Məhkəmə qərarları › İş №3(008)-4880/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-4880/2022

26.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-4880/2022 26.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsurullayevanın katibliyi, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş materiala əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(008)-274/2021 saylı icra vərəqəsi üzrə cavabdeh Şəxs 7000 manat məbləğində borc pulun və iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 7030 manat məbləğində pulun alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. MN ******* saylı, 26 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(008)-274/2021 saylı icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və bununla da Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin sözügedən qətnaməsindən apellyasiya qaydasında şikayət verdiyini, Bakı Apellyasiya Məhkəməsinin iş üzrə qətnamə qəbul etdiyini, lakin həmin qətnaməni hələ almadığını bildirərək həmin qətnamədən kassasiya şikayəti verəcəyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru və zərərçəkmiş şəxs də qeyd olunan xüsusatı təsdiq edərək hazırda icra vərəqəsində göstərilən məhkəmə qətnaməsindən apellyasiya şikayəti verildiyini və iş üzrə apellyasiya instansiya məhkəməsində qətnamə çıxarıldığını təsdiq etmişlər. Məhkəmə hazırda inzibati xəta haqqında protokolda istinad olunan məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilərək iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qəbul edildiyini, həmin qətnamənin Şəxs tərəfindən alınmamasını və bununla da hələ Bakı Apellyasiya Məhkəməsindən kassasiya qaydasında şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin axımının başlamadığını, həmin qətnamənin hələ qanuni qüvvəyə minmədiyini nəzərə alaraq hazırda məhkəməyə təqdim edilmiş sənədlərin düzgün olmaması qənaətinə gəlir və inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını qanunamüvafiq hesab edir. AR İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə barəsində inzibati qaydada icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və icra məmurunu dinləyib, iş materiallarını araşdıraraq və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında MN ******* saylı, 26 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar