Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4875/2022 25.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X15 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X6, zərərçəkmiş şəxs X2 etibarnamə üzrə nümayəndəsi-anası X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş MN ******* saylı, 25 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs tərəfindən tələbkar X3 4928 manat məbləğində alimentin ödənilməsindən imtina edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X11 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, borclu bundan əvvəlki icra vərəqələri üzrə də ödənişləri etmədiyindən barəsində inzibati tənbeh növündə həbs seçilmişdir. Sonuncu alimentin artırılması barədə məhkəmə qətnaməsindən ümumiyyətlə ödəniş edilməmişdir. Dəfələrlə borcluya borcu ödəməsi barədə məlumat verilərək ödəməməsinin nəticələri izah olunsa da, o, aliment borcunu ödəməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Xıdırov X9 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, maddi imkansılığı ilə əlaqədar aliment borcunu ödəyə bilmir. Hal-hazırda heç bir yerdə işləmir. Günəmuzd işlərdən qazandığı pulla alimenti ödəməsi mümkün deyildir. Zərərçəkmiş şəxsin etibarnamə nümayəndəsi X5 məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs tərəfindən illərdir ki, heç bir ödəniş edilmədiyini, onun məhkəmə qətnaməsini icra etmək fikrinin olmadığını bildirərək barəsində ənağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN ******* saylı, 25 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs tərəfindən tələbkar X3 4928 manat məbləğində aliment ödənilməlidir. 15 may 2018-ci il tarixli, 2(008)-3316/2018 saylı icra vərəqəsindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5981/2016 saylı, 08 iyul 2016-cı il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin məbləği artırılmış və Şəxs 21 fevral 2014cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” 03 iyul 2018-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3316/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Sabunçu Rayon Məhkəməsinin 01 mart 2018-ci il tarixli qərardadına əsasən Sabunçu Rayon Məhkəməsinin 2(008)-2492 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə borclu X7 Azərbaycan Respublikası hüdudlarından kənara çıxması müvəqqəti məhdudlaşdırılmışdır. xx.xx.2021-ci il tarixli 139509/2018-4-8-001 nömrəli xəbərdarlıqdan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3316/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən toplanmış 2464 manat məbləğində aliment borcunun ödənilməsi borcludan tələb edilmiş, icranı təmin etmədiyi halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Qeyd olunan xəbərdarlıq Şəxs tərəfindən qəbul edilmişdir. Şəxs xx.xx.2021-ci il tarixli izahatından görünür ki, o, öz izahatında icra sənədi üzrə 2020-ci il tarixə qədər ödəniş etdiyini, növbəti illərdə isə icra sənədi üzrə tələbi bu günədək tam şəkildə icra etməməsinin səbəbinin işsiz olması ilə əlaqədar olduğunu bildirmişdir. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli xəbərdarlıqlardan görünür ki, 2(008)- 3316/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, aliment borcunun ödənilməsi borcludan tələb edilmiş, icranı təmin etmədiyi halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Qeyd olunan xəbərdarlıqlar Şəxs tərəfindən qəbul edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(008)-3862/2021 nömrəli qərarına əsasən, X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-943/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən, icra sənədi üzrə borclu Şəxs Azərbaycan Respublikasından digər ölkəyə getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Şəxs xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o, öz izahatında göstərmişdir ki, o, 3 ildir ki, aliment borcunu maddi imkansızlığı səbəbindən ödəyə bilmir. xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, 2(008)-3316/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, aliment borcunun ödənilməsi borcludan tələb edilmiş, icranı təmin etmədiyi halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Qeyd olunan xəbərdarlıq Şəxs tərəfindən qəbul edilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş tərəfin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş öhdəliyini üzürsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3316/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs borc məbləğini məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3316/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə 03 il ərzində heç bir ödəniş etməmiş və bunun üzürlü səbəbdən olmasını təsdiq edən hər hansı hala istinad edə bilməməklə yanaşı buna dair hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında Şəxs işsiz olduğundan və maddi imkanı yol vermədiyindən müvafiq borcdan ödəniş edə bilmədiyini göstərsə də, məhkəmə uşaqları saxlamaq vəzifəsinin hər bir valideynin konstitusiyadan irəli gələn vəzifəsi olmasını nəzərə alaraq göstərilən həmin dəlili son illər ərzində Şəxs tərəfindən uşağının saxlanması üçün heç bir vəsait ödəməməsinin üzürlü səbəbi kimi qiymətləndirmir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs AR İXMnin 528.1-ci maddəsi ilə təqsirli olması iş materialları ilə tam sübuta yetirildiyindən ona həmin maddənin sanksiyası daxilində ədalətli tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf edərək səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu, yuxarıda göstərilən məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsiri nəzərə alınaraq Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdığı andan, yəni 25 avqust 2022-ci il tarixdən, saat 15:30-dan hesablanmalıdır. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Xıdırov X9 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 25 avqust 2022-ci il tarixdən, saat 15:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların müvəqqəti saxlama mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-4875/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4875/2022
25.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver