi sübutları məhkəmə araşdırıraq hesab edir ki, Şəxs MMC-in Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətindən daxil olmuş inzibati xəta haqqında protokol tərtib olunsada, iş üzrə faktiki olaraq tam olaraq araşdırılmamış, sübutlara düzgün qiymət verilməmişdir. Ümumiyyətlə Şəxs MMC tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta törədilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolun icraatına İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xətanın tərkibi olmadığına görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolun icraatına İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xətanın tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-4863/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4863/2024
01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver