Məhkəmə qərarları › İş №3(008)-4897/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4897/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4897/2025 19.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ seriyalı 27253676 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/ seriyalı 27253676 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli EQ/ 27253676 saylı qərarından şikayətlə məhkəməyə müraciət etmişdir və məhkəmə DYP-nin qərarını ləğv edərək işi yenidən DYPİ- nə göndərdi. Lakin DYPİ heç bir araşdırma aparmadan formal olaraq yenidən xx.xx.2025 tarixli EQ/ 27253676 saylı qərar qəbul edib. Mahiyyəti üzrə eyni qərar olduğundan hesab edirə ki, bu qərar ləğv olunmalıdır və işə xitam verilməlidir. Belə ki, əvvəlki şikayətdə olan mətni bu şikayətdə təkrarlayır: xx.xx.2025-ci il tarixdə, idarə etdiyi **-FG-*** dövlət nişanlı avtomobilinə aid qayda pozuntusu ilə bağlı məlumat aldı. İXM-in 346.4-ci maddəsi ilə cərimələndi. Protokolla tanış olmaq üçün asankabinetinə daxil oldu, və görmüşdür ki, protokol kobud şəkildə və prosessual qaydaların pozulması ilə tərtib olunub; şəkilər fərqli fərqli tarixdə və saatda, fərqli videomüşahidə kameraların köməyi ilə qeydə alınıb, metrolojı sınaqdan keçmiş xüsusi texniki vasitə ilə qeydə alınmamış, TŞ kameralardan istifadə olunub. Və ən əsası məlum deyil şəkildəki avtomobillər hərəkət edir yoxsa dayanır. Əlavə olaraq protokol 2 ay sonra tərtib olunub. Bu isə 38.6 maddəyə ziddir. Bu maddədə deyilir ki, elektron qərar bir gün ərzində tərtib olunmalıdır, əks halda şəxs məsuliyyətə cəlb oluna bilməz. Yol patrul haqqında təlimatın 8-ci maddəsində deyilir ki, elektron qərar tərtib olunan zaman qayda pozuntusunu əks etdirən iki fərqli və dövlət qeydiyyat nişanını əks etdirən bir fotoşəkil yerləşdirilir. Protokolda isə biz 2 eyni şəkli görürük hansılar ki fərqli fokusla (eyni şəki yaxından və uzaqdan) çəkilib və bir nömrəni əks etdirən şəkil hansı ki bilinmir nə vaxt və harada çəkilib, çünki şəklin üstündə heç bir məlumat yoxdur. Bəlkədə kamera arxasında oturan əməkdaş, onun maşınına aid başqa bir görüntülərdə olan şəkli bu protokola səhvən yerləşdirib. Protokoldaki göstərilən tarixdə onun orada olmağı yadına gəlmir, ona görə ki, protokolu hadisənin üstündən 2 ay sonra kabinetinə yerləşdiriblər. Əlavə olaraq şəklin üstündə qeyd oluan vaxt, protokoldaki vaxtla düz gəlmir. Həmçinin təlimatda deyilir ki, foto və video əlavə olunmalıdır. İndi qarşı tərəf deyə bilər ki, bəs İXM-də yazılıb ki, foto və ya video. Ola bilsin ki, parklanmanı çəkəndə videoyazıya ehtiyac olmur, lakin cəmisi 1 şəkil olan, hərəkətdə olub olmayan qayda pozuntusunun tam obyektiv araşdırmaq üçün videoyazı mütləqdir. Bunun əksini biz 126-cı maddədə də görə bilirik: inzibati xəta haqqında iş üzrə qərardan şikayətə baxılma qaydası: "Yuxarı səlahiyyətli orqan videoyazıya baxıb qərarı ləğv edir və yaxud qüvvədə saxlayır." Bəlkə şəkidəki maşınlar öz yolunu gedir? Bəlkə manevr edərək parklanmaya girir və yaxud parklanmadan çıxır? Protokoldaki şəkildə ərazidə olan maşınların hərəkətdə olması və yaxud manevr edibetməməsini bilmək mümkün deyil. Necə ki bilmək mümkün deyil bu nömrə həmin şəkildəki maşına aiddir yoxsa yox. Bu suallar yaranmazdı, əgər doğurdanda protokol qanunun tələbi ilə tərtib olunsaydı. Amma burada insan faktoru rol oynayır. Məsələ də elə orasındadır ki, belə əl ilə düzəldilmiş real xavt rejmində tərtib olunmayan protokolların tərtib olunmasında səhvlər baş verə bilir və məhz bu səbəbdən 122.5 və 53.2 maddələrinə əsasən bu cür protokolları tərtib etmək qadağan olunub. Barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ/ 27253676 saylı qərar İXM-nin 53 və 38 maddələrinə əsasən ləğv edilərək işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/ seriyalı 27253676 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ/ seriyalı 27253676 nömrəli elektron qərardan görünür ki, X6 xx.xx.2025-ci il tarixində saat 18:42-də Sabunçu, Ə.Məmmədəliyev ünvanı ərazisində “MERCEDES BENZ B150” minik markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası İXM-nin 346.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 80 manat məbləğində cərimə tətbiq edilmişdir; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli 3(008)- 3890/2025 nömrəli qərardan görünür ki, X4 şikayəti qismən təmin edilmiş, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 04 iyun 2025-ci il tarixli, EQ seriyalı /27253676 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ/ seriyalı 27253676 nömrəli elektron qərara əsasən X6 xx.xx.2025-ci il tarixində saat 18:42-də Sabunçu, Ə.Məmmədəliyev ünvanı ərazisində “MERCEDES BENZ B150” minik markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 80 manat məbləğində cərimə tətbiq edilmişdir. “Yol-patrul xidməti haqqında təlimat”ın 8.1-ci maddəsinə əsasən dövlət yol polisinin yol hərəkətinə nəzarəti həyata keçirməyə səlahiyyətli əməkdaşları tərəfindən videomüşahidə kameraları vasitəsilə qanunvericiliklə nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta aşkar edildikdə xüsusi texniki vasitələrin məlumatları (inzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən nəqliyyat vasitəsinin qayda pozuntusunu əks etdirən iki fərqli və dövlət qeydiyyat nişanını əks etdirən bir fotoşəkil və video materiallar) real vaxt rejimində elektron formada birbaşa BDYPİ-nin mərkəzi informasiya sisteminə ötürülür. Halbuki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qərarın qəbul edilməsinə səbəb olmuş fotoşəkillərdən yalnız birində X5 məxsus **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin nömrəsi əks olunmuş, həmin şəkildə avtomobilin harada olması, həmin fotoşəklin hansı tarixdə çəkilməsi əks olunmamışdır. Digər iki fotoşəkil isə eyni fotoşəkil olmuşdur ki, həmin fotoşəkillərdə X5 məxsus **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini müəyyən etmək mümkün olmamışdır. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli, EQ/ seriyalı 27253676 nömrəli qərarda inzibati xətanın olmasına dair hər hansı bir sübuta istinad edilmədiyindən şikayət əsaslıdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, baş vermiş inzibati xətanın X6 tərəfindən törədilməsinə dair qərarda kifayət qədər sübuta istinad edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə dəfələrlə bildiriş göndərilsə də, onlar məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair faktlar səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmadığından ziddiyyətli və şübhəli məqamlar mövcuddur. Qanunvericiliyə əsasən təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edən Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/ seriyalı 27253676 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 barəsində İXM-nin 346.4-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/ seriyalı 27253676 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar