Məhkəmə qərarları › İş №3(008)-4893/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4893/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4893/2025 13.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X1 iştirakları ilə, xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci Mikrorayon, X6 küçəsi, İnzibati bina ev 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 13 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Sea Breeze istirahət mərkəzinin qarşısında xx.xx.2025-ci il saat 02:40 radələrində Sabunçu RPİ-nin YPX əməkdaşlarının qanuni tələblərinə tabe olamamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə dostu Şəxsla pivə içdikdən sonra digər dostuna məxsus “VAZ 2106” markalı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi olduğu üçün evakuator vasitəsi ilə Bilgəh qəsəbəsində yerləşən Sea Breeze istirahət mərkəzinin qarşısına gətirmişlər, nəqliyyat vasitəsini ora gətirməkdə məqsədləri maşının video görüntüsünü çəkib sosial şəbəkədə paylaşmaq olmuşdur. Bir müddət sonra ora yol patrul xidməti əməkdaşları yaxınlaşmış, maşının sahibini soruşmuşlar. Onlar polis əməkdaşlarına maşının sahibinin burada olmamasını bildirmişlər. Polis əməkdaşları ondan soyadını və adını soruşduqda, polislərə maşının ona aid olmadığı üçün adını deməmişdir. Daha sonra aralarında söz mübahisəsi yaranmış, bu səbəbdən də polis əməkdaşları onu bölməyə gətirmişdirlər. Polisin qanuni tələbinə tabe olmadığını etiraf edir, əməlindən səmimi peşmandır, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X3 izahatında göstərmişdir ki, Şəxs Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Sea Breeze istirahət mərkəzinin qarşısında xx.xx.2025-ci il saat 02:40 radələrində Sabunçu RPİ-nin YPX əməkdaşlarının qanuni tələblərinə tabe olamamış, buna görə də barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 13 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Sea Breeze istirahət mərkəzinin qarşısında xx.xx.2025-ci il saat 02:40 radələrində Sabunçu RPİ-nin YPX əməkdaşlarının qanuni tələblərinə tabe olamamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Sabunçu DYPŞ-nin YPX-i inspektorları polis baş leytenantı Camal Abbasov, baş serjant Namiq Ağamalıyev tərəfindən tərtib edilmiş 13 avqust 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 02:40 radələrində xidmətdə olduğu zaman ** YP *** çağırışlı avtopatrul ilə Sea Breeze yolunda zonanın yanında VAZ 2106 markalı ağ rəngli ** HR *** dövlət qeydiyyat nişanlı avtomaşının yolun kənarında parklanmış şəkildə qabaq nömrəsi və buferi üzərində olmadığı üçün yaxınlaşmışlar, həmin nəqliyyat vasitəsinin konstruksiyasında həddindən artıq dəyişikliklər olduğu üçün onlara yaxınlaşmışdırlar özlərini təqdim edərək nəqliyyat vasitəsində olan iradları aradan qaldırmalarını tələb etmişdirlər. Bu zaman sürücü və yanındakı şəxs onlarla kobud danışaraq, səs-küy salaraq onlara nalayiq sözlərdən istifadə edərək tabesizlik göstərməyə başlamışdırlar. Bu zaman efir vasitəsi ilə CPA-dan kömək istəmişdirlər. CPAnın 9798 çağırışlı patrul avtomaşını yaxınlaşdı və həmin şəxsləri 15-ci Polis Bölməsinə təmin etdilər. Şöbədə məlum oldu ki, həmin şəxslər Şəxs və Şəxsdur; 13 avqust 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 13 avqust 2025-ci il tarixdə saat 04:10-da inzibati qaydada tutulmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 13 avqust 2025-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Mürsəlov X2 Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Mürsəlov X2 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, məhkəmə iclas zalından dərhal azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad olunsun. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Saunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar