Məhkəmə qərarları › İş №3(008)-4898/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4898/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4898/2025 19.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X5 qızının katibliyi, X1 iştirakı ilə, X2 Bakı şəhəri Sabunçu rayon X7 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriaylı ******* nömrəli qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP seriaylı ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 2025-ci il 18 iyun tarixində nəqliyyat vasitəsini idarə etdiyi zaman Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin X7 Şöbəsinin əməkdaşı tərəfindən saxlanılmış və guya işıqforun qadağanedici siqnalında hərəkət etdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunacağı bildirilmişdir. Həmin vaxt o etiraz edərək belə bir qayda pozuntusuna yol vermədiyini bildirmişdir. Lakin buna baxmayaraq, yol polisi əməkdaşı onun etirazını nəzərə almadan, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə barəsində əsassız olaraq İXP7207108 saylı inzibati protokol tərtib etmişdir. E-polis və Asanpay.az-da bu protokola dair heç bir foto və ya video görünütü əlavə edilməmişdir. Daha sonra, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən qeyd olunan inzibati protokol əsasında barəsində xx.xx.2025-ci il tarixli TP7337698 nömrəli inzibati qərar qəbul edilmişdir. Protokolda əks olunan inzibati xətanın əsassız və qanunsuz olduğunu nəzərə alaraq, 28 iyun 2025-ci il tarixində yuxarı orqana, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə rəsmi müraciət edərək barəsində tərtib olunmuş protokolun və həmin inzibati xətanın sübutlarla əsaslandırılmasını tələb etmişdir. Lakin həmin qurum tərəfindən xx.xx.2025-ci il tarixində müraciətinə ümumi xarakterli cavab verilmiş, nə əməlini təsdiq edən sübutlar təqdim olunmuş, nə də həmin sübutlar (foto və ya video) barədə məlumat verilmişdir. Cavabda sadəcə bildirilmişdir ki, protokol tərtib olunarkən və protokol üzrə icraat apanlarkən heç bir qanun pozuntusuna yol verilməmiş və protokol qanunvericiliyə uyğun şəkildə tərtib olunmuşdur. Habelə ona bildirilmişdir ki, protokoldan narazı olduğu halda məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin cavabından narazı qaldığı üçün, xx.xx.2025-ci il tarixində xx.xx.2025-ci il tarixli İXP7207108 saylı inzibati protokolun ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(008)-4668/2025 nömrəli Qərardadı ilə şikayəti geri qaytarılmış, inzibati xəta haqqında protokoldan birbaşa şikayət verilməsinin mümkün olmadığı izah olunmuş və yalnız protokol əsasında qəbul olunmuş qərardan yuxarı səlahiyyətli orqana və ya məhkəməyə şikayət vermək hüququ olduğu bildirilmişdir. Qeyd olunan Qərardada əsaslanaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən İXP7207108 saylı inzibati protokol əsasında qəbul olunmuş, xx.xx.2025-ci il tarixli TP7337698 nömrəli inzibati qərardan şikayət etmək hüququndan istifadə etmək qərarına gəlmişdir. İnzibatı Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən isə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxan səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən barəsində çıxarılmış xx.xx.2025 tarixli TP7337698 nömrəli qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 izahat verərək bildirmişdir ki, təqdim edilmiş video görüntüyə baxdıqdan sonra, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanuni olduğunu və inzibati xəta törətdiyini qəbul etmiş, tərəfindən verilmiş şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu rayon X7 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriaylı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 07:47-də Bakı şəhəri, Əmir Bağırov, 4 ünvanında “CHANGAN UNİ-K minik” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi nəticəsində X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; Bakı şəhəri Sabunçu rayon X7 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haaqında protokoldan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 07:47-də Bakı şəhəri, Əmir Bağırov, 4 ünvanında “CHANGAN UNİ-K minik” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərarı qəbul etmiş orqanın məhkəməyə təqdim etdiyi videogörüntüyə baxış keçirilmiş, təqdim edilmiş videogörüntüdə X2 idarə etdiyi “CHANGAN UNİ-K minik” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin svetaforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayon X7 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriaylı ******* saylı qərarda X2 həmin tarixdə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərarı qəbul etmiş orqanın məhkəməyə təqdim etdiyi videogörüntüyə baxış keçirilmiş, təqdim edilmiş videogörüntüdə X2 idarə etdiyi “CHANGAN UNİ-K minik” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin svetaforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirilməsi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən X3 inzibati xəta haqqında qərar qəbul etmiş orqanın təqdim etdiyi video görüntüyə baxdıqdan sonra, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanuni olduğunu və inzibati xəta törətdiyini qəbul etmiş, tərəfindən verilmiş şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Təqdim edilmiş sənədlərə və video görüntüyə baxış zamanı İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən X2 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Bakı şəhəri Sabunçu rayon X7 Şöbəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X2 Bakı şəhəri Sabunçu rayon X7 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriaylı ******* nömrəli qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Sabunçu rayon X7 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriaylı ******* saylı qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar